ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecinin tələbələrinin uğurları


Bu yaxınlarda milli qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş gənclərin I Ümumrespublika Festivalı keçirilmişdir. Festivalda Mingəçevir Uşaq Yaradıcılıq Mərkəzi gənc dramaturq Qazax Akif oğlu Nağının “Qisas” tamaşası ilə iştirak etmişdir. Paytaxt tamaşaçıları, tanınmış elm, sənət, mədəniyyət işçiləri və Milli Məclis deputatları qarşısında mingəçevirli gənclər “Qisas” tamaşasını çox maraqla oynamış və onlar “Ən yaxşı tamaşa” nominasiyasında III yerə layiq görülmüşlər. Həmin tamaşada Mingəçevir Turizm Kollecinin dörd nəfər tələbəsi – Mustafayev Hüseyn, Mirzəzadə Günel, Xudiyev Orxan və Qüdrətli Rauf da iştirak etmişlər. Baş rollarda kollecin tələbələri oynamışlar. 16 dekabr 2011-ci il tarixdə Uşaq Yaradıcılıq Mərkəzində şəhər İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin, məktəb direktorlarının və şəhər ictimaiyyətinin iştirakı ilə gənclər həmin tamaşanı bir daha oynamışlar. Tamaşa çox alqışla qarşılanmışdır. Gənclər həmin tamaşada vətənpərvərliyi, azərbaycançılığı təbliğ etmişlər. Tamaşa haqqında Mingəçevir Təhsil Şöbəsinin müdiri Nazir Sultanov, Mingəçevir Turizm Kollecinin təlim-tərbiyə işləri üzrə direktor müavini Əşrəf Əsgərov, Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Ədalət Quliyeva çıxış edib öz sevinclərini bildirərək gənclərə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsini əziz tutduqları üçün gələcək işlərində müvəffəqiyyətlər arzulamışlar. Sonda gənc aktyorlarla iştirakçılar şəkil çəkdirmişlər.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 2712

                

Paylaş      

SON BAXILANLAR

Anonim zənglərə qarşı mübarizə

Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov Rusyanın Sankt-Peterburq şəhərində beş günlük işgüzar səfərdə olub. Səfər zamanı həm də yeni beynəlxalq əməkdaşlığın təməli atılıb
Noyabr ayının 12-dən 17-dək Mingəçevir Turizm Kollecinin direktoru professor Əyyub Əyyubov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfər edərək faydalı görüşlər keçirib.Səfər Sankt-Peterburq Turizm və Otel Servisi Kollecinin dəvəti əsasında gerçəkləşib.

Kollecdə 8 Mart Beynəlxalq qadınlar bayramı günü qeyd edildi.

Mingəçevir Turizm Kollecində “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı konfrans keçirilib
Azərbaycan xalqının müasir tarixinə hüzn və qəhrəmanlıq səhifəsi kimi həkk olmuş 1990-cı ilin qanlı 20 yanvar hadisələrinin növbəti ildönümü Mingəçevir Turizm Kollecində silsilə vətənpərvər tədbirlərlə anılıb.

Beynəlxalq Turizm Günü
“27 sentyabr Beynəlxalq Turizm günü” hər il kollecdə xüsusi təntənə ilə qeyd olunur.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci