ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecinin tələbələri ELTV-nin qonağı oldular


Mingəçevir Turizm Kollecinin xüsusi fəallığı və istedadı ilə seçilən tələbələri şəhər tədbirlərində tez-tez iştirak edir və yerli televiziyaların müxtəlif proqramlarına dəvət olunurlar. Dekabrın 13-də Yevlax şəhərindəki ELTV kanalında efirə gedən “Sabah+” proqramına da Mingəçevir Turizm Kollecinin tələbələri dəvət almışdılar. Verilişin aparıcısı Ayşən xanım kollecin DTİ-10 qrupunun tələbələri Nəsirov Rahim və İbrahimov Mahmudu tamaşaçılara təqdim etdi. Təxminən bir saat davam edən veriliş bütünlüklə Mingəçevir Turizm Kollecinin tələbələrinə və onların əl işlərinə həsr olunmuşdu. Tələbə Nəsirov Rahim oyma və yapma texnikası ilə ağac, balıqqulağı və qumdan hazırladığı dekorativ əl işlərini nümayiş etdirdi. Bildirdi ki, hazırladığı hər işin öz kompozisiyası var. Aparıcının suallarını cavablandıran Rahim dekorativ işlərə marağının necə yarandığını ətraflı izah etdi. Bu sahədə tədricən püxtələşməsində kollecdə keçirilən ixtisas dərslərində fənn müəllimlərindən aldığı tövsiyə və məsləhətlərin mühüm rol oynadığını qeyd etdi. Proqramın ikinci qonağı olan tələbə İbrahimov Mahmud da özünün əl işləri haqqında məlumat verdi, çəkdiyi rəsmləri verilişdə nümayiş etdirdi. Canlı yayımda telefon bağlantısı ilə proqrama qoşulan tamaşaçıların maraqlı sualları da dolğun şəkildə cavablandırıldı. Ümumiyyətlə “Sabah+” proqramındakı iştirakları nəticəsində özləri haqqında xoş təəssürat yaratmağa nail olan tələbələr Nəsirov Rahim və İbrahimov Mahmud ELTV-də Mingəçevir Turizm Kollecini uğurla təmsil etdilər.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 595

Paylaş      

SON BAXILANLAR

Kollecin tələbələri bilik yarışında I yer tutdular
Aprelin 30-da Mingəçevir Gənclər Evində “Gənclərin regional bilik akademiyası” adlı bilik yarışı keçirildi.

TDAUİA-nın Akademik üzvü Prof.Əyyub Əyyubov ilin Elm adamı seçildi

Mingəçevir Turizm Kollecində elmi – nəzəri konfrans
Mart ayının 31-i səhəri Mingəçevir Turizm Kollecinin kollektivi üçün Şəhidlər Xiyabanı xatirə kompleksində açıldı. Təhsil müəssisəsinin pedaqoqlu – tələbəli böyük bir heyəti tər çiçək dəstələri ilə xiyabana axın etdi. Onlar burada ucaldılmış Azərbaycanlıların soyqrımı və deportasiya qurbanları abidəsini cəmi Mingəçevirlilər kimi ziyarət edib soyqırım qurbanlarının xatirəsinə ehtiram nümayış etdirdi.

Mingəçevir Turizm Kollecində daha bir intellektual yarış keçirildi.
Mingəçevir Turizm Kollecində Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər sırasında martın 30-da növbəti intellektual yarış keçirilmişdir.

Mingəçevir Turizm Kolleci çempion oldu

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci