ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecinin kollektivi “Şəhər günü” tədbirlərində


Noyabr ayının 11-də Mingəçevir şəhərinin qurulmasının 63 illiyi təntənəli bayram tədbiri ilə qeyd edildi. Heydər Əliyev mərkəzinin qarşısındakı geniş meydan bu münasibətlə bayramsayağı bəzədilmişdi. Şəhərin hər bir müəssisəsi meydanın onun üçün ayrılmış guşəsində özünün “Şəhər gününə” həsr olunmuş plakat və stendlərini nümayiş etdirirdi. Meydanda diqqət çəkən yerlərdən biri də Mingəçevir Turizm Kollecinə ayrılmışdı. Kollecin rəsm müəllimləri tərəfindən hazırlanmış və tədbirdə hər kəsin diqqətini cəlb edən böyük fotostenddə şəhərin və kollecin həyatının mühüm məqamları əks olunmuşdu, kollec tələbələrinin şəhərin görməli yerlərinə həsr etdiyi rəsm əsərlərindən ibarət sərgi də kollec üçün ayrılmış guşədə xüsusi yer tuturdu. Müəllim və tələbələrin ön cərgəsində Mingəçevir Turizm Kollecinin bədii özfəaliyyət qrupunun üzvləri dayanmışdı. Qızlardan ibarət rəqs qrupunda və muğam üçlüyündə təmsil olunan tələbələr milli geyimlərdə idilər. “Şəhər günü”nə həsr olunmuş bayram tədbiri saat 1400-da başlandı. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı cənab Mübariz Ağayev başda olmaqla şəhər rəhbərliyində təmsil olunan şəxslər və yubiley tədbirinin qonaqları ilk olaraq Mingəçevir Turizm Kolleci üçün ayrılmış guşəyə yaxınlaşdılar. Kollecin müəllimi Aygün Hüseynova stenddə nümayiş etdirilən fotoşəkillər və xronika materilalları barəsində dolğun məlumatlar verdi. Daha sonra tələbələr Günel və Hüseyn cənab Mübariz Ağayevi və digər rəsmi şəxsləri şəhərin yubileyi münasibətilə Mingəçevir Turizm Kollecinin direktoru prof. Ə.A.Əyyubovun və kollektivin adından təbrik etdi. Tələbələrin əl işlərindən ibarət sərgi də yubiley iştirakçılarına təqdim olundu. Bədii özfəaliyyət qrupunun üzvləri də hazırladıqları musiqi nömrələrini nümayiş etdirdilər. Hüseynov Nafi və Həsənov Elgizdən ibarət duetin ifasındakı şən mahnıdan sonra saz alətinin səsi ətrafa yayıldı. Rəqs qrupunun üzvü olan tələbə qızların səslənən musiqiyə uyğun rəqs etməsi bayram ab-havasına xüsusi rəng qatırdı. Şəhər İcra Hakimiyyətinin başçısı cənab M.Ağayev “Şəhər günü” tədbirlərində Mingəçevir Turizm Kollecinin iştirakını yüksək qiymətləndirdi və kollecin direktoru prof. Ə.A.Əyyubova təşəkkürlərini ifadə etdi. Sonra yubiley tədbirinin təşkilatçıları və qonaqları digər təşkilatların tərtib etdiyi guşələrlə tanış oldular. Şəhər bayramı saat 1500-da tanınmış incəsənət ustalarının iştirakı ilə maraqlı konsert proqramı ilə davam etdirildi.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 1836

                                

Paylaş      

SON BAXILANLAR

Qanlı Yanvar faciəsinin 25-ci ildönümü
Mingəçevir Turizm Kollecində 1990-cı ilin Qanlı 20 Yanvar faciəsinin 25-ci ildönümü böyük ehtiramla yad edilmişdir.

Dekorativ tətbiqi sənət festivalı

Kollecdə 8 Mart Beynəlxalq qadınlar bayramı günü qeyd edildi.

Mingəçevir Turizm Kollecinin tələbələri İsmayıllıda ekskursiyada olub
Mingəçevir Turizm Kollecinin “Səyahət və ekskursiyalar” şöbəsi 19 may 2018-ci il tarixində növbəti ekskursiyasını həyata keçirib.

Mingəçevir Turizm Koleci tərəfdaş təhsil müsəssisə ilə birgə Rusiya Federasiyasında keçirilən beynəlxalq konfransa təşkilatçılıq edib
Bu günlərdə Rusiya Federasiyasından Azərbaycana müjdəli xəbər daxil olub. Belə ki, ölkənin ən geniş beynəlxalq əlaqələr şəbəkəsinə malik təhsil ocaqlarından biri olan Mingəçevir Turizm Kolleci Sankt-Peterburq şəhərində beynəlxalq əməkdaşlıq əlaqələri çərçivəsində növbəti uğura imza atıb.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci