ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecinin kollektivi Xocalı soyqırımının növbəti ildönümündə Soyqırım abidəsini ziyarət etdi.

1992-ci ilin 26 fevral tarixli Xocalı soyqırımının növbəti ildönümündə əvvəlcədən hazırlanmış tədbirlər planına uyğun yad edən Mingəçevir Turizm Kollecinin kollektivi özünün kədər və üzüntüsünü, eləcə də millətimizin başına gətirilən bu faciə ilə bağlı həqiqətləri gənc nəslə və dünya ictimaiyyətinə təqdim etmək məqsədi ilə keçirdiyi məzmunlu tədbirlərlə əks etdirməyə çalışır.


Tədbirlər planına uyğun olaraq fevralın 19-da tələbələrin iştirakı ilə növbəti  təşəbbüs həyata  keçirilib. Mingəçevir  şəhər Şəhidlər  Xiyabanı  ərazisində qurulmuş Soyqırım abidəsi ziyarət edilib. Tədbirdə kollecin MUİ-13, TMT-31, TT-51, Bİ-11/14, MTİ-4, BT-38 qruplarının tələbələri iştirak edib. Tələbələrə rəhbərlik edən tarix müəllimi Eldar Dərişov əvvəlcə erməni millətçilərinin xalqımıza qarşı düşmənçilik fəaliyyətinin tarixindən qısaca bəhs edib. XX əsrdə Azərbaycan xalqına qarşı həyata keçirilmiş etnik təmizləmə və soyqırım siyasətinin müxtəlif mərhələləri haqqında məlumat verib. Xocalı faciəsinin baş verməsi ərəfəsində mövcud hərbi-siyasi şərait, şəhərin işğalı zamanı törədilmiş qətillər və dağıntılar barəsində məlumatları tələbələrə çatdırıb. Sonra tələbələr mütəşəkkil surətdə Soyqırım abidəsinin önünə yaxınlaşaraq ehtiramla şəhidləri və faciə qurbanlarını anıb və tər  çiçək dəstələrini abidənin önünə düzdülər.  Soyqırım abidəsinin ziyarətindən tələbələr dərin təəssüratlarla ayrılıb


 
Əlavə edilmə tarixi: 23.02.2018   |   Baxılma sayı: 362

                        

Paylaş      

SON BAXILANLAR

31 mart soyqırımı tariximizin yaddaşında
Mingəçevir Turizm Kollecində 1918-ci ilin 31 mart hadisələrinə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.

Mingəçevir Turizm Kollecində 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub
Mingəçevir Turizm Kollecində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib. Pedaqoji heyətinin və tələbə kontingentinin əksəriyyəti gənc mütəxəssis xanımlardan və tələbə qızlardan ibarət olan kollektiv təbriklərin ağuşunda və xoş anlar içində unudulmaz təəssüratlar yaşayıb.

Mingəçevir Turizm Kollecində 20 yanvar şəhidlərinin xatirəsi anıldı

Kollecdə görüş.

Mingəçevir-64

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci