ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunmus açıq dərslər keçirilib

Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 100 illik yubileyinin qeyd olunması Mingəçevir Turizm Kollecində zəngin və rəngarəng tədbirlər proqramı üzrə aparılır.


 Proqrama müxtəlif diskussiya, sərgi, müsabiqə, konfransların keçirilməsi daxildir. Kollecdə mövcud olan ənənələrdən biri də tarixi günlərə, əlamətdar hadisələrə  həsr olunmuş  xüsusi dərslərin  təşkil edilməsidir. Kollecdə görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubleyinin keçirilməsi ilə əlaqədar 2017-2018-ci tədris ilinin II semestrinin ilk dərsləri Dahi Bəstakarın yaradıcılığına həsr olunub. Dərslərdə qrup  tələbələri ilə yanaşı mövzu ilə maraqlanan digər qrupların tələbələrinin, müəllimlərin iştirakına da şərait yaradılıb. Müəllimlər ənənəvi pedaqoji  qaydalara riayət  edərək  əvvəlcə Azərbaycanın musiqi mədəniyyətinə  aid   qısa sorğu keçirib.   Mövzuya  dair tələbələrin bilikləri barəsində  məlumat  əldə edilib. Dərsin gedişində öncə tələbələrə Qara Qarayevin  həyat yolu  barədə məlumat verilib, təhsili, tərcümeyi–halı, yetişdirdiyi  tələbələrin uğurlarından danışılıb. Daha sonra bəstəkarın yaradıcılığı haqqında ətraflı  məlumatlar  çatdırılıb. Dinləyicilər bəstəkarın əsərləri barədə olduqca müfəssəl  məlumatlarla tanış olub. Dərslərdə xüsusilə də “Yeddi gözəl “və “İldırımlı yollarla”baletlərinin incəsənətimizdəki yeri və əhəmiyyəti vurğulanıb. Dərslərin sonunda iştirakçıları maraqlandıran çoxsaylı suallara aydınlıq gətirilib, dinləyicilərin mövzu ilə bağlı fikirləri öyrənilib.
 

 
Əlavə edilmə tarixi: 20.02.2018   |   Baxılma sayı: 289

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində 28 May Respublika Günü qeyd olunub
Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi Mingəçevir Turizm Kollecində silsilə bayram tədbirləri ilə qeyd olunub. Bu münasibətlə kollecdə açıq dərslər təşkil olunub, dəyrimi masa ətrafında müzakirələr, rəsm, inşa, ən yaxşı divar qəzeti müsabiqələri, bilik yarışması və futbol turniri keçirilib.

ULU ÖNDƏRİN ANIM GÜNÜ
Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin vəfatının 11 illiyi ilə əlaqədar silsilə tədbirlər təşkil edilmişdir.

AzVET layihəsinin nümayəndələri ilə görüş.

Mingəçevir Turizm Kollecində 28 May Respublikagününə həsr olunmuş elmi- nəzəri konfrans
Fəaliiyətə başlamasının 10 illik yubileyini bu günlərdə təntənə ilə bayram etmiş Mingəçevir Turizm Kollecinin kollektivi 28 May Respublika günü münasibətilə növbəti önəmli tədbirini gerçəkləşdirdi.

Mingəçevir Turizm Kollecində “ Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur “adlı elmi- nəzəri konfrans keçirilib

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci