ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Görkəmli bəstəkar Qara Qarayevə həsr olunmuş Bilik yarışı

Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyi münasibəti ilə Mingəçevir Turizm Kollecində keçirilən tədbirlər sırasına daha biri əlavə olundu.


“Qara Qarayevin incəsənətimizdə qoyduğu iz” adlı intellektual yarış keçirildi. Yarış kollecin fənn müəllimləri Eldar Dərişov, Elnarə İsmayılova  və kollecin  tələbə - gənclər təşkilatının fəallarının təşəbbüsü ilə təşkil edilmişdir. Bilik mübarizəsində ayrı-ayrı ixtisas qruplarının  tələbələrindən ibarət 6 komanda iştirak edirdi. Eyni zamanda yarışa  əyani şöbələrin tələbələri ilə yanaşı qiyabiçi tələbələrdən təşkil olunmuş komandalar da qoşulmuşdu.

     Müəyyən edilmiş qaydalara uyğun olaraq intellektual yarış üç mərhələyə bölünmüşdür. Hər mərhələdə komandalara Qara Qarayevin həyat və  yaradıcılığı mövzusunda 10 sual ünvanlanırdı. Yarışın tamaşaçıları komandalar arasında bərabər və gərgin mübarizə aparılmasının şahidi oldular. İştirakçıların  nümayiş etdirdiyi oyun onların  Azərbaycan  musiqi  sənəti  xüsusilə  də  görkəmli bəstəkar Qara  Qarayevin  yaradıcılığı haqqında kifayət qədər məlumatlı olduğunu  göstərdi. Münsiflər heyəti  hər bir komandanın cavabını dürüstlüyü və dolğunluğunu nəzərə alaraq müvafiq ballarla qiymətləndirdi. Tamaşaçılar arasında olan komandaların dəstək qrupları da öz yoldaşlarını sonadək dəstəkləyir və onları uğura həvəsləndirirdi. Üç mərhələdən ibarət yarışın nəticəsinə görə “Real” komandası qalib adına layiq görüldü. Bu komandaların üzvləri sualları daha düzgün və ətraflı cavablandırmışlar. Qalib komandaların üzvləri fəxri fərmanla təltif olunacaqlar. Fəxri fərmanlar qaliblərə Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş yekun tədbirdə kollec rəhbərliyi tərəfindən təqdim olunacaq.


 
Əlavə edilmə tarixi: 22.01.2018   |   Baxılma sayı: 244

                                

Paylaş      

SON BAXILANLAR

Anonim zənglərə qarşı mübarizə

Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov Rusyanın Sankt-Peterburq şəhərində beş günlük işgüzar səfərdə olub. Səfər zamanı həm də yeni beynəlxalq əməkdaşlığın təməli atılıb
Noyabr ayının 12-dən 17-dək Mingəçevir Turizm Kollecinin direktoru professor Əyyub Əyyubov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfər edərək faydalı görüşlər keçirib.Səfər Sankt-Peterburq Turizm və Otel Servisi Kollecinin dəvəti əsasında gerçəkləşib.

Kollecdə 8 Mart Beynəlxalq qadınlar bayramı günü qeyd edildi.

Mingəçevir Turizm Kollecində “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı konfrans keçirilib
Azərbaycan xalqının müasir tarixinə hüzn və qəhrəmanlıq səhifəsi kimi həkk olmuş 1990-cı ilin qanlı 20 yanvar hadisələrinin növbəti ildönümü Mingəçevir Turizm Kollecində silsilə vətənpərvər tədbirlərlə anılıb.

Beynəlxalq Turizm Günü
“27 sentyabr Beynəlxalq Turizm günü” hər il kollecdə xüsusi təntənə ilə qeyd olunur.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci