ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Qara Qarayevin yaradıcılığına həsr olunmuş oxucu konfransı

Yenicə qədəm qoyduğumuz 2018 - ci ildə bir sıra əlamətdar yubileylərin şahidi olacağıq. Bu cəhətdən bu il həm də Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 100 illik yubileyinin keçirilməsi ilə yaddaşlarda qalacaqdır.


. Mingəçevir Turizm Kollecində görkəmli bəstəkarımızın yubileyi münasibəti ilə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Kollecin struktur bölmələri və  tələbə- gənclər təşkilatı yubileyə həsr olunmuş rəngarəng tədbirlər keçirməyi planlaşdırırlar.  Bu tədbirlər  sırasına  kollecin kitabxanasında baş tutmuş oxucu  konfransı ilə start verildi.

    “Bəstəkar Qara Qarayev nəslinin mədəniyyət və incəsənətimizin  və  dövlətçiliyimizin  tərəqqisində  mövqeyi” adlı konfrans ədəbiyyat müəllimləri Əşrəf Əsgərov  və  Kifayət Əliyevanın təşəbbüsü ilə təşkil edilmişdir. Tədbirdə pedoqoqlarla yanaşı əyani və qiyabi şöbələrin tələbələri də iştirak  edirdi.  Xüsusilə, bədii özfəaliyyət  qrupunuun üzvü olan yaradıcı gənclər öz fəallığı və mövzuya marağı ilə  seçilmişdir. Oxucu konfransı fəal fikir mübadiləsi şəraitində keçirildi. İştirakçılara Qara Qarayevin Azərbaycan  musiqi sənətinin incisinə çevirilmiş əsərləri haqqında ətraflı məlumatlar verildi.

      Çıxışlar mövzu ətrafında maraqlı müzakirələrə yol açdı. Tədbirdə həmçinin bəstəkarın yaradıcılığına həsr olunmuş kitablar və məqalələrdən  söhbət açıldı. Dolğun  çıxışları, fəal müzakirələri dinləyən iştirakçılar oxucu konfransından dərin təəssüratlarla ayrıldılar.


 
Əlavə edilmə tarixi: 16.01.2018   |   Baxılma sayı: 321

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində 5 0ktyabr müəllimlərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib
Mingəçevir Turizm Kollecində 5 oktyabr Müəllimlər Günü sözlü nəğməli bayram tədbiri ilə qeyd olunub.

Mingəçevir Turizm Kollecinin növbəti ekskursiyası
Mingəçevir Turizm Kollecinin tələbələrinin tarix, coğrafiya və turizm fənlərini öyrənən zaman oxuyub öyrəndikləri tarixi , mədəni abidələrimizi əyani olaraq görmək məqsədilə yaradılmış “ Səyahətlər və ekskursiya “ şöbəsi öz işini bu dəfə “Qədim Gəncə”də davam etdirdi.

Kollecin tələbələri bilik yarışında I yer tutdular
Aprelin 30-da Mingəçevir Gənclər Evində “Gənclərin regional bilik akademiyası” adlı bilik yarışı keçirildi.

TDAUİA-nın Akademik üzvü Prof.Əyyub Əyyubov ilin Elm adamı seçildi

Gənclər idarəsi ilə birgə seminar
Mingəçevir şəhərində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrində “Zamanın idarə edilməsi və uğurlu karyera” mövzusunda seminarlar keçirilir.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci