ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecinin kollektivi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə coşqulu bayram şənliyi keçirib

“Minqo-Park” İstirahət Mərkəzində təşkil olunan bayram şənliyində kollecin pedaqoji heyəti və istedadlı tələbələri iştirak edib.Bayram süfrəsi arxasında saatlarla sevinc dolu anlar yaşayan şənlik iştirakçıları arxada qalan 2017-ci tədris ilinin yorğunluğundan qurtularaq yeni uğurlara köklənmək üçün əla fürsət qazanıb.


Əslində Mingəçevir Turizm Kollecinin kollektivi bu sayaq təntənəli şadyanalığı  yaradıcı əməyi və təhsildə qazandığı davamlı uğurları sayəsində haqq edib.Doğma kollektivinə bayram təbriki ilə üz tutan Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov da  qeyd olunan məqama xüsusi diqqət yetirib.O,  ölkədə  prezident cənab İlham Əliyevin  rəhbərliyi ilə həyata keçirilən  dinamik və uğurlu siyasi kursun davamlı sabitliyə və hərtərəfli inkişafa zəmin yaratdığını vurğulayıb:

“Çalışmaq, pedaqoji fəaliyyətə yaradıcı yanaşmaq, ixtisaslı kadr hazırlığı prosesində ən müasir  tədris metodları tətbiq etmək və  digər çalışmalar sayəsində uğurları sıralamaq üçün  üzərimizdə  hər zaman dövlətimizin və prezidentimizin dəstək və qayğısını hiss edirik.Cəmiyyətimizdə sabitlik və firəvanlıq hökm sürür, bundan böyük xoşbəxtlik ola bilərmi.Bu qayğı daima  məsuliyyətimizi artırır və hesab edirəm ki, 2017-ci tədris ili ərzində əldə etiyimiz  naliyyətlər  işgüzar fəaliyyətimizin və məsuliyyətimizin  təzahürüdür.Açığı sadalanası çox məqamlar olub.İstər təhsildə, istər ictimai fəallıqda,istər beynəlxalq əlaqələr coğrafiyamızın genişləndirilməsində,istərsə də  mədəni-kütləvi tədbirlərin təşkilində yetərincə qürurla ifadə edə biləcəyimiz  uğurlara imza atmışıq.İl ərzində növbəti 600-dən artıq məzunumuzu ixtisaslı kadrlar olaraq istehsalata yola salmışıq, 700-ə qədər  yeni  gənc Mingəçevir Turizm Kollecinin tələbəsi adını qazanaraq şərəflənib, 50 yüksək səviyyəli mədəni-kütləvi tədbirə, konfransa ev sahibliyi etmişik, istedadlı tələbələrimiz çoxsaylı müsabiqə,sərgi və idman yarışlarında kollecimizi uğurla təmsil edib.Bütün bunlar onu göstərir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il təqvimində  ürək dolusu sevinib, şadlanmağa haqqı olan  böyük kollektivlərdən biriyik.Əminəm ki, 2018-ci il kollektivimiz üçün yeni naliyyətlərlə tarixləşəcək.”

 Daha sonra bayram iştirakçıları biri-birindən şux mahnı və rəqslərin müşayəti ilə unudulmaz anlar yaşayıb.Kollec tələbə özfəaliyyət qrupunun istedadlı üzvləri saatlar  ərzində maraqlı  və zəngin bədii proqramla çıxış edərək iştirakçıların qəlbində xoş təəssüratlara yol açıb.Tədbir boyu keçirilən əyləncəli musiqi və poeziya  viktorinaları  təəssüratları daha da zənginləşdirib.Yeni  ilin rəmzləri olan Şaxta baba və Qarqızın şənlikdə iştirakı,kollektivin onlarla bərabər  şüx rəqsləri  hafizərdə unudulmaz izlər buraxıb.

Tədbirin təşkilində xüsusi təşəbbüskarlıq göstərmiş kollec Həmkarlar İttifaqı Komitəsinin sədri İbrahim Əyyubovun  bayram təbriki  kollektivi iki qat sevindirib.O  ənənəyə sadiq qalaraq bu dəfə də hər kəsi bayram hədiyyələri ilə sevindirəcəklərini vəd edib.

Bayram şənliyinin ən unudulmaz  anlarından biri də bayram tortunun kəsildiyi  məqamla əlamətdar olub.Çünki,  bu  unudulmaz xoş an kollektivin say-seçmə pedaqoqlarının birgə iştirakı ilə gerçəkləşib.Eyni zamanda onların hər biri  bayram təbriklərini  doğma həmkarları ilə paylaşmaq fürsəti qazanıb.

Növbəti dəfə düşüncələrini paylaşan professor Əyyub Əyyubov ulu öndər Heydər Əliyevin əziz xatirəsini anaraq dünya Azərbaycanlılarının  həmrəyliyinin yaranması üçün  göstərmiş olduğu  fədakarlıqdan danışıb:

“Belə bir təqvimin xalqımıza  ərmağan edilməsi  dahi şəxsiyyət Heydər Əliyevin adı və xidmətləri ilə bağlıdır.Bu gün  yaşadığımız sevinc dolu anlar o böyük şəxsiyyətin arzularının təcəssümdür.Kollektiv olaraq  biz Azərbaycanın əksər regionlarını  və fərqli mədəniyyətlərini təmsil edirik.Fəaliiyətdə  və bərabər olduğumuz ötən illər ərzində bu həmrəyliyin bizə və ümumən xalqımıza nə qədər gərəkli olduğunu hər birimiz çox gözəl anlaya bilmişik.Biz daim bizləri bir araya gətirən bu ideyanın arxasında dayanmağa  borcluyuq.”

Bayram tədbiri bundan sonra  da saatlar ərzində sevin dolu anlarla davam edib.Şənlik həmrəylik rəmzi olan möhtəşəm Yallı rəqsi ilə başa çatıb.

 

 

 


 
Əlavə edilmə tarixi: 31.12.2017   |   Baxılma sayı: 240

                                

Paylaş      

SON BAXILANLAR

Kollecdə 8 Mart Beynəlxalq qadınlar bayramı günü qeyd edildi.

Mingəçevir Turizm Kollecinin komandası şəhər kubokunun qalibi oldu

Mingəçevir Turizm Kollecinin müdiri liseydə
Bu günlərdə Mingəçevir Turizm Kollecinin müdiri, professor Eyyub Eyyubov Mingəçevir Özəl Türk Liseyində olub.

Məzun günü

Xalq Qəzeti- Əyyub Əyyubov " Ordumuz istənilən hərbi tapşırığı uğurla yerinə yetirməyə qadirdir "
Ordumuz istənilən hərbi tapşırığı uğurla yerinə yetirməyə qadirdir Azərbaycan Ordusu mövcud olduğu ötən 100 il ərzində keşməkeşli və şərəfli bir yol keçib. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə yaradılan Silahlı Qüvvələr o vaxt ölkəmizin müdafiəsinin təmin edilməsində şücaət göstərib.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci