ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində “Döyüşən şəhər “sənədli filmilnin təqdimat mərasimi keçirilib

Mingəçevir Turizm Kollecində İstedadlı fotomüxbir, “Mingəçevir” qəzetinin əməkdaşı İslam Şirinovun əsərləri əsasında ərsəyə gəlmiş “Döyüşən şəhər” sənədli filminin təqdimat mərasimi yüksək ictimai maraq doğurub.


. Qeyd etmək lazımdır ki, filmdə müəllifin Qarabağ münaqişəsinin başladığı dönəmlərdən etibarən  döyüşlərin intensivləşdiyi sonrakı  mərhələlərin də yer aldığı  dəyərli materiallar və arxiv sənədləri öz əksini tapıb.

Təqdimat mərasimini açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov filmlə ilkin tanışlıq əsasında  zəngin təəssüratlar aldığını qeyd edib. Dəyərli elm adamı filmi hər mənada yüksək qiymətləndirdiyini  bildirib:

  “Bəri başdan filmin ərsəyə gəlməsində əməyi olan bütün yaradıcı heyəti təbrik edib  yeni uğurlar arzulayıram. Qarabağ məsələsi  xalqımızın yaralı yeridir. İndiyədək bu mövzuya dəfələrlə toxunulub və gələcəkdə də saysız –hesabsız  sənət nümunələrinin ortaya çıxacağına heç birimizin şübhəsi yoxdur. Amma, səmimiyyətlə etiraf etməliyəm ki, bu film tamamilə yeni üslubda  düşünülüb və lentə alınıb, süjet xətti   özünəməxsusluğu ilə diqqəti  cəlb edir. Üstəlik hadisələrə kompleks yanaşma tərzi mövcuddur. Belə ki, Qarabağ münaqişəsi, Mingəçevirlilərin bu hadisələrdə fəal iştirakı, torpqalarımızın müdafiəsində ortaya qoyduğu fədakarlıq, hətta arxa cəbhə qismində Mingəçevirlilərin vətənpərvər davranışları və  umumən dövrün ictimai-siyasi axarı dolğun şəkildə öz əksini tapıb. Bu isə filmi daha da cəlb edici edir. Filmdə nümayiş olunan  dəyərli fotolar sanki dil açıb danışır, böyük bir tarixi dönəm haqqında o günlərdən bu günlərə informasiya ötürür. Əlbəttə ki, həmin fotoların müəllifi olan  istedadlı  və təcrübəli  müəllif İslam Şirinovun ustalığı yalnız alqışa layiqdir və mən onu kollektivimiz adından alqışlayıram.”

Daha sonra söz alan  Mingəçevir qəzetinin redaktoru  Mirsədi Daşdəmirov səmimi  sözlər  söylədiyi  və  təqdimat mərasiminə ev sahibliyi etdiyi üçün   professor Əyyub Əyyubovun  timsalında kollektivin ünvanına ən xoş sözlərini çatdırıb. O eyni zamanda filmin çəkilş prosesi ilə bağlı ətaraflı məlumat verib.

   Ardınca çıxış edən müəllif İslam Şirinov ən xoş arzularını paylaşıb. O  vətəndaşlıq mövqeyindən çıxış edərək  belə bir əsər yaratmaq qərarına gəldiklərini söyləyib. İslam Şirinov həm də istifadə olunan fotoların çəkilş prosesində vaxtilə rastlaşdığı hadisələrdən, Azərbaycan ordusunun  şahidi olduğu qəhramanlıq savaşından, Mingəçevirli  igidlərinin   döyüşlərdə göstərdiyi şücaətdən söz açıb.

Bundan sonra “ Döyüşən şəhər” sənədli filminə baxış keçirilib. 35 dəqiqə sürən film ərzində iştirakçılar üzüntülü və qürüverici təəssüratların ağuşunda qalıb. Başa çatan filmi sürəkli alqışlar müşayət edib.

Sonda  filmin yaradıcı heyəti ilə iştirakçılar arsında maraqlı fikir mübadiləsi aparılıb. Tədbirdə həmçinin “Mingəçevir” qəzetinin 6 əməkdaşı iştirak edib. Professor Əyyub Əyyubov yaradıcı heyətin geniş tərkibdə kollecdə keçirilən təqdimat mərasiminə qatılmasını təqdirəlayiq hal kimi dəyərləndirib və bu cür görüşlərin hər iki tərəf üçün faydalı olacağını vurğulayıb.


 
Əlavə edilmə tarixi: 20.12.2017   |   Baxılma sayı: 87

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kolleci Beynəlxalq Sərgidə uğurla təmsil olundu.
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə hər il öıkə paytaxtında düzənlənən Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə ildən-ilə maraq daha da artır.Bunun bir göstəricisi də odur ki, iştirakçı dövlətlərin,həmçinin şirkət və müəssisələrin hüdudları yeni coğrafiyalara uzanır.

Mingəçevir Turizm Kollecinin “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və Yeni ili qeyd etdi.

Beynəlxalq Turizm Sərgisi
Bakıda Beynəlxalq Turizm Sərgisi keçirildi

Mingəçevir Turizm Kollecində “ Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur “adlı elmi- nəzəri konfrans keçirilib

Müəllimlər günü
5 Oktyabr “Müəllimlər günü” respublikamzın bütün tədris müəssisələrində olduğu kimi Mingəçevir Turizm Kollecində də hər il böyük ruh yüksəkliyi ilə qeyd olunur.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci