ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm kollecində 12 noyabr Konstitutusiya Günü və Mingəçevir şəhərinin 69-cu ildönümü münasibətilə tədbirlər keçirilib

Mingəçevir Turizm Kollecindəiki qat bayram sevinci yaşanıb. Kollektiv 11 noyabr Mingəçevir şəhərinin 69-cu ildönümü və 12 noyabr Konstitusiya Günü münasibətilə biri-birindən məzmunlu tədbirlərə təşəbbüs və təşkilatçlq edib.


Tələbələr arasında  keçirilən inşa və rəsm müsabiqələri  böyük maraqla qarşılanıb.Daha sonra ən yaxşı rəsm və əl işləri nümunələri kollecdə təşkil olunan bayram sərgisində nümayiş olunub.Sərgiyə baxış  keçirən  kollektiv üzvləri və qonaqlar həm də divar qəzetlərinin  ən uğurlu xüsusi buraxılışları ilə yaxından tanış olmaq fürsəti əldə edib.

Ardınca bayram tədbiri iştirakçıları  tədbirlərin zirvə nöqtəsi olan elmi-nəzəri konfransda bir araya gəlib.  “Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin qarantıdır” adlı elmi nəzəri konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru,professor Əyyub Əyyubov iştirakçıları iki qat bayram münasibətilə təbrik edib:

“Fərəhli haldır ki, iki əlamətdar təqvimlər  üst-üstə düşüb və birlikdə hər ikisini  bayram edirik.Konstitusiya dövlətçiliyimizin qarantı, kollecimizin yerləşdiyi Mingəçevir isə  müstəqil Azərbaycanın sənaye və turizm coğrafiyasında xüsusi yeri olan ölkənin  dördüncü şəhəridir.Konstitusiyamızın müəllifi  milli dövlətçiliyimizin memarı olan ulu öndər Heydər Əliyevdir.Eləcə də Mingəçevir şəhərinin  inkişaf etdirilərək nəhəng sənaye mərkəzinə çevrilməsi dahi şəxsiyət Heydər Əliyevin adı və xidmətləri ilə bağlıdır.Xüsusilə də  Qafqazın enerji nəhəngi olan Azərbaycan İstilik Elektrik Stansiyası ümummilli liderin bu günki müasir müstəqil  Azərbaycana vaxtilə ərmağan etdiyi  ən şah əsərlərdən biridir.Demək istədiyim odur ki, bu iki əlamətdar təqvim  xalqımızın dahi övladının xidmətləri ilə bağlı olduğuna görə bizlər üçün iki qat önəmli və əzizdir.Ulu öndər Heydər Əliyev ilk  milli Konstitusiyamızı yaratmaqla dövlətçiliyimizi,azadlığımızı,adət -ənənələrimizi və milli kimliyimizi tam təminat  altına alıb.Onun nəticəsidir ki, bu gün xalqımız və dövlətimiz  inamla sabahlara boylanır,dəyərlərini təbliğ edir  və  bu kimi əlamətdar təqvimlərdə  bayram coşqusu yaşayır.”

 Bundan sonra videoçarxa baxış keçirilib.

Daha sonra digər çıxışlar dinlənilib.Pedaqoqlar   Eldar  Dərişov,Əşrəf Əsgərov  , tələbələr Ramil Həmzəyev və  Kifayət İsayeva  müvafiq olaraq  “12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günüdür” , “Azərbaycan Respublikasının Konstitusiyası   müstəqil dövlətçiliyimizin qarantıdır”,| “Heydər Əliyev  müstəqil Azərbaycan Respublikası Konstitusiyasının  müəllifidir” və                        “ Mingəçevir nur şəhəridir“ mövzusunda məruzələr səsləndirib.

Konfrans tələbə özfəaliyyət qrupunun təqdim etdiyi ədəbi-bədii kompozisiya ilə başa  çatıb.


 
Əlavə edilmə tarixi: 10.11.2017   |   Baxılma sayı: 48

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində “27 sentyabr Ümumdünya Turizm Günüdür” adlı konfrans keçirilib
Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov turizmin dünyanın iqtisadi, mədəni və sosial həyatında önəmli rol oynadığını qeyd etdi.

Müəllimlər günü
Tədris müəssisələri və pedaqoji kollektivlər üçün ən əziz bayramlardan biri də “ 5 oktyabr Müəllimlər günü” dür.

Sergi
Bakıda Turizm Sərgisi keçirildi

Mingəçevir şəhər İcra Başçısı Niyazi Bayramovun Mingəçevir Turizm Kollecinə gəlişi
15 may 2013-cü il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı Niyazi Bayramov və İcra Hakimiyyətinin humanitar işlər üzrə müavini Ramiz Əliyev Mingəçevir Turizm Kollecində olmuşdur.

Mingəçevir Turizm Kollecində intellektual yarış keçirilmişdir

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci