ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində “Azərbaycanın Dövlət Bayrağı xalqımızın milli-mənəvi sərvətlərindəndir” mövzusunda konfrans keçirilib

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü Mingəçevir Turizm Kollecinin kollektivi tərəfindən silsilə bayram tədbirləri ilə qeyd olunub.Müxtəlif müsabiqələr, idman turnirləri və intelektual bilk yarışmaları pedaqoq və tələbələrin vətənpərvər duyğularının daha da güclənməsinə xidmət edib.


Eyni zamanda  kollektiv Bayraq Günü münasibətilə təşkil olunmuş ümumşəhər tədbirində xüsusi  guşə ilə təmsil olunub.Tədbirin ardınca kollec “Azərbaycanın Dövlət Bayrağı xalqımızın milli-mənəvi sərvətlərindəndir” adlı elmi-nəzəri konfransa ev sahibliyi edib.

 Öncə konfrans iştirakçıları kollecin foyesində təşkil olunmuş və Bayraq Gününə həsr olunmuş tələbələrin əl işlərindən ibarət Sərgiyə baxış keçirib.Ardınca Dövət Himninin canlı ifası ilə konfrans öz işinə başlayıb.

Konfransda bayram təbriklərini paylaşan  Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru,professor Əyyub Əyyubov  Azərbaycan Respublikasının üç rəngli Dövlət Bayrağının  Azərbaycan Demokratik Cumhuriyyəti dönəmindən üzü bəri keçdiyi şərəfli tarixi yola dair elmi baxışlarını açıqlayıb.Azərbaycanın son azadlıq mücadiləsi tarixinə  nəzər salan professor  ulu öndər Heydər Əliyevin bayraq sevgisindən ətraflı söhbət  açıb.Məhz ümummilli lider tərəfindən  üç rəngli  Azərbaycan  Bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasının rəsmi Dövlət Bayrağı  olaraq qaldırılmasına  nail olunduğunu xatırladaraq dahi şəxsiyyət Heydər  Əliyevin “Müstəqilliyimiz əbədidir,dönməzdir” kəlamından sitat gətirib.Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə  ölkə paytaxtında  və bölgələrdə salınan  möhtəşəm Bayraq Meydanlarını  prezidentin və Azərbaycan xalqının dövlətçiliyə sədaqət nümunəsi olaraq dəyərləndirib.

 Ardınca Azərbaycan Respublikasının Dövlət Bayrağına  həsr olunmuş video-çarxa baxış keçirilib.

Daha sonra konfransda  digər məzmunlu  məruzələr  dinlənilib. Pedaqoq Məleykə Vəlimməmədova, tələbələr Sevinc Ağayeva və Rəsul Hüseynov müvafiq olaraq “Azərbaycanın Dövlət Bayrağı xalqımızın milli-mənəvi sərvətlərindəndir”, “Bayrağımız  qürur mənbəyimizdir” və  “Bayrağımız müstəqilliyimizin və milli mənsubiyyətimizin  rəmzidir” mövzularında çıxış edib.

Konfrans tələbə özfəaliyyət qrupu tərəfindən təqdim olunan ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

Konfransa yekun vuran professor Əyyub Əyyubov Azərbaycan tarixinin daha dərindən tədris olunmasının, dövlətçilik rəmzlərinin və ənənələrinin  xüsusilə də gənclər arasında daim  təbliğ və təşviq edilməsinin vacib vəzifə olduğunu bilirib:

 “Tariximiz, Bayrağımız,Himnimiz və digər dəyərlərimiz milli kimliyimizin göstəricisidir.Biz bu dəyərlərə hər zaman canımız və qanımızla bağlı qalmalıyiq.Xoşbəxt xalqıq ki, azad dövlətimiz və dövlətçilik rəmzlərimiz var.Ən böyük arzumuz üç rəngli  Dövlət Bayrağımızın işğal altında olan  torpaqlarımızda dalğalanmasına  nail olmaqdır.İnanırıq ki, Ali Baş Komandan  cənab İlham Əliyevin rəhbərliyi ilə bu arzumuz yaxın vaxtda arzudan gerçəkliyə çevriləcək.” 


 
Əlavə edilmə tarixi: 08.11.2017   |   Baxılma sayı: 44

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində “27 sentyabr Ümumdünya Turizm Günüdür” adlı konfrans keçirilib
Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov turizmin dünyanın iqtisadi, mədəni və sosial həyatında önəmli rol oynadığını qeyd etdi.

Müəllimlər günü
Tədris müəssisələri və pedaqoji kollektivlər üçün ən əziz bayramlardan biri də “ 5 oktyabr Müəllimlər günü” dür.

Sergi
Bakıda Turizm Sərgisi keçirildi

Mingəçevir şəhər İcra Başçısı Niyazi Bayramovun Mingəçevir Turizm Kollecinə gəlişi
15 may 2013-cü il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı Niyazi Bayramov və İcra Hakimiyyətinin humanitar işlər üzrə müavini Ramiz Əliyev Mingəçevir Turizm Kollecində olmuşdur.

Mingəçevir Turizm Kollecində intellektual yarış keçirilmişdir

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci