ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Yaponiyanın Komatsu şəhərlərinin nümayəndə heyəti ilə görüş.

YaponiyanınKomatsu şəhərinin meri Şindji Vada başda olmaqla bir qrup nümayəndə heyəti Mingəçevirə səfəredib.Şəhər Icra Hakimiyyəti başçısı Niyazi Bayramov tərəfindən qəbuledilən qonaqlarla hər iki şəhərin səmərəli əməkdaşlığı barədə müzakirələr aparılıb.


N.Bayramov Mingəçevirin mövcud iqtisadi imkanları və mədəni potensialı barədə ətraflı məlumat verərək əməkdaşlığın dərinləşməsində maraqlı olduqlarını bildirib. Nümayəndə heyətinin rəhbəri və  Komatsu şəhərinin meri Şinji Vada Azərbaycanın Yaponiyadakı səfirindən Mingəçevir haqqında ətraflı məlumatlar aldığını bildirib. Onun fikrincə hər iki şəhər arasında xeyli oxşarlıq  var. Xüsusilədə Mingəçevir kimi Komatsudada  turizmə, təhsilə və su idmanına böyük maraq  var.

Qeyd edək ki, görüşdə həmçinin Kanazava Universitetinin müşaviri Hiroşi  Yamamoto, Komatsu şəhərinin Beynəlxalq təşviqat idarəsinin baş direktoru Katsuşi Fuci ,Komatsu Şəhər Şurasının sədri Toşikazu Umeda, Kanazava Universiteti Qlobal Məsələlər Təşkilatının xüsusi təyinatlı professoru AidəMəmmədova,  Mingəçevir TurizmKollecinin direktoru  professor Əyyub Əyyubov, Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev və digər rəsmi şəxslər iştirak edərək müzakirələrə qoşulub. Bu mənda Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubovun çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.Əyyub ƏyyubovAzərbaycan-Yaponiya əlaqələrinin tarixindən, mövcud durumundan və perspektivlərindən söhbət açıb. Eyni zamanda  o ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bölgələrin,  elm, təhsil, turizm və mədəniyyət sahələrinin inkişafına göstərilən diqqət və qayğının cəmiyyətdə təqdirlə qarşilandığını və genişmiqyaslı inkişafa stimul yaratdığını bildirib. Bu qayğının bir nümunəsi olaraq cənab prezidentin Sərəncamıilə Mingəçevir Turizm Kollecinin yaradılmasının turizm sənayesi üçün ixtisaslı kadr hazırlığı prosesinə önəmli töfhə verdiyini vurğulayıb. Dəyərli elm adamı Yaponiyalı qonaqlara kollecin tədris bazası, pedoqoq və tələbələri, məzunları, uğurlu beynəlxalq əlaqələri, beynəlxalq sərgi və layihələrdə iştirakı ilə bağlı ətraflı məlumatlar çatdırıb. Bir neçə gün öncə Rusiyanın Sankt-Peterburq Turizm və Mehmanxana Sevisi Kolleci nümayəndə heyətinin Mingəçevir Turizm Kollecində keçirdiyi görüşdən danışan Əyyub Əyyubov Yaponiya təhsil müəssisələrinin timsalında yeni beynəlxalq əməkdaşlqda təmsil etdiyi kollektivin maraqlı olduğunu bəyan edib. Professor  Əyyub Əyyubovun əhatəli və məzmunlu çıxışı iştirakçılarda xüsusi maraq oyadıb. Daha sonra kollec rəhbəri ona ünvanlanan suallara aydınlıq gətirib. Xüsusilədə Kanazava Universiteti təmsilçisi belə birəməkdaşlığın qurula biləcəyi və faydalı olacağını ifadə edib.  Bu məqsədlə hər iki tərəf arasında əlaqələrin intensiv şəkildə davam etdirilməsi qərara alınıb.

Yaponiyalı qonaqlar daha sonra Mingəçeviri gəzib dolaşaraq müxtəlif ünvanlara baş çəkib.


 
Əlavə edilmə tarixi: 20.10.2017   |   Baxılma sayı: 83

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində “27 sentyabr Ümumdünya Turizm Günüdür” adlı konfrans keçirilib
Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov turizmin dünyanın iqtisadi, mədəni və sosial həyatında önəmli rol oynadığını qeyd etdi.

Müəllimlər günü
Tədris müəssisələri və pedaqoji kollektivlər üçün ən əziz bayramlardan biri də “ 5 oktyabr Müəllimlər günü” dür.

Sergi
Bakıda Turizm Sərgisi keçirildi

Mingəçevir şəhər İcra Başçısı Niyazi Bayramovun Mingəçevir Turizm Kollecinə gəlişi
15 may 2013-cü il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı Niyazi Bayramov və İcra Hakimiyyətinin humanitar işlər üzrə müavini Ramiz Əliyev Mingəçevir Turizm Kollecində olmuşdur.

Mingəçevir Turizm Kollecində intellektual yarış keçirilmişdir

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci