ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Sankt-Peterburq Turizm və Mehmanxana Servisi Kollecinin nümayəndə heyəti Mingəçevir Turizm Kollecinə işgüzar səfər edib

Öncədən imzalanmış uzunmüddətli əməkdaşlıq sazişinə müvafiq olaraq Rusiya Federasiyasının Sankt-Peterburq Turizm və Mehmanxana Sevisi Kollecinin 6 nəfərlik nümayəndə heyəti Mingəçevir Turizm Kollecini ziyarət edib.


Rəsmi qarşılanma mərasiminin ardınca qonaqlar  təhsil müəssisəsi ilə yaxından tanış olub. Kollecin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov nümayəndə heyətinə Mingəçevir Turizm Kollecinin yaranma tarixi,fəaliyyəti,əldə etdiyi uğurları,beynəlxalq əlaqələri və kollektivin iştirak etdiyi beynəlxalq təhsil layihələri barədə ətraflı məlumat veriib.

Ardınca foyedə xüsusi monitor vasitəsilə Azərbaycan-Rusiya siyasi və mədəniəlaqələrindən, həmçinin  Azərbaycanın turizm özəlliklərindən bəhs edən videoçarxa baxış keçirilib.Daha sonra hər iki kollec rəsmilərinin iştirakı ilə rəsmi qəbul düzənlənib.Müzakirələr zamanı əməkdaşlığın perspektivləri və gözləntilər barədə fikir mübadiləsi aparılıb.Mütərəqqi tədris metodlarının paylaşılması və tətbiqi,turizm sənayesi üçün  kadr hazırlığı prosesinə dəstək verə biləcək addımların atılması,pedaqoq və tələbə mübadiləsinin əhəmiyyəti   və digər  vacib məsələlər nəzərdən keçirilib.

Müzakirələrin ardınca Rusiyalı qonaqlar Mingəçevir Turizm Kollecini gəzib dolaşaraq təhsil ocağının maddi texniki bazası,tədris imkanları, müasir informasiya texnologiyaları ilə  təmin olunmuş lobaratoriya, fənn kabinələri və auditoriyaları ilə yaxından tanış olub.Tanışlıq zamanı Sankt -Peterburqlu təhsil işçiləri kollecin pedaqoq və tələbələri ilə həmsöhbət olaraq  qarşılıqlı şəkildə arzu və istəklərini paylaşıb.

İdeoloji kabinetdə pedaqoq və tələbələrlə  qonaqların baş tutan görüşü də unudulmaz anlarla tarixləşib.Öncə professor Əyyub Əyyubov xüsusi slayd vasitəsilə  Mingəçevir Turizm Kollecini əhatəli şəkildə qonaqlara təqdim edib.O, Sankt-Peterburq Turizm və Mehmanxana Servisi Kolleci ilə əməkdaşlıqdan kollektiv olaraq böyük fayda götürəcəklərinə əmin olduğunu bildirib.Dəyərli elm adamının fikrincə  təcrübə mübadiləsi kadr hazırlığına növbəti güclü təkan verəcək.Bu minvalla hər iki təhsil müəssisəsi Azərbaycan və Rusiya hüdudlarında təhsil, mədəniyyət və turizmin inkişafına önəmli töfhə vermiş olacaq.Əyyub Əyyubov  Azərbaycan və Rusiya dövlətləri  arasında mövcud olan strateji münasibətlərin təhsil işçiləri önündə yeni perspektivlər açdığını xatırladaraq bu imkanlardan faydalanmağın vacib olduğunu xüsusi qeyd edib.

Görüb duyduqlarından zəngin təəssürat aldıqlarını bildirən Rusiya nümayəndə heyətinin üzvləri əməkdaşlıqdan xeyli məmnun olduqlarını iştirakçıların diqqətinə çatdırıb.   Andrey Bardaşeviç və   Lyudmila Kuznetsova  çıxışında  heyranlığını gizlətməyib:     “Azərbaycana ayaq açdığımız ilk andan ta bu andək gördüyümüz gözəlliklər,müasirlik,qonaqpərvərlik,elmə,təhsilə,mədəniyyətə,turizmə olan münasibət bizi heyran buraxıb.Özəlliklə də Mingəçevir Turizm Kollecinin mövcud  imkanları və perspektivləri doğru zamanda,doğru ünvanda olduğumuzu söyləməyə imkan verir. “Təmsil etdikləri Sankt-Peterburq Turizm və Mehmanxana Servisi Kolleci barədə iştirakçıları ətraflı məlumatlandıran  qonaqlar əməkdaşlıqdan hər iki tərəfin gərəkli fayda götürəcəyindən əminlik vurğulayıb.Ardınca hər iki  tərəf arasında xatirə hədiyyələri paylaşılıb.Görüş tələbə özfəaliyyət qrupu fəallarının nümayiş etdirdiyi bədii proqramla davam etdirilib.

 Qeyd edək ki,Sankt-Peterburqlu  təhsil işçilərinin Mingəçevirə səfəri sabah yekunlaşacaq.Bu müddət ərzində hər iki kollec təmsilçiləri arasında gələcək əməkdaşlıq məsələlərinin əsas istiqamətləri barədə dərin müzakirələr aparılaraq  konkret  hədəflərin müəyyən edilməsi nəzərdə tutulub.Eyni zamanda qonaqların Mingəçevirin görkəmli yerlərinə   və şəhərə bitişik bölgələrin səfalı guşələrinə ekskursiyaları təşkil olunacaq.


 
Əlavə edilmə tarixi: 17.10.2017   |   Baxılma sayı: 157

                                

Paylaş      

SON BAXILANLAR

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il şənliyi

ПОЗДРАВЛЕНИЕ

Tarix diyarşunaslıq muzeyi yaradılır.

Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib Turizm Kolleci tələbələrinin əl işlərindən ibarət sərginin açılış mərasimində iştirak etdi.
Rəsmi qonaqların üz tutduğu növbəti ünvan Heydər Əliyev meydanı oldu.Burada ulu öndərin abidəsi ziyarət olunaraq abidə önünə çiçək dəstələri düzüldü.

İntellektual yarış
MTK- nın tələbə-gənclər təşkilatı tələbələrin asudə vaxtını səmərəli keçirməsi və öz bacarıqlarını nümayiş etdirə bilmələri üçün vaxtaşırı olaraq maraqlı tədbirlər təşkil edir.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci