ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində Milli kinomuz olan “Fəryad” filminə baxış

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin “Milli kinonun inkişafına dair tədbirlər haqqında” 2017-ci il 8 avqust tarixli 186 nömrəli əmrə əsasən Mingəçevir Turizm Kollecində geniş tədbirlər planı hazırlanmışdır.


Tədbirlər planına əsasən kollecin Heydər Əliyev adına ideoloji mərkəzində 02.10.2017-ci il tarixdə “Azərbaycan Kinosunun yaranma tarixinə ekskursiya edək” mövzusunda tələbələrlə diskussiya təşkil edilmiş, “Fəryad” filminə baxış keçirilmişdir. Tədbirdə giriş sözü ilə çıxış edən direktor müavini Ç.Allahverdiyeva Azərbaycan kinosunun inkişafından, əhəmiyyətindən bəhs  etdi. Bildirdi ki, Azərbaycan kinosu hər zaman fərqliliyi, milliliyi özündə birləşdirir. Bizim əsas məqsədimiz gənclərə Azərbaycan filmlərini izlətməklə milli dəyərlərimizi, adət-ənənələrimizi, tariximizi və keçmişimizi tanıtmaqdır. Kollecin bədii-kütləvi tədbirlərin təşkili üzrə məsləhətçisi Ə.Əsgərov isə çıxışında: “Azərbaycan kinosunun keçdiyi inkişaf mərhələlərindən danışaraq , sovet dövründə belə filmlərimizdə xas olan dəyərlərimiz elə ustalıqla verilib ki, hər dəfə bu filmlərə baxanda tamaşaçı özü üçün yenilik tapır”  – dedi. Tədbir “Fəryad” filminə baxış ilə davam etmişdir. Tədbirin sonunda direktor müavini tələbələrə elan etdi ki, hər həftə sonu Mingəçevir Dram teatrı və əyləncə mərkəzi Mingo parka Azərbaycan filmləri nümayiş olunacaqdır. 


 
Əlavə edilmə tarixi: 04.10.2017   |   Baxılma sayı: 795

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində “Narkomaniya və Alkoqolizmlə mübarizə“mövzusunda tələbələrin elmi konfransı keçirildi
Mingəçevir Turizm Kollecinin istedadlı tələbələri fəal şəkildə dərsdənkənar ictimai tədbirlərə qoşulur, özfəaliyyət qrupunun işində iştirak edir, şəhər miqyasında keçirilən müxtəlif debat və diskussiyalarda işgüzarlıqları ilə seçilirlər. Kollec rəhbərliyi yeni bir təşəbbüs irəli sürmüş, tələbələrin yaradıcı potensialından daha dolğun istifadə etmək üçün onların iştirakı ilə elmi-nəzəri konfransların təşkil olunması ilə bağlı qərar qebul edilmişdir.

Mingəçevir Turizm Kollecində Ümumdünya Turizm Günü münasibəti ilə konfrans keçirilib
Turizm sənayesini ixtisaslı kadrlarla təmin edən Mingəçevir Turizm Kollecinin kollektivi Ümumdünya Turizm Gününü silsilə tədbirlərlə qeyd edib. İstedadlı tələbələrin iştirakı ilə ən yaxşı inşa, rəsm və divar qəzeti nominasiyaları üzrə müsabiqələr təşkil olunub, kitab və əl işləri sərgisi keçirilib.

Ekskursiyalar
Mingəçevir şəhərinin 65 illik yubileyinə həsr olunmuş tədbirlər planı çərçivəsində kollecin turizm fənn müəllimlərinin və ayrı- ayrı ixtisas qruplarının iştirakı ilə bir sıra ekskursiyalar həyata keçirilmişdir.

İntellektual yarış
Ümummilli lider H.Əliyevin yaxınlaşmaqda olan anım günü münasibəti ilə MTK-da silsilə tədbirlər keçirilir.

Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Gənclərin beynəlxalq əməkdaşlığının genişləndirilməsinə dəstək” adlanan layihə başlandı.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci