ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Tələbələr şəhərdə keçirilən təmizlik aksiyasında


Noyabr ayının 11-də Mingəçevir şəhərinə şəhər statusu verilməsinin 63 illiyi münasibətilə şəhərdə bir sıra maraqlı tədbirlər təşkil olunmuşdu. Belə tədbirlərdən biri də Mingəçevir şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə “Şəhərimizi qoruyaq” adlı təmizlik aksiyasının keçirilməsi olmuşdur. Həmin aksiyada Mingəçevir Turizm Kollecinin tələbələrindən təşkil olunmuş 20 nəfərlik qrup da fəal iştirak etmişdir. Tədbirdə kolleci həmçinin təlim-tərbiyə işləri üzrə direktor müavini Əşrəf Əsgərov, fəal müəllimlərdən Rəsul Məmmədov və Eldar Dərişov da təmsil edirdilər. Təmizlik aksiyası noyabr ayının 11-də saat 1000-da başlandı. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının I müavini İlham İsmayılovun çıxışından sonra müxtəlif tədris müəssisələrini təmsil edən tələbələrə söz verildi. Mingəçevir Turizm Kollecinin tələbələri adından NT-4 qrupunun tələbəsi Xudiyev Orxan çıxış etdi. Çıxışlardan sonra tədbirin təyinatına uyğun mövzularda maarifləndirici söhbətlər aparıldı. Aksiya iştirakçıları ekoloji tarazlığın qorunması, siqaretin zərərli təsiri, antisanitariyaya qarşı mübarizə və s. məsələlər barədə faydalı fikir mübadiləsi apardılar. Təxminən saat yarım davam edən təmizlik aksiyası zamanı tələbələr şəhərin müxtəlif küçə və xiyabanlara atılmış zibil və lazımsız tullantılardan təmizlənməsi işi ilə məşğul oldular. Tələbələrin keçirdiyi təmizlik aksiyası şəhər sakinləri tərəfindən maraqla qarşılandı.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 1873

        

Paylaş      

SON BAXILANLAR

Kollecdə 8 Mart Beynəlxalq qadınlar bayramı günü qeyd edildi.

Mingəçevir Turizm Kollecinin komandası şəhər kubokunun qalibi oldu

Mingəçevir Turizm Kollecinin müdiri liseydə
Bu günlərdə Mingəçevir Turizm Kollecinin müdiri, professor Eyyub Eyyubov Mingəçevir Özəl Türk Liseyində olub.

Məzun günü

Xalq Qəzeti- Əyyub Əyyubov " Ordumuz istənilən hərbi tapşırığı uğurla yerinə yetirməyə qadirdir "
Ordumuz istənilən hərbi tapşırığı uğurla yerinə yetirməyə qadirdir Azərbaycan Ordusu mövcud olduğu ötən 100 il ərzində keşməkeşli və şərəfli bir yol keçib. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə yaradılan Silahlı Qüvvələr o vaxt ölkəmizin müdafiəsinin təmin edilməsində şücaət göstərib.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci