ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində futbol yarışı keçirildi.


Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpa olunmasının 20 illiyi münasibətilə Mingəçevir Turizm Kollecində də rəngarəng tədbirlər həyata keçirilməkdədir. Bu silsiləyə daxil olan tədbirlərdən biri də ixtisas qrupları arasında Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin yubileyinə həsr olunmuş futbol yarışının keçirilməsi olmuşdur. “İdman və GÇQH” fənn komissiyasının müəllimlərinin təşəbbüsü ilə təşkil olunmuş bu turnir oktyabrın 12-17-si aralığında keçirilmişdir. Yarışda kollecin 23 tədris qrupunun tələbələrindən təşkil olunmuş komandalar iştirak etmişdir. Dairəvi olimpiya sistemi üzrə keçirilən turnirin finalına “TT-21” qrupunun tələbələrindən və kollecin müəllimlərindən təşkil olunmuş komandalar çıxmışlar. Oktyabrın 17-də keçirilmiş final oyununda heç-heçə qeydə alınmışdı. Oyun sonrası penalti zərbələrini daha dəqiq yerinə yetirən “TT-21” qrupunun komandası Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinə həsr olunmuş futbol yarışının qalibi olmuşdur. Final oyunundan sonra keçirilən təltifetmə mərasimində çıxış edən kollecin direktoru, prof. Əyyub Əyyubov Müstəqillik günü ilə bağlı ürək sözlərini söyləmiş və qalib komandanı qələbə münasibəti ilə təbrik etmişdir. Yarışın qalibinə xatirə kuboku və fəxri fərman təqdim olunmuşdur.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 670

        

Paylaş      

SON BAXILANLAR

Bilik Yarışları
Tələbələrin bilik və istedadlarının inkişafında maraqlı olan Mingəçevir Turizm Kolleci vaxtaşırı ictimai önəm daşıyan tədbirləri ilə gəncliyə yeni perspektivlər açır.

Mingəçevir Turizm Kollecində Bilik günü qeyd olundu
Sentyabrın 15-də Mingəçevir Turizm Kollecində yeni, 2014-2015-ci tədris ilinin açılışına həsr olunmuş təntənəli bayram tədbiri keçirildi.

Mingəçevir Turizm Kollecinin komandası şəhər kubokunun qalibi oldu

Mingəçevir Turizm Kolleci info tur təşkil etdi.

Bilik bayramı.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci