ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Beynəlxalq əməkdaşlıqda yeni bir səhifə.


Mingəçevir Turizm Kolleci altıncı ildir ki, fəaliyyət göstərir. Bu müddətdə bir çox sahələrdə uğurlar qazanmağa müvəffəq olmuşdur. Belə uğurlardan biri kollecin beynəlxalq əməkdaşlıq sahəsində qazandığı uğurdur. Şotlandiyanın Stevenson Kolleci, Rumıniyanın Andrei Barsianu, Rusiyanın Biznes iqtisadiyyat və Humanitar kollecləri ilə əməkdaşlıq etdiyi kolleclər sırasına Qazaxıstanın Almatı Dövlət Texnologiya və Menecment Kolleci də daxil edilmişdir. Bu məqsədlə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sərəncamı ilə kollecin direktoru prof. cənab Ə.A. Əyyubov və nazirliyin əməkdaşı cənab A. Usubəliyev 03-07 oktyabr 2011 ci il tarixlərdə Qazaxıstanın Almatı şəhərində ezamiyyətdə olmuşlar. Almatı Dövlət Texnologiya və Menecment Kollecinin direktoru Ospanova Nasımjan Jambekovna və professor-müəllim heyəti ilə görüşmüş, kollecin tədris prosesi ilə yaxından tanış olmuş, əməkdaşlığın mümkün formaları haqqında məsləhətləşmələr aparmışlar. 05 oktyabr 2011 ci il tarixdə Mingəçevir Turizm Kolleci ilə Almatı Dövlət Texnologiya və Menecment Kollecləri arasında əməkdaşlığa haqqında ilkin razılıq sənədi imzalanmışdır. Prof. Ə. A. Əyyubov və A. Usubəliyev həmçinin Qazaxıstan Turizm Assosiasiyasında da görüşlərdə olmuşlar. Qazaxıstan Turizm Assosiasiyasının prezidenti Raşidə Şaykenova ilə görüşdə Assosiasiyasının fəaliyyəti haqqında ətraflı məlumatlar əldə edilmiş və əməkdaşlığın uyğun formaları haqqında müzakirələr aparılmışdır. Görüşdə Almatı Dövlət Texnologiya və Menecment Kollecinin nümayəndələri və Assosiasiyanın meneceri Klara Mamutova da iştirak etmişdir.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 312

                                

Paylaş      

SON BAXILANLAR

Qanlı Yanvar faciəsinin 25-ci ildönümü
Mingəçevir Turizm Kollecində 1990-cı ilin Qanlı 20 Yanvar faciəsinin 25-ci ildönümü böyük ehtiramla yad edilmişdir.

Dekorativ tətbiqi sənət festivalı

Kollecdə 8 Mart Beynəlxalq qadınlar bayramı günü qeyd edildi.

Mingəçevir Turizm Kollecinin tələbələri İsmayıllıda ekskursiyada olub
Mingəçevir Turizm Kollecinin “Səyahət və ekskursiyalar” şöbəsi 19 may 2018-ci il tarixində növbəti ekskursiyasını həyata keçirib.

Mingəçevir Turizm Koleci tərəfdaş təhsil müsəssisə ilə birgə Rusiya Federasiyasında keçirilən beynəlxalq konfransa təşkilatçılıq edib
Bu günlərdə Rusiya Federasiyasından Azərbaycana müjdəli xəbər daxil olub. Belə ki, ölkənin ən geniş beynəlxalq əlaqələr şəbəkəsinə malik təhsil ocaqlarından biri olan Mingəçevir Turizm Kolleci Sankt-Peterburq şəhərində beynəlxalq əməkdaşlıq əlaqələri çərçivəsində növbəti uğura imza atıb.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci