ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





139-cu professional Azərbaycan Teatr mövsümünün açılışı


Sentyabr 29-da Mingəçevirdə 139-cu professional Azərbaycan Teatr mövsümünün açılışı olmuşdur . Açılışa ev sahibliyi edən Mingəçevir Dövlət Dram Teatrının binası uzun müddətli təmirdən sonra daha füsunkar və cazibədar görünürdü. Maraqlısı o idi ki, teatr mövsümünün açılışı məhz Mingəçevir Dövlət Dram Teatrının açılışı günündə qeyd edilirdi. Respublikamızın 20-dən artıq aparıcı teatr kollektivlərinin də iştirak etdiyi həmin mərasimdə əsl bayram əvhal-ruhiyyəsi hökm sürdü. Təntənəli mərasimdə ilk söz Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri-hörmətli cənab Əbülfəz Qarayevə verildi. Mərasim iştirakçılarını səmimi qəlbdən salamlayan cənab nazir ölkəmizdə teatrların maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə dövlətimizin başçısı cənab İlham Əliyevin 2007-ci ildə imzaladığı müvafiq Fərmanın böyük əhəmiyyət kəsb etməsindən minnətdarlıq hissi ilə danışdı. Daha sonra onu da qeyd etdi ki, paytaxtımızda və ayrı-ayrı regionlarda, o cümlədən Mingəçevirdə Dövlət Dram Teatrının əsaslı təmir edilərək bu gün istifadəyə verilməsi də mədəniyyətimizə və teatrımıza göstərilən böyük dövlət qayğısının təzahürlərindən biridir. Məhz, bu qayğıya görə ölkə başçısına, Mingəçevir Şəhər İcra Hakimiyyətinə, tikinti təşkilatlarına və əməyi olan hər bir şəxsə minnətdarlığını bildirdi. 1969-cu ildən şəhər əhalisinin xidmətində olan Mingəçevir Dövlət Dram Teatrının özünəməxsus layiqli yeri olduğunu vurğulayan nazir bildirdi ki, bu ildən onun nəzdində eksperiment olaraq studiya açılacaqdır. Mingəçevirdən və qonşu rayonlardan olan gənclər həmin studiyada teatr sənətinə yiyələnə bilərlər. Respublikamızda turizmin inkişafı üçün hər cür şərait olduğunu nəzərə çatdıran cənab nazir onu da əlavə etdi ki, son vaxtlar respublikamıza, o cümlədən Mingəçevirə turist axını sürətlənmişdir. Respublikamızın paytaxtında və regionlarda turizm işini yaxşılaşdırmaq üçün ölkədə yeganə orta ixtisaslı mütəxəssislər yetişdirən Mingəçevir Turizm Kollecinin işi təqdirəlayiqdir. Nəhayət, söz Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı-cənab M.Ağayevə verildi. O, hörmətli naziri və mərasim iştirakçılarını mingəçevirlilər adından salamladı.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 421

Paylaş      

SON BAXILANLAR

Yaponiyanın Komatsu şəhərlərinin nümayəndə heyəti ilə görüş.
YaponiyanınKomatsu şəhərinin meri Şindji Vada başda olmaqla bir qrup nümayəndə heyəti Mingəçevirə səfəredib.Şəhər Icra Hakimiyyəti başçısı Niyazi Bayramov tərəfindən qəbuledilən qonaqlarla hər iki şəhərin səmərəli əməkdaşlığı barədə müzakirələr aparılıb.

Mingəçevir Turizm Kollecində məzun günü keçirilib
Turizm sənayesi üçün ixtisaslı kadr hazırlığı missiyasını həyata keçirən Mingəçevir Turizm Kolleci 2017-2018-ci tədris ilinin yekunlarına əsasən növbəti məzunları ilə vida mərasimi təşkil edib.

Kollecin müəllim və tələbəsi EL-TV-nin Səhər proqramında

Milli Qurtuluş Günü qeyd edildi
İyunun 11 də kollecin Heydər Əliyevin adına İdeoloji mərkəzində “ 15 iyun – Milli dövlətçiliyimizin möhkəmləndirilməsi mərhələsinin başlanğıcıdır” mövzusunda elmi – nəzəri konfrans keçirildi.

Avropa İttifaqının nümayəndə heyəti Mingəçevir Turizm Kollecini ziyarət etdi.
Bügün Avropa İftifaqının Əməkdaşlıq Şöbəsinin müdiri Yerun Villems başda olmaqla Azərbaycan Ofisinin geniş tərkibli nümayəndə heyəti Mingəçevir Turizm Kollecinin qonagı oldu.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci