ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecinin müəllimlərinin AMİ Mingəçevir filialında keçirilmiş elmi-nəzəri konfransda iştirakı.


Oktyabrın 7-də Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında Dövlət Müstəqilliyimizin bərpasının 20 illiyinə həsr olunmuş “Elmimiz və təhsilimiz 20 ildə” adlı elmi-nəzəri konfrans keçirildi. Konfransa Mingəçevir Turizm Kollecinin müəllimləri də dəvət olunmuşdular. Əvvəlcə bütün dəvət olunmuş qonaqların iştirakı ilə geniş plenar iclas keçirildi. Giriş sözü ilə AMİ Mingəçevir filialının direktoru prof. Orucəli Ağayev çıxış etdi. Sonra söz alan Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının I müavini İlham İsmayılov iştirakçıları Müstəqillik günü münasibəti ilə təbrik etdi. Mingəçevir Turizm Kollecinin təlim-tərbiyə işləri üzrə direktor müavini müavini Əşrəf Əsgərov çıxış edərək kollecin uğurlarından bəhs etdi və Mingəçevir Turizm Kollecinin direktoru prof. Əyyub Əyyubovun təbriklərini iştirakçılara çatdırdı. Bundan sonra elmi-nəzəri konfrans 5 bölmə üzrə işini davam etdirdi. “İctimai elmlər” bölməsində kollecin müəllimlərindən Çingiz Nəbiyev və Ceyhun Abdullayev məruzələrlə çıxış etdi. Müəllimlərdən Kifayət Əliyeva və Sevda Kərimova “Humanitar elmlər” bölməsində, Sevil Həsənova və Aydın Rəhimov “Pedaqoji elmlər” bölməsinin işində fəal iştirak etdilər. “Texniki elmlər” bölməsində iştirakçılar Mingəçevir Turizm Kollecinin müəllimi Aygün Hüseynovanın maraqlı məruzəsini dinlədilər. Sonuncu “Təbiət elmləri” bölməsində kolleci Sahib Hüseynov və Rəsul Məmmədov təmsil etdilər. Konfransın işində Mingəçevir Turizm Kollecinin tədris işləri üzrə direktor müavini Vəfa İbişova və fənn komissiyasının sədri Xanım Məmmədova da iştirak etdilər. Mingəçevir Turizm Kollecini təmsil edən müəllim heyəti elmi-nəzəri konfransın işində fəal iştirak və aktual mövzularda məruzələri ilə yadda qaldılar.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 640

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində 28 May Respublika Günü qeyd olunub
Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi Mingəçevir Turizm Kollecində silsilə bayram tədbirləri ilə qeyd olunub. Bu münasibətlə kollecdə açıq dərslər təşkil olunub, dəyrimi masa ətrafında müzakirələr, rəsm, inşa, ən yaxşı divar qəzeti müsabiqələri, bilik yarışması və futbol turniri keçirilib.

ULU ÖNDƏRİN ANIM GÜNÜ
Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin vəfatının 11 illiyi ilə əlaqədar silsilə tədbirlər təşkil edilmişdir.

AzVET layihəsinin nümayəndələri ilə görüş.

Mingəçevir Turizm Kollecində 28 May Respublikagününə həsr olunmuş elmi- nəzəri konfrans
Fəaliiyətə başlamasının 10 illik yubileyini bu günlərdə təntənə ilə bayram etmiş Mingəçevir Turizm Kollecinin kollektivi 28 May Respublika günü münasibətilə növbəti önəmli tədbirini gerçəkləşdirdi.

Mingəçevir Turizm Kollecində “ Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur “adlı elmi- nəzəri konfrans keçirilib

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci