ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində “Bilik Günü” qeyd olundu.


Məlum olduğu kimi sentyabr ayının 15-i Bilik bayramıdır. Respublikamızın müxtəlif təhsil müəssisələrində olduğu kimi Mingəçevir Turizm Kollecində də yüksək səviyyəli tədbirlər keçirilir. Bilik bayramı münasibətilə yeni 2011/2012-ci tədris ilinin başlanması münasibətilə kollecin tədris korpusu və ərazisi bayramsayağı bəzədilmişdi. Tədbirdə kollecin tələbə və müəllimləri, valideynlər, eləcə də mətbuat nümayəndələri iştirak edirdi. Növbəti tədris ilinin təntənəli açılışını gözləyən yüzlərlə tələbə tədris müəssisəsinin həyətində toplanmışdı. Bayram tədbiri saat 1000-da Azərbaycan dövlət himninin səslənməsi ilə başlandı. Pedaqoji kollektivi və tələbə heyətini təbrik etmək üçün ilk söz kollecin direktoru, i.e.d. prof. Ə.A.Əyyubova verildi. Prof. Ə. A. Əyyubov bütün tələbə-müəllim heyətini və valideynləri bilik bayramı münasibəti ilə təbrik etdi, tələbə və müəllimlərə təhsil işində uğurlar arzuladı. Ölkəmizdə son illər həyata keçirilən təhsil islahatlarından, islahatlar nəticəsində qazanılan uğurlardan, bu uğurların qazanılmasında ümummilli liderimiz Heydər Əliyev və onun layiqli davamçısı prezidentimiz cənab İlham Əliyevin xidmətlərindən danışdı. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təhsilimizin inkişafı üçün xidmətlərini xüsusi olaraq qeyd etdi, kollecin yubileyinin yüksək səviyyədə qeyd edilməsini, tədris müəssisəsinin beynəlxalq əlaqələrinin daha da genişlənməsini yada saldı. Daha sonra tədris işləri üzrə direktor müavini Vəfa İbişova, tədris şöbəsinin müdiri Qəhrəman Kərimov . Humanitarsosial-ikdisadi fənn birliyinin sədri Ceyhun Abdullayev müəllim və tələbələri yeni tədris ili münasibəti ilə təbrik etdi. Tədbirdə özlərinin arzularını və ürək sözlərini səsləndirmək üçün tələbələrə və valideynlərə şərait yaradılmışdı. Mingəçevir Turizm Kollecinin tələbə kollektivi adından I kurs tələbəsi Rəhimova Sərəncam, Rəhimov Anar, çıxış edərək müəllim və tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi. Tədbirin gedişində çıxışlar arasında fasilələr zamanı kollecin bədii özfəaliyyət qrupunun hazırladığı musiqi nömrələri səsləndirildi. Fəal tələbələrdən Nicat Ələsgərovun və Nafi Hüseynovun səsləndirdiyi mahnılar iştirakçıların çox xoşuna gəldi. Həmçinin kollecə yeni qəbul olunmuş tələbələrdən Ülviyyə İsmayılovanın ifa etdiyi musiqi nömrəsi də maraqla qarşılandı. Bayram tədbiri haqqında Mingəçevir televiziyasını təmsil edən çəkiliş qrupu tərəfindən geniş sujet hazırlandı.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 1387

                                

Paylaş      

SON BAXILANLAR

Müstəqilliyimizin 21-ci ildönümü

Mingəçevir Turizm Kollecində Xocalı soyqırımı yad olundu
XX əsrdə bəşər tarixində ən qanlı faciələrdən biri olan Xocalı soyqırımı kollecdə hər il hüzn və sayqı ilə anılır.

Mingəçevir Turizm Kolleci info tur təşkil etdi.

Ekskursiya
Mingəçevir Turizm Kollecinin “ Səyahətlər və Ekskursiya” şöbəsi növbəti turu 25.10.2015 tarixində Qobustan rayonuna təşkil etdi.

Mingəçevir Turizm Kolleci "Ədalət" qəzetinin səhifələrində
Mingəçevir Turizm Kollecinin fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Prezident yanında kütləvi informasiya vaistələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə "Ədalət" qəzetində turizim sektorunun inkişafına ciddi münasibət mövzusu altında silsilə məqalələr yeralmışdır. Oxucu marağını nəzərə alaraq, həmin məqalələri kollecin sayıtına yerləşdiririk.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci