ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində “27 sentyabr Ümumdünya Turizm Günüdür” adlı konfrans keçirilib

Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov turizmin dünyanın iqtisadi, mədəni və sosial həyatında önəmli rol oynadığını qeyd etdi.


O cənab prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycanın  qabaqcıl dünya turizm sektorunda möhkəmləndiyini xatırladaraq bunun fərəhli hal olduğunu bildirdi:

 “Ölkəmizin demokratik və tolerant imici, zəngin coğrafiyası, tarixi ənənələri və yenidən qurulmuş müasir turizm infrastrukturları Azərbaycanı hazırda ən cəlbədici  turizm məmləkətlərindən birinə çevirib. Ölkəmizdə təşkil olunan beynəlxalq miqyaslı sərgilər, festivallar, idman yarışları və digər mötəbər mədəni kütləvi tədbirlərin  müşahidə olunan dinamik inkişafda önəmli payı var. Bu mənada turizm sektoru üçün peşəkar kadr hazırlığı missiyasını həyata keçirən təhsil müəssisəmizin üzərinə böyük vəzifələr düşür. Doğrudur  təhsil ocağımızın fəaliyyətə başladığı gündən 6 mindən çox ixtisaslı  kadrlar yetişdirərək  bizə bəslənilən etimadı doğrultmağa çalışmışıq. Hesab edirəm ki, bundan sonra da ən müasir tədris-təlim metodlarından yararlanmaqla üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə müvəffəq olacağıq.”

  Daha sonra “Turizmin inkişaf dinamikası”  adlı videoçarxa baxış keçirildi. Ardınca konfransın digər məzruzəçıləri məzmunlu fikirlərini paylaşdı.”Turizm və Otelçilik” şöbəsinin müdiri Aynurə Abbasova, pedaqoqlar Gülnar Qurbanova, İqbal Xudiyev, Vüqar Nağıyev və Bəhruz Kərimov müvafiq olaraq  “Turizm və Təhsil”, “Turizmdə kadr hazırlığı”, ”Turizm gününün yaranma tarixi”, “Turizmin sosial-iqtisadi əhəmiyyəti” və “Azərbaycanın turizm potensialı”  mövzularında məruzələrlə çıxış etdi.

Konfrans həm də mükafatlandırma mərasimi ilə  əlamətdar oldu. Sonda bir daha bayram təbriklərini paylaşan kollecin direktoru, professor Əyyub Əyyubov pedaqoji fəaliyyətdə fərqlənən bir qrup əməkdaşı turizm işçilərinin peşə bayramı münasibəti ilə fəxri diplomlarla mükafatlandırdı.

Konfrans  tələbə özfaliyyət qrupunun nümayiş etdirdiyi maraqlı ədəbi-bədii kompozisiya ilə davam etdirildi.


 
Əlavə edilmə tarixi: 27.09.2017   |   Baxılma sayı: 454

                                

Paylaş      

SON BAXILANLAR

İnşa yazı müsabiqəsi.
Ölkəmiz tarixin ən əlamətdar günlərindən birinə - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99 - cu ildönümünə hazırlaşır Mingəçevir Turizm Kollecində da bu şanlı tarixi layiqincə qeyd etmək üçün tədbirlər planı nəzərdə tutulmuşdur.

28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaranma günü
Mayın 27-də Mingəçevir Turizm Kollecində Mingəçevir şəhər İcra Hakimiyyəti ilə birlikdə “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi nəzəri konfrans keçirilmişdir

“ 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü”
Fevralın 27 - də kollecdə “1 Mart Ümumdünya Mülki Müdafiə Günü” münasibətilə “Cəmiyyətin həyatında Mülki Müdafiənin rolu və əhəmiyyəti” mövzusunda tədbir keçirildi.

Təbiəti qoruyaq mövzusunda diskussiya.
Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planına uyğun olaraq Mingəçevir Turizm Kollecində “Heydər Əliyev təbiətə qayğı” mövzusunda diskussiya keçirilmişdir.

Mingəçevir Turizm Kollecinin Futbol komandası Ulu Öndərə həsr olunmuş idman yarışının qalibidir
Gənclər və İdman idarəsinin rəhbərliyi tərəfindən yarışın fəxri kuboku Mingəçevir Turizm Kollecinin komandasının futbolçularına təqdim olunmuşdur.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci