ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Prof. Ə.A.Əyyubovun “Ağdam özü özlüyündə bir dünya idi” adlı müsahibəsi dərc olunub.


“Hüquqi Cəmiyyət” qəzetinin 23.30 iyul 2011 ci il 11 saylı nömrəsində Mingəçevir Turizm kollecinin direktoru, i. e. d. prof. Əyyub Əyyubovun “Ağdam özü özlüyündə bir dünya idi” adlı müsahibəsi dərc olunub. Müsahibəni aşağıdan oxuya bilərsiz. -- Əyyub Əyyubov: «Mübariz İbrahimov öz ölümü ilə sübut etdi ki, Azərbaycan gəncləri Qarabağın işğalı ilə barışmayacaq» Ağdamın işğalının 18-ci ildönümü ərəfəsində harada yaşamasından və harada çalışmasından asılı olmayaraq daima ürəyi Ağdamla döyünən, ağdamlılara hər tərəfli dəstək olan Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubovla görüşüb, söhpətləşdik. Əyyub müəllim Ağdamsızlığın əzabı ilə yaşasa da, lakin inamını bir an da olsun itirmir. Onunla etdiyimiz söhpət nikbin notlara köklənib. - Əyyub müəllim Ağdamın işğalından artıq 18 il ötür. İllərin belə sürətlə bir-birini əvəz etməsi bir ağdamlı ziyalı kimi Sizə necə təsir edir? - Ümumiyyətlə Ağdamsız yaşanan hər bir gün böyük itkidir.18 il Ağdamsız yaşamağımız baxımından uzun bir müddətdir. Lakin nəzərə alanda ki, bu illər heçdə boşuna getməyib, əksinə bu illər ərzində Azərbaycan bir müstəqil dövlət kimi beynəlxalq aləmdə öz sözünü deyə biləcək bir dövlətə çevrilib, güclənən iqtisadiyyatımız, ilbə-il artan dövlət büdcəmiz, böyük dövlətlərin silahlı qüvvələri ilə müqayisə oluna biləcək qüdrətli ordumuz gələcəyə və qələbəyə inamımızı artırır. Hələ müharibə bitməyib, biz müharibənin atəşkəs dövrünü yaşayırıq. Ermənilər öz havadarlarının köməyindən istifadə edərək, torpaqlarımızın 20 faizini işğal edibsə, bu o demək deyil ki, onlar bizə qalib gəliblər. Xeyir, qalib müharibənin sonunda müəyyənləşir. Cənab Prezidentimizin Qarabağ məsələsindəki qətiyyətli mövqeyi və yürütdüyü müdrik siyasət nəticəsində bu mübarizədə qələbə bizimlədir. Artıq hər kəsə bəllidir ki, güclər nisbəti bizim xeyrimizə kəskin formada dəyişib. Bir də qələbəyə ona görə inanıram ki, ermənilərin fikrini şeytan, bizim isə fikrimizi Tanrı idarə edir. Tanrı isə şeytana ona görə şans verir ki, öz məğlubiyyəti zamanı günahlarını dərk etsin. Çünki Tanrı da, dünya da şahiddir ki, torpaqlarımızın 20 faizi ermənilər tərəfindən işğal olunmuşdur. Artıq bu məsələ bizim mənəvi və iqtisadi tarazlığımızı pozduğu kimi, dünyanın da mənəvi və iqtisadi tarazlığını pozur. Dünyanın inkişafı onu sübut edir ki, bütün ölkələrə hərbi siyasət yox, iqtisadi siyasət gərəkdir. Çünki sivil ölkələr nəinki müharibələrin iştirakçısı olmaq, heç pis xəbərlər belə eşitmək istəmirlər. Lakin, bu da tarixin sınağından çıxmış bir həqiqətdir ki, sürətlə inkişafda olan ölkələrin qarşısını ancaq müharibələr ala bilər. Ancaq nə edək ki, bizim bəzi qonşu dövlətlər Azərbaycanın bu inkişafından narahatdır. Bir də ki, elə bir dövlət yoxdur ki, tarixində müharibə olmasın. Bu bizi qorxutmamalıdır. Əksinə, biz bu haqq davamızda Vətənimizi həyatımız bahasına sevməyi öyrənirik. Daha doğrusu gələcəyə şərəfli səhifələr açırıq. Ulu Zərdüştün belə bir fikri var; «ey həqiqət, sən mənim ürəyimdəsən, deməli, xalqımın içindəsən!» Hal-hazırda isə erməniləri işğalda olan torpaqlarımızdan qovmalıyıq fikri həqiqətin təsdiqi kimi artıq hər bir azərbaycanlının ürəyindədir. Bu isə ümumilikdə xalqın gücü deməkdir. Xalqın gücündən sonra isə yalnız bir söz yazılır. O da Qələbədir. Məsələyə beynəlxalq tərəfdən baxanda da qələbəmiz labüddür. Mən əminəm ki, yaxın gələcəkdə bu yolların biri mütləq müəyyənləşəcəkdir. - Cənab professor Ağdamın işğalından sonra dünyaya gələn uşaq artıq indi gəncdirlər. Bir pedaqoq kimi necə hesab edirsiniz, gənclərdə unutqanlıq hissinin olmaması üçün nələr etmək gərəkdir? - Təbii ki, unutqanlıq böyük bəladır. Unutqanlığın yaranmaması üçün isə ilk növbədə gəncər arasında vətənpərvərlik təbliğatı dayanmadan davam etməlidir. Sevindirici haldır ki, bizim gənlər arasında vətənpərvərlik təbliğatı yüksək səviyyədə gedir. Gənclərimizin böyük əksəriyyətində vətənpərvərlik hissi çox gücdüdür. Mili Qəhrəmanımız Mübariz İbrahimovun timsalında bunu aydın görmək olar. Mübariz İbrahimov öz ölümü ilə sübut etdi ki, Azərbaycan gəncləri Qarabağın işğalı ilə barışmayacaq. Rəhbərlik etdiyim Mingəçevir Turizm Kollecində də vətənpərvərlik təbliğatı yüksək səviyyədə gedir. Belə ki, kollecdə iki minə yaxın tələbə təhsil alır və onların tədrisi ilə iki yüzdən artıq müəllim məşğuldur ki, onlarında əksəriyyəti gənclərdi. Biz tələbələrimizin öz ixtisaslarına uyğun savadlı mütəxəssis olması ilə yanaşı, onların layiqli vətəndaş olmalarına da çalışırıq. Onlara Vətəni və dövləti sevməyi bir nömrəli vəzifələri olmasını aşılayırıq. Onlara izah edirik ki, yaxşı mütəxəssis olmaqla yanaşı, vətənpərvər də olmaq lazımdır. Böyük şairimiz Məmməd Araz demiş, «Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı.» Bu istiqamətdə hər il tədbirlər planı hazırlanır və ona uyğun olaraq silsilə tədbirlər, anım gecələri keçirilir. Məsələn hər il 20 yanvara həsr olunan tədbirdə 20 yanvar hadisəsinin xalqımızın qəhrəmanlıq tarixinin bir səhifəsi kimi təqdim olunur. Bundan başqa Xocalı soyqırımına, 31 mart türklərin soyqırımı gününə həsr olunan tədbirlər keçirdirik ki, bunlarda gənclərin tariximizdə baş vermiş hadisələri unutmasına imkan vermir. Eyni zamanda kollecimizin internet sayıtında iki dildə – Azərbaycan və İngilis dillərində məlumatlar, tarixi faktlar, bir sözlə Qarabağ həqiqətlərini özündə əks etdirən yazılar yerləşdiririk. Bizimlə əməkdaşlıq edən Beynəlxalq təşkilatlar, elm və təhsil mərkəzlərinin nümayəndələri ilə görüşlərimizdə də Azərbaycanın haqq səsini, Qarabağ həqiqətlərini onların diqqətinə çatdırırıq. Hesab edirəm ki, hər kəs öz sahəsində təbliğat işini aparmalıdır. - Əyyub müəllim son zamanlar Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq aləm öz səylərini gücləndiriblər. Bu səylərdən Siz nə gözləyirsiniz? - Həqiqətəndə son zamanlar istər ABŞ, istər Rusiya, istərsə də başqa böyük dövlətlər Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizama salınması yönümündə öz səylərini artırıblar. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin siyasi danışıqlarda tutduğu qətiyyətli mövqedən bir addım da olsun geri çəkilməməsindən, Beynəlxalq aləmdə anlayır ki Azərbaycana sərf etməyən hər hası bir şərti qəbul etdirmək mümkün deyil. İlham Əliyev dəfələrlə bəyan edib ki, «Azərbaycan heç vaxt öz ərazisini heç kimə güzəştə getməyəcək.» Eyni zamanda böyük dövlətlər yaxşı anlayır ki, siyasi danışıqlar öz bəhrəsin verməsə Azərbaycan öz qüdrətli ordusunun gücündən istifadə edəcək. - Sizin Ağdamla bağlı çox saylı xatirələr olmamış deyil. O xatirələrdən birini eşitmək istərdik. - Ağdam özü özlüyündə bir dünya idi. Öz məscidi ilə, İmarəti ilə, bazarı ilə, Şah Bulağı ilə, Abdal-Gülablısı ilə, seyid və övlüyaları ilə, məğrur ağsaqqalları ilə, cəsur oğlanları ilə bir dünya idi. O dünya ilə bağlı o qədər xatirələrim var ki, onlardan birini seçib danışmaq istəmirəm. İnşallah biz tezliklə yenidən o dünyamıza dönəcəyik və Ağdamı xatirələrdə yox, gerçək həyatda görəcəyik. Ağdamımız yenidən respublikamızın lider rayonuna çevriləcək. Ağdama tək ağdamlılar yox, Azərbaycanımız tanınmış iş adamları, düşünən beyinləri dönəcək. Ağdam ölkəmizin biznes şəhərinə çevriləcək. Mən buna sabahımızın açılmasına inandığım kimi inanıram. - Əyyub müəllim səmimi və nikbin söhpətinizə görə çox sağ olun. İnşallah Sizin arzularınız çin olacaq və növbəti söhpətimiz Ağdam şəhərində olacaq! Söhpətləşdi: Etibar TOĞRUL
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 552

Paylaş      

SON BAXILANLAR

Müstəqilliyimizin 21-ci ildönümü

Mingəçevir Turizm Kollecində Xocalı soyqırımı yad olundu
XX əsrdə bəşər tarixində ən qanlı faciələrdən biri olan Xocalı soyqırımı kollecdə hər il hüzn və sayqı ilə anılır.

Mingəçevir Turizm Kolleci info tur təşkil etdi.

Ekskursiya
Mingəçevir Turizm Kollecinin “ Səyahətlər və Ekskursiya” şöbəsi növbəti turu 25.10.2015 tarixində Qobustan rayonuna təşkil etdi.

Mingəçevir Turizm Kolleci "Ədalət" qəzetinin səhifələrində
Mingəçevir Turizm Kollecinin fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Prezident yanında kütləvi informasiya vaistələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə "Ədalət" qəzetində turizim sektorunun inkişafına ciddi münasibət mövzusu altında silsilə məqalələr yeralmışdır. Oxucu marağını nəzərə alaraq, həmin məqalələri kollecin sayıtına yerləşdiririk.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci