ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Prof. Əyyub Əyyubovun “Tarixi uzaqgörənlik nümunəsi” mövzusunda məqaləsi dərc olundu.


Xalq qəzetinin 24 iyul 2011-ci il tarixli sayında Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubovun “Tarixi uzaqgörənlik nümunəsi” mövzusunda məqaləsi dərc olunmuşdur. Məqalənin aktuallığını, həmçinin oxucu marağını nəzərə alaraq saytımızda yerləşdiririk. № 160 24 iyul 2011-ci il Tarixi uzaqgörənlik nümunəsi Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya Heydər Əliyev siyasi kursuna xas proqnozlaşdırmanın nəticəsi kimi qiymətləndirilir Əlbəttə ki, biz gələcək haqqında fikirləşməliyik. Baxmayaraq ki, təbii resurslarımız belə demək olsa, ən azı yüz il bizə yaxşı həyat təmin edəcəkdir. Ancaq ondan sonra nə olacaq? Əlbəttə, bunu indidən proqnozlaşdırmaq çətindir. Amma hər halda biz çalışmalıyıq, 10 il, 20 il, 50 il qabağa baxmalıyıq. Dünya necə inkişaf edəcək? Azərbaycan nəyin hesabına inkişaf edəcək? ... Biz bütün bu işləri bu gün hazırlamalıyıq. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Mən bu yazını hələ ötən il noyabrın son günlərində yazmaq istəyirdim. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeni seçilmiş parlamentin ilk iclasındakı nitqini diqqətlə dinlədikdən və bu sətirlərin əvvəlində cənab Prezidentdən sitat kimi verdiyim cümlələri dönə-dönə götür-qoy edəndən sonra gördüm ki, bizim dövlət başçımız sözün həqiqi mənasında xalqın və dövlətin gələcəyi üçün yaşayan insandır. 50 il, 100 il sonra ölkədə və dünyada baş verəcək proseslər haqqında indidən düşünmək, indidən narahatlıq keçirmək... Bu ancaq liderlik keyfiyyətidir. O zaman mən bəzi adamlardan belə sual eşitmişdim ki, yarım əsr, bir əsr sonrakı proseslərə indidən necə hazırlaşmaq olar? Doğrusu, o qədər də asan sual deyildi. Ancaq Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Ramiz Mehdiyevin bu il may ayının 26-da "Xalq qəzeti"ndə verilmiş "Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi" adlı geniş analitik məqaləsini diqqətlə oxuduqdan sonra ötən ilin noyabrında eşitdiyim sualın o qədər də çətin olmadığının fərqinə vardım. Akademik məqalənin "Sabahı düşünərkən" adlı bölməsində yazır: "Əlbəttə, Azərbaycanın inkişafı indiyədək qazanılmış uğurlarla kifayətlənə bilməz. Buna görə də gələcəyin fəth edilməsi dövlətin yüksələn xətlə inkişafının növbəti mərhələsində, yəni biliklərə əsaslanan cəmiyyətdə Azərbaycan milli ideyasının əsas vəzifəsidir". Gələcəyin fəth edilməsi, biliklərə əsaslanan cəmiyyətin dövlətin inkişafının yeni mərhələsi olacağı barədə proqnoz və bütün bunların Azərbaycan milli ideyasının əsas vəzifəsi kimi müəyyənləşdirilməsi. Çox maraqlı idi. Prezident İlham Əliyev qeyd edir ki, biz təhsilin və elmin inkişafına vəsait ayırarkən, sadəcə, ölkəmizin və xalqımızın gələcəyinə sərmayə yatırmış oluruq. Akademik Ramiz Mehdiyev isə öz məqaləsində bütün bu məqamları gələcəyin fəth edilməsi adlandırır. Bu günlərdə isə bir-birini tamamlayan və bir-birini bütövləşdirən bu məntiqlərin birlikdə görünməsinin, bir sərəncamda təzahür etməsinin şahidi olduq. Rəsmi qəzetlərin 12 iyul tarixli sayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması haqqında sərəncamı verildi. Sərəncamda göstərilir ki, inkişafın innovasiya mərhələsinə keçilməsi, rəqabətədavamlı milli iqtisadiyyatın formalaşdırılması və inkişaf dinamikasının sürətləndirilməsi başlıca olaraq insan kapitalı ilə bağlı bir çox məsələlərin öz həllini tapmasını, o cümlədən təhsilin dünya standartlarına cavab verməsini tələb edir. Bütün bunları nəzərə alan Azərbaycan Prezidenti ölkəmizdə innovasiya cəmiyyətinin qurulmasını və biliklərə əsaslanan iqtisadiyyata keçidin yeni təhsil modelinə tələbatına uyğun təhsilin inkişafı üzrə Milli Strategiyanın işlənib hazırlanmasını vacib sayır. Bu strategiyanın layihəsinin işlənilib hazırlanması üçün yaradılmış Dövlət Komissiyasının - komissiyanın sədri akademik Ramiz Mehdiyevdir - ilk iclasında yeni strategiyanın istiqamətləri barədə təxmini tezislər səsləndirilsə də, konkret olaraq söylənilmişdir ki, bu gün Azərbaycan təhsilində mükəmməl islahatlar qaçılmazdır: "Təhsilin bütün sektorlarında - məktəbəqədər təhsil, ümumi orta məktəb təhsili, ilk və orta peşə ixtisas təhsili, ali təhsil və onun bütün pillələrində əsaslı islahatlar zəruridir". Bu islahatların bir neçə mərhələdə aparılacağı müəyyənləşdirilib. Həmin mərhələlərin həyata keçirilməsində təhsilin yerli və beynəlxalq ekspertlər tərəfindən aparılan monitorinqlərinin nəticələrindən istifadə olunacaq, beynəlxalq təcrübəyə istinad ediləcək ki, bu da biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə cavab verən kadrların hazırlanmasına zəmin yaradacaq. Komissiyanın tərkibinə dövlət qurumlarının təmsilçilərinin və tanınmış ekspertlərin daxil olduğu işçi qrupun yaradılması layihənin hazırlanmasının sürətləndirilməsinə xidmət edəcək. Ən başlıcası isə qərara alınıb ki, komissiyanın iclasları Milli Strategiyanın layihəsinin tam hazır olmasınadək hər həftə keçirilsin. Hələ üç il əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tövsiyə etmişdi ki, neft sektorundan əldə edilən vəsaitin bir hissəsi intellektual kapitala, yəni insan kapitalına çevrilməlidir. Bunun üçün heç nəyin əsirgənməyəcəyini bildirən dövlət başçısı böyük əminliklə söyləmişdi ki, gələcəkdə nə zamansa ölkəmizin təbii sərvətləri tükənərsə, o zaman intellektual səviyyəli kadrlarımız həmin boşluğu doldurmaq imkanına malik olacaqlar. Bunun üçün isə milli təhsilimizi müasir elmi-texniki tərəqqinin ən son nailiyyətləri səviyyəsində qurmalıyıq. Prezident o zaman bu tezisləri söyləyərkən təhsilin konkret bir sahəsindən - informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsinə dair Dövlət Proqramının icrasından bəhs etmişdi. İndi isə söhbət bütövlükdə Azərbaycan təhsilinin yenidən qurulmasını təmin edəcək Milli Strategiyadan gedir. Yeri gəlmişkən, bir məqamı da qeyd edək. Belə ki, ulu öndər Heydər Əliyevin 1998-ci ilin martında imzaladığı sərəncamla müstəqil Azərbaycanda təhsil sahəsində əsaslı islahatların həyata keçirilməsi məqsədi ilə xüsusi proqram hazırlayan Dövlət Komissiyası yaradılmışdı. Həmin komissiya tərəfindən hazırlanmış "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı" geniş müzakirələrdən sonra - 1999-cu il iyunun 15-də, bilavasitə Qurtuluş Günü Prezident fərmanı ilə təsdiq olunmuş və icrası çox böyük nəticələr vermişdi. Konseptual ideyaları və təməl prinsipləri ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilən həmin islahatlar Azərbaycan təhsilini Müstəqil Dövlətlər Birliyi çərçivəsində ən yüksək səviyyəyə qaldırmışdır. Ancaq cəmiyyət həyatının bütün sahələrində olan ən yüksək inkişaf göstəriciləri ilə razılaşmayan, daha böyük tərəqqilərə nail olmağa çalışan Prezident İlham Əliyev təhsil sektorunu da indiyədək görünməmiş bir səviyyəyə qaldırmaq, yeni nümunələr yaratmaq əzmindədir. Bu prosesdə ən çox qazanan isə təhsil ictimaiyyətimiz və bütövlükdə xalqımız olacaqdır. Akademik Ramiz Mehdiyevin sədrliyi ilə keçən iclasda qeyd edilib ki, yeni islahatlar təhsilin bütün mərhələlərini əhatə edəcəkdir. Həmin tezis bir təhsil müəssisəsi rəhbəri kimi məni də çox məmnun etdi. Doğrudur, bizim kollecin hələ cəmi 5 yaşı var və əslində fəaliyyətimizin bütün sahələri yeni prinsiplər üzərində qurulub. Bunu 5 illik yubileyimizdə iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də məmnunluqla dilə gətirmişdi. Hörmətli nazirimiz bildirmişdi ki, Mingəçevir Turizm Kollecinin 5 illiyinin Azərbaycanda elan olunmuş "Turizm ili"nə təsadüf etməsində biz bir rəmzi məna da görürük. Yəni həyatda təsadüfi heç nə olmur. Biz 5 illik fəaliyyətimizlə, ölkəmizin turizm sahəsinə verdiyimiz ixtisaslı mütəxəssislərlə dövlətin qarşıya qoyduğu ümumi vəzifələrin həllinə kömək etmiş oluruq. Yeri gəlmişkən, Mingəçevir Turizm Kolleci bu gün öz fəaliyyətini ölkənin ümumi inkişafına uyğun, milli və beynəlxalq təhsil təcrübəsinə əsaslanaraq həyata keçirir. Dövlətin qarşıya qoyduğu əsas vəzifələrdən birinin - ölkədə turizm sektorunun daha yüksək səviyyədə inkişaf etdirilməsi tapşırığının uğurla icra olunmasında bizim kollektivin də özünəməxsus payının olmasından məmnunuq. Professor-müəllim heyətimiz və kollektivimizin digər üzvləri bundan sonra da qarşıya qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirəcəkdir. Əminik ki, hazırlanma prosesində olan təhsilin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi digər təhsil müəssisələri kimi bizim kollecin fəaliyyətini də stimullaşdıracaq, daha da səmərəli edəcəkdir. Kollektivimiz bir təhsil müəssisəsinin təmsilçiləri, ölkənin təhsil ictimaiyyətinin nümayəndələri kimi, hörmətli dövlət başçımızın təşəbbüsü ilə hazırlanan təhsilin inkişafı üzrə Milli Strategiyanın təsdiq olunmasını səbirsizliklə gözləyir. Əminik ki, cənab dövlət başçısının digər addımları kimi bu sənəd də ölkənin ümumi inkişafına böyük təkan verəcəkdir. Əyyub ƏYYUBOV, Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor 24 İyul 2011, Bazar
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 1874

        

Paylaş      

SON BAXILANLAR

İnşa yazı müsabiqəsi.
Ölkəmiz tarixin ən əlamətdar günlərindən birinə - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99 - cu ildönümünə hazırlaşır Mingəçevir Turizm Kollecində da bu şanlı tarixi layiqincə qeyd etmək üçün tədbirlər planı nəzərdə tutulmuşdur.

28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaranma günü
Mayın 27-də Mingəçevir Turizm Kollecində Mingəçevir şəhər İcra Hakimiyyəti ilə birlikdə “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi nəzəri konfrans keçirilmişdir

“ 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü”
Fevralın 27 - də kollecdə “1 Mart Ümumdünya Mülki Müdafiə Günü” münasibətilə “Cəmiyyətin həyatında Mülki Müdafiənin rolu və əhəmiyyəti” mövzusunda tədbir keçirildi.

Təbiəti qoruyaq mövzusunda diskussiya.
Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planına uyğun olaraq Mingəçevir Turizm Kollecində “Heydər Əliyev təbiətə qayğı” mövzusunda diskussiya keçirilmişdir.

Mingəçevir Turizm Kollecinin Futbol komandası Ulu Öndərə həsr olunmuş idman yarışının qalibidir
Gənclər və İdman idarəsinin rəhbərliyi tərəfindən yarışın fəxri kuboku Mingəçevir Turizm Kollecinin komandasının futbolçularına təqdim olunmuşdur.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci