ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kolleci Kollektiv gəzintidə.


Hər tədris ilinin sonunda Mingəçevir Turizm Kollecinin Həmkarlar təşkilatı pedaqoji kollektivi üçün Azərbaycanın səfalı guşələrindən birində 1 günlük istirahət təşkil edir. Bu il həmin məqsədlə Şəki rayonu ərazisində məşhur “Marxal” istirahət zonası seçilmişdir. Şəkiyə səfər 2011-ci il iyulun 16-da həyata keçirildi. İstirahət məqsədli gəzintidə kollecin rəhbərliyi də daxil olmaqla pedaqoji heyətin 80-dən çox üzvü iştirak edirdi. Səfəri reallaşdırmaq üçün “Ekarus” markalı avtobus və “Mersedes” markalı mikroavtobus ayrılmışdır. İstirahət müddətində iştirakçılar üçün 3 dəfə yemək süfrəsi təşkil edildi. “Marxal” istirahət zonasında mənalı və səmərəli istirahət etmək üçün hər cür şərait vardır. Süni yaradılmış göllər, istirahət zonasının ən hündür hissəsindəki balaca şəlalə bu məkana xüsusi yaraşıq verir. Burada turistlər üçün at belində gəzinti, göldə su velosipedindən istifadə və s. xidmətlər təklif olunur. Həmin xidmətlərdən istifadə ilə yanaşı kollektivin üzvləri toplu oyunlar və stolüstü oyunlarla da istirahət vaxtını səmərəli keçirdilər. İstirahət zonasının mənzərəli yerlərinə gəzintilər, yemək süfrəsi ətrafında rəqs yarışı səfər iştirakçılarının əhval-ruhiyyəsinə xüsusi təsir etmişdi. Ümumiyyətlə “Marxal” istirahət zonasına bir günlük səfər gərgin və məhsuldar keçən tədris ilinin yorğunluğunu unutmaq baxımdan kollektiv üzvlərinə gözəl bir hədiyyə oldu.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 3997

                        

Paylaş      

SON BAXILANLAR

Kollecdə 8 Mart Beynəlxalq qadınlar bayramı günü qeyd edildi.

Mingəçevir Turizm Kollecinin komandası şəhər kubokunun qalibi oldu

Mingəçevir Turizm Kollecinin müdiri liseydə
Bu günlərdə Mingəçevir Turizm Kollecinin müdiri, professor Eyyub Eyyubov Mingəçevir Özəl Türk Liseyində olub.

Məzun günü

Xalq Qəzeti- Əyyub Əyyubov " Ordumuz istənilən hərbi tapşırığı uğurla yerinə yetirməyə qadirdir "
Ordumuz istənilən hərbi tapşırığı uğurla yerinə yetirməyə qadirdir Azərbaycan Ordusu mövcud olduğu ötən 100 il ərzində keşməkeşli və şərəfli bir yol keçib. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə yaradılan Silahlı Qüvvələr o vaxt ölkəmizin müdafiəsinin təmin edilməsində şücaət göstərib.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci