ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində Məzun günü qeyd edildi.


Mingəçevir Turizm Kolleci üçün uğurlarla zəngin olan 2010/2011-ci tədris ilinin sonu bir sıra maraqlı tədbirlərlə yadda qalmaqdadır. Bu sıradan olan əlamətdar mərasimlərdən biri də 2011-ci ilin iyulun 21-də keçirilmiş “Məzun günü” olmuşdur. Kollecin 5 illik tarixi ərzində ilk dəfə keçirilən “Məzun günü”nün uğurlu alınması üçün tədbir təşkilatçıları ciddi hazırlaşmışdırlar. Tədbirin keçirilməsi üçün kollecin tədris korpusunun qarşısındakı geniş ərazi seçilmişdi. Cari tədris ilində kolleci bitirərək 21 qrupunun tələbələri səliqəli geyimlərdə, xüsusi hazırlanmış məzun lentlərini taxaraq həmin ərazidə nizamla düzülmüşdülər. “Məzunlar günü” Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə açıldı. Daha sonra təbrik nitqi üçün söz kollecin direktoru, i.e.d. prof. Əyyub Əyyubova verildi. Prof. Əyyub Əyyubov məzunları təhsillərini uğurla başa çatdırmaları münasibətilə təbrik edərək, gələcək peşə fəaliyyətində onlara müvəffəqiyyətlər arzu etdi. Tələbələr həmçinin Kollecin Həmkarlar İttifaqı Komitəsinin sədri, i.e.n. dos. İbrahim Əyyubovun təbriklərini və xoş arzularını dinlədilər. Tədbirin aparıcıları Yoçuyeva Vüsalə və Ədilova Əminə növbə ilə məzun qrupları dəvət edərək onlara təbriklərini söyləmək və hazırladıqları nömrələri təqdim etmək üçün fürsət yaratdılar. Xüsusilə də İ-10 və İ-11 qruplarının məzunlarının hazırladıqları təbrik çıxışı daha çox yaddaqalan oldu. Kollecin özfəaliyyət qrupunun fəal üzvləri olan Gülnar Əliyeva və Eşqin Məmmədzadə ifa etdikləri mahnılar tədbirə xüsusi rəng qatdı. Tez-tez rəqs havaları səsləndi və meydan məzunların ixtiyarına verildi. Yüksək əhval-ruhiyyədə keçən tədbir məzun tələbələrin kollecin direktoru prof. Əyyub Əyyubovla xatirə şəkilləri çəkdirməsi ilə başa çatdı.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 1462

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində 5 0ktyabr müəllimlərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib
Mingəçevir Turizm Kollecində 5 oktyabr Müəllimlər Günü sözlü nəğməli bayram tədbiri ilə qeyd olunub.

Kollecin tələbələri bilik yarışında I yer tutdular
Aprelin 30-da Mingəçevir Gənclər Evində “Gənclərin regional bilik akademiyası” adlı bilik yarışı keçirildi.

TDAUİA-nın Akademik üzvü Prof.Əyyub Əyyubov ilin Elm adamı seçildi

Gənclər idarəsi ilə birgə seminar
Mingəçevir şəhərində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrində “Zamanın idarə edilməsi və uğurlu karyera” mövzusunda seminarlar keçirilir.

Görkəmli bəstəkar Qara Qarayevə həsr olunmuş kitab sərgisi.
Tarixi günlərin, dövlət bayramlarının, görkəmli elm və mədəniyyət xadimlərinin yubileylərinin silsilə tədbirlərlə qeyd olunması Mingəçevir Turizm Kollecində xoş ənənəyə çevirilmişdir.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci