ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecinin 5 illik yubileyi qeyd olundu.


Mingəçevir Turizm Kolleci məlum olduğu kimi Azərbaycan Respublikası Nazirlər kabinetinin 13 fevral 2006-cı il tarixli 45 saylı qərarı ilə yaradılmışdır. Fəaliyyət göstərdiyi 5 il müddətində kollecdə müxtəlif istiqamət üzrə əhəmiyyətli uğurlar əldə olunmuşdur. Təhsildəki irəliləyiş, kollecin maddi - texniki bazasının zənginləşməsi, beynəlxalq əlaqələrin genişlənməsi 5 illik yubileyin yüksək əhval ruhiyyədə keçirilməsini şərtləndirmişdir. Yubiley tədbirləri 2011-ci il iyunun 14-də keçirildi. Bu münasibətlə Mingəçevir Turizm Kollecinin tədris binası və ərazisi bayramsayağı bəzədilmişdi. Yubiley tədbirində iştirak etmək üçün kollecə gələn Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev və digər qonaqlar təntənəli qarşılandı. Qonaqları salamlayan kollecin direktoru prof. Əyyub Əyyubov qarşılanmada iştirak edəm müəllimləri Mədəniyyət və Turizm nazirinə təqdim etdi. Sonra yubiley tədbirinin qonaqları tədris korpusu ilə tanış oldular. Tədris binasının I mərtəbəsində hazırlanmış rəsm əsərləri sərgisi haqqında kollecin müəllimi Böyükkişi Adilbəyli məlumat verdi. Həmçinin, I mərtəbədə ümummilli lider Heydər Əliyevin və ölkə prezidenti İlham Əliyevin həyat və fəaliyyətini, Mingəçevir şəhərinin inkişafını, cənab prezidentimiz İlham Əliyevin şəhərimizə səfərlərini əks etdirən lövhələr kollecin müəllimi Hüseynova Aygünün təqdimatında qonaqların diqqətinə çatdırıldı. II mərtəbədə kollecin beynəlxalq əlaqələrinə həsr olunmuş lövhələr və cənab Əbülfəs Qarayevin kollecə ilk səfərini özündə əks etdirən stend haqqında kollecin müəllimi Sevil Həsənova məlumat verdi. Həmçinin, internet şəbəkəsinə çıxışın təmin olunduğu kompüter mərkəzi, test hazırlığı otağı, tədris şöbəsi və fənn komissiyalarının iş otaqlarına baxış keçirildi. III mərtəbədə isə kollecin müəllimi Aynurə Mahmudova Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, kollecin ictimai tədbirləri, tələbələrin əl işləri və digər mövzularda hazırlanmış stendlərlə qonaqları tanış etdi. Bundan sonra kollecin Heydər Əliyev adına ideoloji kabinetində Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin pedaqoji heyətlə görüşü keçirildi. Görüşü açıq elan edən kollecin direktoru prof. Əyyub Əyyubov qonaqları bir daha salamladı və kollecin yubiley tədbirinə qatıldıqları üçün kollektivin adından onlara təşəkkür etdi. Bundan sonra Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev çıxış etdi. Cənab nazir özünün geniş nitqində turizmin iqtisadiyyatda rolu, Azərbaycanda turizmin inkişaf perspektivi haqqında danışdı, bu sahə üzrə kadrların hazırlanmasında Turizm Kollecinin əhəmiyyəti və üzərinə düşən vəzifələri xüsusi vurğuladı. Qeyd edilməlidir ki, kollecin müəllimlərinin geyindiyi mantiyalar iclas zalının daha da təntənəli görünməsinə səbəb olmuş və tədbirə xüsusi rəng qatmışdı. Kollecin müəllim mantiyasının hazırlanmış bir dəsti də döş nişanı ilə birlikdə cənab Əbülfəs Qarayevə təqdim olundu. Mədəniyyət və Turizm naziri təhsildə xüsusi fərqlənmiş məzunlardan İsayev Elvir və İsmayılzadə Rənaya məzun nişanını təqdim etdi, fəal tələbələrdən İbrahimov Mahmud və Babayev Etibarı fəxri fərmanla təltif etdi. Sonra çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı cənab Mübariz Ağayev kollecin yubiley tədbirinin 15 iyun “Milli Qurtuluş günü” ilə üst-üstə düşməsinin əlamətdar olduğunu bildirdi. Mübariz Ağayev kollecin müəllim və tələbə heyətinin şəhərin ictimai tədbirlərində həmişə fəal iştirak etdiklərini qeyd edərək şəhər rəhbərliyi adından kollektivi yubiley münasibəti ilə təbrik etdi. Yubiley tədbirinin növbəti hissəsi şəhərin sağ sahilində yerləşən dörd ulduzlu “River Side” otelində davam etdirildi. Əvvəlcə otelin IV mərtəbəsində yerləşən konfrans zalında Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev respublikanın kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirdi. Sonra otelin I mərtəbəsində yerləşən geni işıqlı salonda dəvət olunmuş qonaqların iştirakı ilə rəsmi yubiley mərasimi başlandı. Giriş nitqi ilə çıxış edən kollecin direktoru prof. Əyyub Əyyubov yubileyə qatıldıqları üçün qonaqlara təşəkkürünü bildirdi və xalqımızı 15 iyun “Milli Qurtuluş günü” münasibəti ilə təbrik etdi. Çıxışdan sonra kollecin 5 illik fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirildi. Daha sonra söz yenidən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə verildi. Cənab Əbülfəs Qarayev təbrik nitqi ilə çıxış edərək kollecin uğurlarından söz açdı, turizm sahəsində fəaliyyət göstərəcək mütəxəssislərin hazırlanması işində kollecə böyük ümidlər bəsləndiyini qeyd etdi. Cənab nazir tədris işində fərqlənmiş kollecin 8 nəfər müəlliminə nazirliyin fəxri fərmanını təqdim etdi. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı Mübariz Ağayev kollecin təhsildə qazandığı uğurlardan söz açdı, şəhəri ictimai tədbirlərində kollecin müəllimi və tələbə heyətinin fəal iştirak etdiklərini məxsusi qeyd etdi. Cənab Mübariz Ağayev kollecin direktoru prof. Əyyub Əyyubovu, kollecin əməkdaşları Əşrəf Əsgərov və Şıxməmməd Məmmədovu İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif etdi. Mədəniyyət və Turizm nazirliyinin Elm sektorunun müdiri Asif Usubəliyevin hazırladığı və kollecin fəaliyyətini və inkişaf perspektivlərini özündə əks etdirən slaydlar xüsusi ekran vasitəsi ilə qonaqlara nümayiş olundu. Tədbirdə iştirak edən qonaqlardan Azərbaycan Turizm İnstitutunun rektoru prof. Cəfər Cəfərov, Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının direktoru prof. Orucəli Rzayev, şəhər Təhsil şöbəsinin müdiri Nazir Sultanov, Azərbaycan Respublikası Mətbuat şurasının katibi Firudin Oruc, EL TV-nin əməkdaşı Ceyhun Həsənli çıxış edərək kollecin rəhbərliyini və kollektivi yubiley münasibətilə təbrik etdilər və kollecin 5 illik yubiley tədbiri üçün hazırladıqları xatirə hədiyyələrini kollecin direktoru prof. Əyyub Əyyubova təqdim etdilər. Yubiley mərasiminin rəsmi hissəsindən sonra kollecin bədii özfəaliyyət qrupunun və şəhərin Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə hazırlanmış musiqi nömrələrindən ibarət bədii hissə başlandı. Yubiley tədbirləri “River Side” otelində ziyafətlə başa çatdı.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 765

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində “27 sentyabr Ümumdünya Turizm Günüdür” adlı konfrans keçirilib
Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov turizmin dünyanın iqtisadi, mədəni və sosial həyatında önəmli rol oynadığını qeyd etdi.

Müəllimlər günü
Tədris müəssisələri və pedaqoji kollektivlər üçün ən əziz bayramlardan biri də “ 5 oktyabr Müəllimlər günü” dür.

Sergi
Bakıda Turizm Sərgisi keçirildi

Mingəçevir şəhər İcra Başçısı Niyazi Bayramovun Mingəçevir Turizm Kollecinə gəlişi
15 may 2013-cü il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı Niyazi Bayramov və İcra Hakimiyyətinin humanitar işlər üzrə müavini Ramiz Əliyev Mingəçevir Turizm Kollecində olmuşdur.

Mingəçevir Turizm Kollecində intellektual yarış keçirilmişdir

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci