ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecinin 5 illik yubileyi qeyd edildi...


7 iyun 2011-ci il tarixində Mingəçevir Turizm Kollecinin pedaqoji kollektivi və tələbə heyəti tədris müəssisəsinin 5 illik yubileyini təntənəli bayram tədbiri ilə qeyd etdi. Kollecin bədii öz fəaliyyət kollektivinin üzvləri tərəfindən hazırlanmış bayram proqramının bütün musiqi nömrələri tələbələrimiz tərəfindən ifa olundu. Tədbirin aparıcıları Günel Mirzəzadə (İ-12 qrupunun tələbəsi) və Vüsalə Yolçiyeva (F-30 qrupunun tələbəsi) dövlət himninin səslənməsindən sonra proqramın açılışını elan etdilər. İlk musiqi nömrəsindən sonra kollecin direktoru i.e.d. prof. Əyyub Əyyubov təbrik nitqi ilə çıxış etdi. Prof. Əyyub Əyyubov kollecin 5 illik fəaliyyət dövrünə nəzər saldı, bu qısa müddətdə əldə olunmuş nailiyyətləri və tədris uğurlarını xatırlatdı. Kollecin uğurlu beynəlxalq əlaqələri təbrik nitqində xüsusi olaraq qeyd olundu. Bundan sonra bayram tədbiri nəzərdə tutulmuş ssenari üzrə davam etdirildi. Tələbələrin ifasında çatdırılan mahnı və rəqs nümunələri alqışlarla qarşılandı.Bayramova İlahə və Əliyeva Gülnar türk mahnıları, Ələsgərov Nicat isə ingilis dilində estrada mahnıları ilə çıxış etdilər. Kollecin Həmkarlar İttifaqının sədri i.e.n. dos. İbrahim Əyyubovun təbrik nitqi də alqışlarla qarşılandı. Rəqs qrupunun üzvləri yallı rəqsi və avar milli rəqsini təqdim etdilər. Qiyabi şöbənin tələbələri sırasında isə İ-105 qrupunun tələbəsi Rəsulov Ruslan çıxış edərək türk mahnısı ifa etdi. Maraqlı musiqi nömrələri ilə zəngin olan yubiley proqramının sonunda aparıcılar bütün iştirakları rəqsə dəvət etdilər.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 2287

                                

Paylaş      

SON BAXILANLAR

Pedaqoji şura iclasındakı müzakirələr

Yeni il şənliyi
2015-ci ilin gəlişi münasibətilə dekabrın 25-də Mingəçevirin “Mingo Park” əyləncə mərkəzində kollecin kollektivinin iştirakı ilə bayram şənliyi keçirildi.

Təbiəti qoruyaq mövzusunda diskussiya.
Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planına uyğun olaraq Mingəçevir Turizm Kollecində “Heydər Əliyev təbiətə qayğı” mövzusunda diskussiya keçirilmişdir.

Mingəçevir Turizm Kollecində Xocalı faciəsinin ildönümü
Mingəçevir Turizm Kollecində 26 fevral Xocalı soyqırımının 21-ci ildönümü silsilə tədbirlərlə yad edilmişdir.

"Heydər Əliyev İrsini öyrənirik" mövzusunda kitab sərgisi
Mingəçevir Turizm Kollecində kitab sərgisi keçirildi.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci