ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Kollecin bədii özfəaliyyət kollektivi şəhər səhnəsində


Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı cənab Mübariz Ağayevin təşəbbüsü ilə gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə hər həftə şəhərin H. Əliyev meydanında əyləncəli musiqili tədbirlər keçirilir. Əlamətdar haldır ki, bu silsilədən ilk konsert proqramının təşkil olunması məhz Mingəçevir Turizm Kollecinə həvalə edilmişdir Kollecin özfəaliyyət kollektivinin hazırladığı əyləncəli proqram iyunun 3-də şəhər sakinlərinə təqdim olundu. Şəhərin Heydər Əliyev parkında keçirilən konsertin aparıcıları kollecin müəllimi Osmanova Eldanə və İ-12 qrupunun tələbəsi Mirzəzadə Günel idi Tamaşaçılar TMT-3 qrupunun tələbəsi Əliəsgərov Nicatın və Mİ -13 qrupunun tələbəsi Məmmədzadə Eşqinin ifasında rep nömrəsini dinlədilər, NT-1 qrupunu tələbəsi Cumayev Məhəmməd avar rəqsini ifa etdi. Mİ-13 qrupunun tələbəsi Rəsulov Əfqan və TT-16 qrupunun tələbəsi Həşimov İbrahim isə kapoeyra rəqs nömrəsi ilə çıxış etdilər. Bu nömrələrin arasında isə ayrı-ayrı rəqs havaları səsləndirildi və arzu edənlər rəqs etməyə dəvət olundular. Ümumiyyətlə, konsert proqramı şən əhvali- ruhiyyədə keçdi və tamaşaçılarda xoş ovqat yaratdı. Tədbirin sonunda Kollecin direktoru prof. Əyyub Əyyubov çıxış etdi. Əyyub müəllim belə əyləncəli proqramların təşkil olunmasının əhəmiyyətini qeyd etdi və kollecin öz fəaliyyət qrupunun proqramını diqqət və maraqla qarşıladıqları üçün tamaşaçılara təşəkkürünü çatdırdı.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 550

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir mövzusunda elmi nəzəri konfrans keçirilib.

Mingəçevir Turizm Kolleci beynəlxalq turizm sərgisində uğurla təmsil olunub
Uğurlarının sorağı ilbəil yeni coğrafiyalara uzanan Mingəçevir Turizm Kolleci bu günlərdə növbəti naliyyətə imza atıb.

Kollecdə 8 Mart Beynəlxalq qadınlar bayramı günü qeyd edildi.

Ekskursiya
2015-2016 - cı tədris ilinin başlanğıcından Mingəçevir Turizm Kollecinin “ Səyahətlər və ekskursiya” şöbəsi öz fəaliyyətinə başlamışdır.

Məmmədova Jalənin rəhbərliyi altında rus dili fənnindən “Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırım” mövzusunda açıq dərs keçirildi.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci