ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində Bilik günü keçirilib

Yeni tədris ilinin ilk günü Mingəçevir Turizm Kollecində əsl bayram coşqusu ilə yadda qaldı. Tələbə, müəllim, valideyin və çoxsayda dəvətli qonağın iştirakı ilə baş tutan tədbirdə təhsil müəssisəsinin uğurlarından və perspektivlərindən söhbət açıldı, təbriklər dinlənildi və iştirakçılar həzin musiqi və rəqslərin müşayəti ilə unudulmaz anlar yaşadı.


Çıxışlarda  qeyd olundu ki, son qəbul imtahanlarının nəticələrinə görə  697 nəfər gənc Mingəçevir Turizm Kollecinin tələbəsi olmaq haqqını qazanıb. Onlardan 529 nəfər əyani, 168 tələbə isə təhsilini qiyabi formada davam etdirəcək. Diqqət çəkən məqamlardan biri də o olub ki, kollecə daxil olmaq istəyən abituriyentlər ən yüksək imtahan balları toplamağa nail olub. İstər 9 illik  ümumtəhsil bazasından qəbul olmuş 257 gəncin, istərsə də 11 illik təhsil bazasından qəbul olumuş  440 nəfər  gəncin imtahan göstəricilərində müsbət tendensiyalar qeydə alınıb.

Təbrik nitqi ilə  tədbir iştirakçılarına üz tutan Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov ürək açan son nəticələrin təsadüf olmadığını qeyd edib:

   “Ölkə rəhbərliyi səviyyəsində elm və təhsilin inkişafına verilən hərtərəfli dəstək  kollektivimizin önündə yeni perspektivlər açır. Biz müasir tədris-təlim metodlarından istifadə etməklə turizm və mədəniyyət sahəsi üzrə ixtisaslı kadr hazırlığında dinamik uğurlar əldə edirik. Bu uğurlar isə son nəticədə  gənclərin və valideyinlərinin Mingəçevir Turizm Kollecində təhsil almaq istəyinə öz müsbət təsirini göstərir”.

  Bilik günü təntənələrində  təhsil ocağının beynəlxalq əlaqələrindən də  geniş söhbət açıldı. Qeyd olundu ki, indiyədək beynəlxalq əməkdaşlıq aparılan təhsil müəssisələrinin  sırasına Belarus və Rusiyanın ali və orta ixtisas təhsil müəssisələrinin adları əlavə olunub. Sankt- Peterburq Turizm Otel Servisi Kolleci, Brest Dövlət Texniki Universiteti  və Polotsk Dövlət Universiteti ilə kollec arasında bağlanmış sazişlər tələbə və pedaqoqlara yeni  fəaliyyət imkanları  yaradır.

 Tədbirdə pedaqoq, məzun,valideyin və  birinci kurs tələbələrinin təbrikləri də yer aldı.  Çıxış edən hər kəs  belə bir  ünlü kollektivdə təhsil verməyin və təhsil almağın qürüverici və perspektivli olduğunu qeyd etdi.

Qeyd etmək lazımdır ki, tədbir boyu nümayiş olunan bədii proqram iştirakçılara ilk dərs gününün sevinci içində şadlanmaq üçün gözəl fürsət yaratdı .


 
Əlavə edilmə tarixi: 15.09.2017   |   Baxılma sayı: 359

                                

Paylaş      

SON BAXILANLAR

İnşa yazı müsabiqəsi.
Ölkəmiz tarixin ən əlamətdar günlərindən birinə - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99 - cu ildönümünə hazırlaşır Mingəçevir Turizm Kollecində da bu şanlı tarixi layiqincə qeyd etmək üçün tədbirlər planı nəzərdə tutulmuşdur.

28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaranma günü
Mayın 27-də Mingəçevir Turizm Kollecində Mingəçevir şəhər İcra Hakimiyyəti ilə birlikdə “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi nəzəri konfrans keçirilmişdir

Fənn birləşmələri və kabinet müdirləri ilə keçirilən müşavirələr.

“ 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü”
Fevralın 27 - də kollecdə “1 Mart Ümumdünya Mülki Müdafiə Günü” münasibətilə “Cəmiyyətin həyatında Mülki Müdafiənin rolu və əhəmiyyəti” mövzusunda tədbir keçirildi.

Yeni il şənliyi
2015-ci ilin gəlişi münasibətilə dekabrın 25-də Mingəçevirin “Mingo Park” əyləncə mərkəzində kollecin kollektivinin iştirakı ilə bayram şənliyi keçirildi.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci