ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində “Ulu öndər Heydər Əliyev Azərbaycanın və Azərbaycan xalqının xilaskarıdır” adlı elmi-nəzəri konfrans keçirilib

Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru,professor Əyyub Əyyubov 15 iyun Milli Qutuluş Günü münasibətilə kollecdə məzmunlu silsilə tədbirlər keçirildiyini qeyd edib.


Ən yaxşı rəsm və videoçarx müsabiqəsi iştirakçılarına göstərdikləri vətənpərvər davranışdan dolayı təşəkkürlərini çatdırıb:

“Ulu öndər  Tanrının Türk dünyasına,Azərbaycan xalqına bəxş etdiyi ən görkəmli şəxsiyyətlərdən biridir. O vətənpərvər dahi lider, yaradıcı və mübarizə dolu şərəfli ömür yaşayıb.Xalqı,eli,obası,Azərbaycan və Azərbaycan xalqı  naminə  etdiklərini  sadalamaq üçün aylar,illər yetməz.Biz  ümummilli lider Heydər Əliyevin əziz xatirəsi önündə hər zaman baş əyirik.Onun ömür yolu və siyasi irsini gənc nəslə  dərindən təbliğ etmək üçün bundan sonra daha da təşəbbüskar olmağa çalışmalıyıq.”

 Daha sonra  ulu öndər Heydər Əliyevin ömür yolu və siyasi fəaliyyətindən bəhs edən videoçarxa baxış keçirilib.

 Konfrans ərzində biri-birindən məzmunlu məruzələr dinlənilib. İqtisad elmlər namizədi, dosent İbrahim Əyyubov, pedaqoqlar Gülay İsmayılova,İlqar Məhərrəmov və Aygün Hümbətova müvafiq olaraq”Dahi şəxiyyət, xilaskar lider”,“15 iyun Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl həriflərlə yazılmış səhifədir”, “15 iyun Milli Qurtuluş Gününün tariximizdə əhəmiyyəti” və “ Milli Qurtuluş Azərbaycanın tarixi naliyyətlərini və müstəqilliyini təmin etdi” mövzularında  məruzə ilə çıxış edib. Çıxışlarda o da qeyd olunub ki, dahi liderin siyasi kursu bu gün  prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu kurs xalqımızı və dövlətimizi uğurdan-uğura daşıyır.

 Konfrans tələbə özfəaliyyət qrupu tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyanın nümayişi ilə başa çatıb.


 
Əlavə edilmə tarixi: 15.06.2017   |   Baxılma sayı: 682

                                

Paylaş      

SON BAXILANLAR

İnşa yazı müsabiqəsi.
Ölkəmiz tarixin ən əlamətdar günlərindən birinə - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99 - cu ildönümünə hazırlaşır Mingəçevir Turizm Kollecində da bu şanlı tarixi layiqincə qeyd etmək üçün tədbirlər planı nəzərdə tutulmuşdur.

28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaranma günü
Mayın 27-də Mingəçevir Turizm Kollecində Mingəçevir şəhər İcra Hakimiyyəti ilə birlikdə “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi nəzəri konfrans keçirilmişdir

Təbiəti qoruyaq mövzusunda diskussiya.
Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planına uyğun olaraq Mingəçevir Turizm Kollecində “Heydər Əliyev təbiətə qayğı” mövzusunda diskussiya keçirilmişdir.

Mingəçevir Turizm Kollecinin Futbol komandası Ulu Öndərə həsr olunmuş idman yarışının qalibidir
Gənclər və İdman idarəsinin rəhbərliyi tərəfindən yarışın fəxri kuboku Mingəçevir Turizm Kollecinin komandasının futbolçularına təqdim olunmuşdur.

Turizm fənləri üzrə elmi-nəzəri konfrans

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci