ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində “Regional Turizm: mövcu vəziyyət və inkişaf tendensiyaları” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Konfrans Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və Mingəçevir Turizm Kollecinin təşkilatçılığı ilə gerçəkləşib. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyəti,Mingəçevir,Qəbələ və Bərdə Turizm İnformasiya Mərkəzləri,Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi,Mingəçevir,Qəbələ və Naftalanın turizm sanatoriya kompleksləri və otellərinin rəsmi nümayəndələri iştirak edib.


Açılış nitqi ilə çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru,professor Əyyub Əyyubov Azərbaycanın turizm potensialı,turizm bazarı,perspektivlər və turizm sahəsi üçün  peşəkar kadr hazırlığı haqqında ətraflı söhbət açıb:

   “Prezident cənab İlham Əliyev tərəfindən turizm sahəsinin preoritet elan edilməsi yeni perspektivlərə yol açıb. Artıq ixtisaslaşmış turizm sənayesinin inkişafına dair strateji yol xəritəsi də  icra edilməkdədir. Bu gün keçirilən konfrans da icra prosesinə köməklik məqsədi daşıyır”.

Ardınca çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin  nümayəndəsi Sahib Əliyev  öz çıxışında bu cür  önəmli müzakirələrin Mingəçevirdə təşkil olunmasını təqdirə layiq hal olaraq dəyərləndirib.

 Bundan sonra turizm  sahəsinin inkişaf tendesiyalarını əhatə edən maraqlı məruzələr dinlənilib.  Mingəçevir Turizm Kollecinin pedaqoq  mütəxəssisləri  Aynurə Abbasova,Vüqar Nağıyev,Nazan İdrisova,Elşad Səmədov,İqbal Xudiyev və Mingəçevir Turizm İnformasiya Mərkəzinin direktoru Tural Kərimov məzmunlu fikirlər açıqlayıb. “Regional turizmdə inkişaf tendensiyaları”, “Azərbaycanda turizmin inkişaf potensialı”,”Ölkəmizdə turizm bazarının mövcud vəziyyəti”,”Turizmin inkişafında kadr hazırlığının əhəmiyyəti”,”Regional turizmin inkişaf perspektivləri və turizmin inkişafında gənclərin rolu” adlı məruzələr faydalı müzakirələrə yol açıb.Naftalanın Çinar otelinin Servis meneceri  Taner Yılmaz ,otelin kadrlar şöbəsinin müdiriFariz Hüseynov, Mingəçevir Bələdiyyəsinin üzvü Zahid Qasımlı, Mingəçevir Dövlət Universitetinin müəllimi Filologiya elmlər namizədi Namaz Manafov, İqtisad elmlər namizədi İbrahim Əyyubov mövzu ətrafında çıxış edərəkmaraqlı təkliflərini səsləndirib.

 Konfran Mingəçevir Turizm Kolleci istedadları tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyanın nümayişi ilə başa çatıb.


 
Əlavə edilmə tarixi: 15.06.2017   |   Baxılma sayı: 291

                                

Paylaş      

SON BAXILANLAR

Müstəqilliyimizin 21-ci ildönümü

Mingəçevir Turizm Kollecində Xocalı soyqırımı yad olundu
XX əsrdə bəşər tarixində ən qanlı faciələrdən biri olan Xocalı soyqırımı kollecdə hər il hüzn və sayqı ilə anılır.

Mingəçevir Turizm Kolleci info tur təşkil etdi.

Ekskursiya
Mingəçevir Turizm Kollecinin “ Səyahətlər və Ekskursiya” şöbəsi növbəti turu 25.10.2015 tarixində Qobustan rayonuna təşkil etdi.

Mingəçevir Turizm Kolleci "Ədalət" qəzetinin səhifələrində
Mingəçevir Turizm Kollecinin fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Prezident yanında kütləvi informasiya vaistələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə "Ədalət" qəzetində turizim sektorunun inkişafına ciddi münasibət mövzusu altında silsilə məqalələr yeralmışdır. Oxucu marağını nəzərə alaraq, həmin məqalələri kollecin sayıtına yerləşdiririk.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci