ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Xanım Məmmədova f.e.n. Mingəçevir Turizm Kollecinin “Dillər” fənn komissiyasının sədri


Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Hörmətli Konfrans iştirakçıları! İlk öncə sizi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 93-cü ildönümü münasibətilə ürəkdən təbrik edir, Azərbaycanın müstəqilliyinin inkişafı naminə gələcək işlərinizdə sizə uğurlar arzulayıram. 28 may-Cümhuriyyət Günü milli bayramlarımız sırasına daxil olan tarixi bir gündür. Məhz 1918-ci ilin həmin günü Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi ilə yaddaşımıza həkk olunmuşdur. Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Azərbaycan Xalq Cümhuriyyətinin özünəməxsus yeri vardır. XIX əsrin əvvəllərində Azərbaycanın şimalında mövcud olan xanlıqların çar Rusiyası tərəfindən istila edilməsi və Azərbaycanın 2 hissəyə bölünməsindən sonra müstəqil dövlətimizin yaradılması ideyası xalqımızın həmişə diqqət mərkəzində durmuşdur. Cənubi Qafqazda bir-birini əvəz edən və sürətlə dəyişən hadisələrin fonunda, 1918-ci il may ayının 26-da Gürcüstanın Zaqafqaziya Seymindən çıxmasından dərhal sonra Azərbaycan da öz müstəqilliyini elan etdi və Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı, Şərqin müsəlman aləmində ilk respublika quruluşuna malik dövlətin əsası qoyuldu. Müstəqillik aktı qəbul olunan gündən Azərbaycan Xalq Cümhuriyyəti gərgin fəaliyyətə başladı. Müvafıq dövlət atributları qəbul edildi, qanunvericilik bazasının formalaşdırılması istiqamətində mühüm addımlar atıldı. Lakin həmin dövrdə müstəqil dövlətimiz xarici və daxili düşmənlərin güclü müqaviməti ilə rastlaşırdı. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aydan sonra Rusiya bolşevizminin açıq təcavüzü nəticəsində süquta uğradı. Amma az yaşamasına baxmayaraq, ötən əsrin əvvəllərində Azərbaycanda müstəqil demokratik dövlətin yaranması müsəlman Şərqində respublika ideyalarının formalaşmasına böyük təsir göstərdi, milli dövlətçilik ənənələrinin yaranmasına səbəb oldu. Azərbaycan Xalq Cümhuriyyətinin qısa zamanda həyata keçirdiyi tədbirlər xalqımızın tarixində dərin iz buraxmışdır. Milliyyətindən, siyasi mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq vətəndaşlara bərabər hüquqların verilməsi, dövlət sərhədlərinin müəyyən edilməsi, dövlətçilik atributlarının qəbulu, ana dilimizin dövlət dili elan olunması, bununla yanaşı, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və hərbi quruculuq sahəsində atılmış addımlar Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır. Ulu öndərimiz Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik tariximizdəki roluna yüksək qiymət verərək deyirdi: "Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını davam etdirərək bu tarixi varislik üzərində Azərbaycan dövlətini yaratmışdır. İndi Azərbaycanda gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi, iqtisadi islahatların həyata keçirilməsi Azərbaycanın dövlət müstəqilliyinin bəhrəsidir və bu dövlət, bu quruluşu 1918-ci ildə yaranmış ilk Xalq Cümhuriyyətinin varisidir. Bütün dövlət onun varisidir, bütün xalq onun varisidir". Bu yolda xalqımız çətin sınaqlardan keçmişdir. Həmin yolun əsas mərhələsinin keçilməsində aparıcı missiyasını da Heydər Əliyev öz üzərinə götürdü. Ulu öndər bütün həyatını, bilik və təcrübəsini, zəkasının qüdrətini, qüvvə və bacarığını xalqın xoş gələcəyinə, onun bəlalardan və məhrumiyyətlərdən xilas olmasına sərf etdi və inkişafımızın təməlini qoydu. Onun dərin zəkasının sayəsində ölkəmiz demokratik, hüquqi inkişaf mövqelərinə çıxdı, qüdrətli şəxsiyyətin işıqlı ideyaları dövlətimizin müstəqilliyinin daha da möhkəmləndirilməsi üçün əzəmətli bir mayak oldu. Heydər Əliyev diplomatiyası Azərbaycanı tarixən çox qısa müddət ərzində bütün dünyaya tanıtdı, onun beynəlxalq mövqelərinin daha da möhkəmlənməsini təmin etdi. Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra qısa müddətdə Birləşmiş Millətlər Təşkilatına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, İslam Konfransı Təşkilatına, Qara Dəniz ölkələri iqtisadi Əməkdaşlıq Təşkilatına, Avropa Şurasına, Beynəlxalq Valyuta Fonduna üzv qəbul olundu ki, bunlar müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən müdrik rəhbərimizin xalq və Vətən qarşısında misilsiz xidmətləri idi. Ulu öndərimiz yeni demokratik və dünyəvi cəmiyyət quruculuğu haqqında, doğma Azərbaycanı məhz belə bir sistemdə görmək barəsində bütün ömrü boyu düşünmüşdür. Hələ 1969-cu ildə ilk dəfə siyasi hakimiyyətə gələndən dərhal sonra Heydər Əliyevin təklifləri sovet rejimində eşidilirdi, onunla Kremlin özündə hesablaşırdılar. 1993-cü ilin oktyabr ayında ölkə Prezidenti seçildikdən sonra bu sahədə daha cəsarətli tədbirlərə başladı, gərgin səylərlə müstəqil Azərbaycanı yaratdı. Bu illərdə müasir hüquqi və dünyəvi prinsiplərin bərqərar olması, müstəqil dövlətin möhkəmləndirilməsinin əsas amillərindən biri olan qanunçuluğun və hüquq normalarının qorunması və gözlənilməsi, zamanın ən ümdə tələblərindən biri olan insan hüquq və azadlıqlarının müdafiəsi, ədalət mühakiməsinin müstəqilliyinin təmin edilməsində mühüm addımlar atıldı. 1995-ci ildə ulu öndərimizin bilavasitə rəhbərliyi ilə qəbul olunmuş milli Konstitusiyamız demokratik dəyərlərə tam uyğun, hüquqi islahatların gerçəkləşdirilməsi yolunda misilsiz bir tarixi sənəd oldu. Unudulmaz rəhbərimizin sərəncamı ilə 1996-cı ildə Hüquq islahat Komissiyası yaradıldı. "Məhkəmələr və hakimlər haqqında", "Konstitusiya məhkəməsi haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat axtarış fəaliyyəti haqqında" qanunlar qəbul edildi ki, bu da respublikamızın müstəqil bir dövlət kimi çiçəklənməsində misilsiz rola malikdir. Heydər Əliyevin müəyyən etdiyi hakimlərin müstəqilliyi konsepsiyası Ölkəmizdə ədalət prinsiplərinin və ədalət mühakiməsinin bərqərar olmasına ciddi təkan verdi. Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Ombudsman institutunun yaradılması insanların hüquq və azadlıqlarının qorunması sahəsində dövlətimiz üçün, onun gələcək inkişafı üçün çox gərəkli bir tədbir idi. İnsan hüquqları üzrə müvəkkilliyin təsisatı ölkəmizin Avropa məkanına inteqrasiya etməsində mühüm rol oynadı və hazırda bu təsisat həyatımızın bütün tərəflərini əhatə edir. Ulu öndərimizin gördüyü möhtəşəm tədbirlərdən biri ölüm cəzasının ləğv edilməsidir. Müdrik rəhbərimizin bu humanitar addımı bütün dünyanın ictimaiyyəti tərəfindən razılıqla qarşılandı. Ulu öndərimiz 1995-2003-cü illərdə 32 əfv fərmanı imzaladı, yüzlərlə ailəyə xoşbəxtlik bəxş etdi, minlərlə adamı fəal cəmiyyət həyatına qaytardı. Onun təşəbbüsləri nəticəsində cəzaçəkmə yerlərinin Avropa standartlarına uyğunlaşdırılması, penitensiar xidmətin müasir beynəlxalq tələblər səviyyəsində qurulması istiqamətində mühüm tədbirlər həyata keçirildi. Cəzaçəkmə müəssisələri yenidən quruldu, bu yerlərdə normal həyat üçün lazımi şərait yaradıldı. Bu gün hamı aydın görür ki, cəzanın humanistləşdirilməsi bizdə nə qədər irəli getmişdir, məhkumların məişət şəraitinin yaxşılaşdırılması və onların sağlamlığının qorunması üçün necə təsirli tədbilər görülmüşdür. 2003-cü ildən uğurla gerçəkləşdirilən hüquqi islahatlar ölkənin məhkəmə, ədliyyə, polis, prokurorluq orqanlarının fəaliyyətində insan hüquq və azadlıqlarının daha etibarlı təminatına imkan yaradan çevik mexanizmlərin formalaşdırılmasına xidmət etməklə, respublikamızın beynəlxalq imicini daha da möhkəmləndirmişdir. Prezident İlham Əliyev qanunvericilik təşəbbüsü əsasında, xüsusən də məhkəmələrin cəmiyyətdə inam və etimad qazanmasına, nüfuzlu təsisat kimi formalaşmasına xidmət edən bir sıra qanun layihələrini Milli Məclisin müzakirəsinə göndərmiş, onların yeni dövrün tələblərinə uyğunlaşdırılmasını zəruri saymışdır. Onun təşəbbüsü ilə 2005-ci ildə qəbul edilmiş "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişikliklər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" qanunlar, eləcə də hakimlərin test üsulu ilə seçilməsi proseduru çox öncül mahiyyət daşıyır. Bu gün Azərbaycanın demokratik və iqtisadi inkişafı, hüquqi, dünyəvi dövlətin formalaşdırılması dövlət müstəqilliyinin bəhrəsidir. Ulu öndər Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Prezident cənab İlham Əliyev xalqımızın tarixi keçmişinin öyrənilməsi kimi məsələləri daim diqqət mərkəzində saxlayır. Ulu öndərin tariximizə doğma, təəssübkeş münasibəti onun layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin də fəaliyyətində prioritet təşkil edir. Bu günlər bir daha deməyə haqqımız çatır və söyləməyə borcluyuq ki, dövlətçilik ənənələrindən bəhrələnmiş yeni siyasət Azərbaycana yeni həyat, müasirlik, davamlı inkişaf bəxş etmişdir. Bu siyasət müasir hüquqi və dünyəvi dövlətin qurulması, bu dövlətdə yaşayan insanların hüquq və azadlıqlarının müdafiəsi sahəsində çox böyük əhəmiyyətə malikdir. Bizim hazırkı daxili və xarici siyasət konsepsiyamız ən geniş mənada dövləti xalqa, xalqı dövlətə möhkəm və qırılmaz tellərlə bağlayır. Buna görə də bizim nəslin insanları, övladlarımız, bütün Azərbaycanın oğul və qızları müstəqillik və istiqlaliyyət ideyalarını göz bəbəyi kimi qorumalı, yaşatmalı və inkişaf etdirməli, cümhuriyyət qurucularının müqəddəs amallarını ləyaqətlə həyata keçirməlidirlər. Bizim bugünümüz kimi, sabahımız da müstəqillik ideyası üzərində köklənib, Azərbaycan dövlətçilik ənənələrini inkişaf etdirərək daha da irəli gedəcəkdir. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Ancaq o, XX əsrdə Azərbaycan xalqının həyatında tarixi bir mərhələ olub və xalqımızın gələcəyinin, müstəqilliyinin, azadlığının, suverenliyinin təməlini qoyubdur. Məhz buna görə də biz Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını, onun fəaliyyətini və Xalq Cümhuriyyətini yaradanları, o dövrdə qəhrəmanlıq nümunələri göstərən insanları böyük minnətdarlıq hissi ilə yad edir, bu günkü yüksək inkişaf mərhələsinə qədəm qoyan respublikamızı Azərbaycan Xalq Cümhuriyyətinin ləyaqətli varisi hesab edirik.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 614

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində “27 sentyabr Ümumdünya Turizm Günüdür” adlı konfrans keçirilib
Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov turizmin dünyanın iqtisadi, mədəni və sosial həyatında önəmli rol oynadığını qeyd etdi.

Müəllimlər günü
Tədris müəssisələri və pedaqoji kollektivlər üçün ən əziz bayramlardan biri də “ 5 oktyabr Müəllimlər günü” dür.

Sergi
Bakıda Turizm Sərgisi keçirildi

Mingəçevir şəhər İcra Başçısı Niyazi Bayramovun Mingəçevir Turizm Kollecinə gəlişi
15 may 2013-cü il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı Niyazi Bayramov və İcra Hakimiyyətinin humanitar işlər üzrə müavini Ramiz Əliyev Mingəçevir Turizm Kollecində olmuşdur.

Mingəçevir Turizm Kollecində intellektual yarış keçirilmişdir

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci