ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Respublika günü münasibəti ilə qruplararası futbol yarışının keçirilməsi


Mingəçevir Turizm Kollecində 28 may “Respublika günü” və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 93-cü ildönümü münasibəti ilə qruplararası futbol yarışı keçirilmişdir. Yarışda 12 komanda iştirak etmişdir. Bu komandalardan biri kollecin müəllimlərindən təşkil olunmuşdur. digər 11 komanda isə ayrı-ayrı ixtisas qrupları üzrə təhsil alan tələbələri təmsil edirdi. Mayın 19-da yarışın təşkilat qrupu komandalarının kapitanlarının iştirakı ilə oyunların püşkatmasını keçirdi. May ayının 20-də isə futbol yarışına start verildi. İlkin mərhələnin oyunlarında qalib gəlmiş 4 komanda yarımfinala çıxdı. Yarım final oyunlarında “Müəllimlər” komandası “TMT-4” Komandasına, “TT-16” komandası isə “F-21” Komandasına qalib gəldi. May ayının 28-də keçirilmiş final oyununda qalib gələn “TT-16” komandası “Respublika gününə” həsr olunmuş kollec daxili futbol yarışının qalibi adını qazandı. Final oyunundan sonra təşkil olunan təntənəli qalib komandanın kapitanına xatirə kuboku təqdim edildi və komandanın üzvləri qazanılmış uğur münasibəti ilə təbrik edildi.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 578

                                

Paylaş      

SON BAXILANLAR

Anonim zənglərə qarşı mübarizə

Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov Rusyanın Sankt-Peterburq şəhərində beş günlük işgüzar səfərdə olub. Səfər zamanı həm də yeni beynəlxalq əməkdaşlığın təməli atılıb
Noyabr ayının 12-dən 17-dək Mingəçevir Turizm Kollecinin direktoru professor Əyyub Əyyubov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfər edərək faydalı görüşlər keçirib.Səfər Sankt-Peterburq Turizm və Otel Servisi Kollecinin dəvəti əsasında gerçəkləşib.

Kollecdə 8 Mart Beynəlxalq qadınlar bayramı günü qeyd edildi.

Mingəçevir Turizm Kollecində “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı konfrans keçirilib
Azərbaycan xalqının müasir tarixinə hüzn və qəhrəmanlıq səhifəsi kimi həkk olmuş 1990-cı ilin qanlı 20 yanvar hadisələrinin növbəti ildönümü Mingəçevir Turizm Kollecində silsilə vətənpərvər tədbirlərlə anılıb.

Ekskursiya
2015-2016 - cı tədris ilinin başlanğıcından Mingəçevir Turizm Kollecinin “ Səyahətlər və ekskursiya” şöbəsi öz fəaliyyətinə başlamışdır.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci