ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





AzVET layihəsinin nümayəndələri ilə görüş.


AzVET layihəsinin reallaşdırılmasında qarşıya qoyulan əsas vəzifə Azərbaycanın qeyri-neft sektorunun rəqabət qabiliyyətinin yüksəldilməsi və ilk peşə-ixtisas təhsili (İPİT) məzunları üçün iş imkanlarının artırılmasıdır. Bu məqsədlə İPİT-in müasirləşdirilməsi üzrə strategiyanın və fəaliyyət proqramının hazırlanması, səriştəyə əsaslanan müasir İPİT sisteminin formalaşdırılması nəzərdə tutulur. Layinin əhəmiyyəti nəzərə alınaraq müddəti altı ay müddətinə uzadılmışdır. 25 may 2011-ci il tarixdə AzVET layihəsinin nümayəndələri ilə Mingəçevir Turizm Kollecində görüş olmuşdur. Görüşdə layihə üzrə beynəlxalq ekspert David Hardi, layihə Koordinatoru Fuad Salmanov, Ofis Meneceri Nuranə Rəcəbova, İsmayıllı Peşə Tədris Məktəbinin direktoru Zaur Muradov iştirak edirdi. Mingəçevir Turizm Kollecinin direktoru prof. Ə. Əyyubov qonaqları salamladıqdan sonra AzVET layihəsinin respublikamızdakı uğurlu fəaliyyətindən və bu layihədə iştirakındakı məmnunluğundan danışdı. Cənab David Hardi görüş üçün yaradılan imkana və eləcə də layihə üzrə iş zamanı prof. Ə. Əyyubovun AzVET layihə işçi qrupunun və layihə təsdiqləmə Panelinin üzvü kimi işgüzar fəaliyyətinə görə təşəkkürünü bildirdi. Gəlişlərinin məqsədlərinin kollecin tədris imkanları ilə yaxından tanış olmaq , həmçinin İsmayıllı Peşə Tədris Məktəbi ilə Kollecin əməkdaşlıq imkanlarının öyrənilməsi olduğunu qeyd etdi. Kollecin tədris işləri üzrə direktor müavini Vəfa İbişova, təlim-tərbiyə işləri üzrə direktor müavini Əşrəf Əsgərov, tədris şöbəsinin müdiri Qəhrəman Kərimov, fənn birliyi komissiyasının sədri f.e.n Xanım Məmmədova, fənn birliyi komissiyasının sədri Ceyhun Abdullayev qonaqlara kollecin tədris prosesi haqqında ətraflı məlumat verdilər. Qonaqlarla görüş üzrə nəzərdə tutulan proqrama uyğun olaraq kollec ilə tanışlıq turundan sonra gündəlikdəki digər məsələlərin icrası ilə məşğul olundu. Görüşün sonunda qonaqlar kollecdə gördüklərindən çox məmnun qaldıqlarını, xoş təəssüratlarla ayrıldıqlarını xüsusi olaraq qeyd etdilər.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 1124

                                

Paylaş      

SON BAXILANLAR

ULU ÖNDƏRİN ANIM GÜNÜ
Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin vəfatının 11 illiyi ilə əlaqədar silsilə tədbirlər təşkil edilmişdir.

Mingəçevir Turizm Kollecində 28 May Respublikagününə həsr olunmuş elmi- nəzəri konfrans
Fəaliiyətə başlamasının 10 illik yubileyini bu günlərdə təntənə ilə bayram etmiş Mingəçevir Turizm Kollecinin kollektivi 28 May Respublika günü münasibətilə növbəti önəmli tədbirini gerçəkləşdirdi.

Mingəçevir Turizm Kollecində “ Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur “adlı elmi- nəzəri konfrans keçirilib

Mingəçevir Turizm Kollecinin “Novruz” bayramı
Bahar fəslinin ölkəmizə qədəm qoyması Mingəçevir Turizm Kollecində martın 19-da keçirilmiş möhtəşəm “Novruz” şənliyi ilə qeyd olundu.

Mingəçevir Turizm Kollecində Xocalı soyqırımı hadisələri yad edildi

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci