ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində 28 may “Respublika günü” qeyd edildi.


25 may 2011-ci il tarixində Mingəçevir Turizm Kollecində “Şərqdə ilk demokratik respublika” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 93-cü ildönümünə həsr olunmuş konfrans Kollecin Heydər Əliyev adına ideoloji mərkəzində təşkil edilmişdir. Konfransı giriş sözü ilə Kollecin direktoru, i. e. d prof. Əyyub Əyyubov açdı. Ə. Əyyubov qısa giriş nitqində respublika gününün qeyd olunmasının əhəmiyyətindən danışdı, Azərbaycan Xalq Cümhuriyyəti və onun tarixinin əsas məqamları barəsində məlumat verdi. Sonra konfrans iştirakçıları gündəlikdə nəzərə tutulmuş məruzələri dinlədilər. Kollecin Həmkarlar İttifaqı Komitəsinin sədri i. e. n. dos. İbrahim Əyyubov “Azərbaycan Xalq Cümhuriyyəti və onun milli dövlətçilik tariximizdə yeri”, tarix müəllimi Eldar Dərişov “Azərbaycan Xalq cümhuriyyəti elan olunması və onun fəaliyyətinin Gəncə dövrü”, kimya müəllimi Günel Orucova “Milli dövlət quruculuğu və parlamentin fəaliyyəti”, tarix müəllimi Hikmət Muxtarov “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti və erməni təcavüzünə qarşı mübarizə”, Mübariz Həmidov “Bakının azad olunması və milli hakimiyyətin bütün Azərbaycanın ətrafında bərqərar edilməsi”, “Humanitar və sosial-iqtisadi” fənn komissiyasının sədri Ceyhun Abdullayev “Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və onun səbəbləri”, “Dillər” fənn komissiyasının sədri f. e. n. Xanım Məmmədova “Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzularında məruzələrlə çıxış etdilər. Məruzələrdən sonra kollecin ədəbiyyat müəllimi Kifayət Əliyevanın rəhbərliyi ilə hazırlanmış bədii kompozisiya nümayiş etdirildi. Elmi-nəzəri konfransın sonunda kollecin direktoru, i. e. d. prof. Ə.Əyyubov yekun nitqi ilə çıxış etdi.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 2489

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində 28 May Respublika Günü qeyd olunub
Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi Mingəçevir Turizm Kollecində silsilə bayram tədbirləri ilə qeyd olunub. Bu münasibətlə kollecdə açıq dərslər təşkil olunub, dəyrimi masa ətrafında müzakirələr, rəsm, inşa, ən yaxşı divar qəzeti müsabiqələri, bilik yarışması və futbol turniri keçirilib.

ULU ÖNDƏRİN ANIM GÜNÜ
Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin vəfatının 11 illiyi ilə əlaqədar silsilə tədbirlər təşkil edilmişdir.

AzVET layihəsinin nümayəndələri ilə görüş.

Mingəçevir Turizm Kollecində 28 May Respublikagününə həsr olunmuş elmi- nəzəri konfrans
Fəaliiyətə başlamasının 10 illik yubileyini bu günlərdə təntənə ilə bayram etmiş Mingəçevir Turizm Kollecinin kollektivi 28 May Respublika günü münasibətilə növbəti önəmli tədbirini gerçəkləşdirdi.

Mingəçevir Turizm Kollecində “ Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur “adlı elmi- nəzəri konfrans keçirilib

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci