ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kolleci "Gül" bayramını qeyd edir.


Ulu öndər, ümummilli lider Heydər Əliyevin mayın 10-da anadan olmasının 88 illik yubileyi qeyd olunmuşdur. İnsan şəxsiyyətə çevrilməyi qarşısına bir məqsəd kimi qoymur, onu daha çox yaşam tərzi, şəxsi keyfiyyətləri və cəmiyyət formalaşdıraraq şəxsiyyətə çevirir. Kimsə özünü şəxsiyyət saya bilər, amma gərək cəmiyyətin özü də onu şəxsiyyət hesab edərək qəbul etsin. Haqqında danışmaq istədiyim insan cəmiyyətin ən uca zirvəsində dayanan Heydər Əlirza oğlu Əliyevdir. Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan Respublikasının inkişafı və müstəqilliyi uğrunda gördüyü misilsiz xidmətləri danılmazdır. Məhz buna görə də o, mənsub olduğu xalqın ümummilli lideri zirvəsini fəth edə bilmişdir. Ümummilli liderimizin doğum günü, yəni 10 may son illər “Gül Bayramı” adı altında respublikamızın bütün rayonlarında təntənəli şənliklərlə qeyd olunur. “Gül Bayramı”na hazırlıq işləri Respublikamızda bir neçə ay öncədən başlayır. Xaricdən xüsusi gül növləri gətirilərək əkilir. Öz gözəlliyi və ətri ilə bütün Azərbaycanı bürüyən bu güllər insanda yaşamaq eşqini artırır. Hamı bu bayramın gəlişini səbirsizliklə gözləyir. Son illər Azərbaycanda geniş vüsət alan “Gül Bayramı”nı mingəçevirlilər də böyük ruh yüksəkliyi ilə qeyd edir. Şəhərin ali, orta ixtisas və ümumtəhsil məktəblərinin kollektivləri də bayrama hazırlıq üçün əlindən gələni edirlər. Mingəçevir Turizm Kolleci kollektivi də bu bayrama xüsusi olaraq hazırlaşmışdır. Kollektivin güllərlə hazırladığı Azərbaycan bayrağı, səkkiz guşəli ulduz, buta və digər gül çələngləri şəhər sakinlərinin diqqətini daha çox cəlb etdi. Şəhər İcra Hakimiyyətinin başçısı Cənab Mübariz Ağayev kollektivimizi bayram münasibəti ilə təbrik etdi, tələbə və müəllimlərin nümayiş etdirdikləri işləri yüksək qiymətləndirdi. Tədbir axşam saatlarına qədər konsert proqramları ilə davam etdi.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 384

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində Milli kinomuz olan “Fəryad” filminə baxış
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin “Milli kinonun inkişafına dair tədbirlər haqqında” 2017-ci il 8 avqust tarixli 186 nömrəli əmrə əsasən Mingəçevir Turizm Kollecində geniş tədbirlər planı hazırlanmışdır.

Turizm fənləri üzrə elmi-nəzəri konfrans

Mingəçevir Turizm Kolleci: Maraqlı istirahət
Hər il olduğu kimi, bu il də 2015/16- cı tədris ilini müvəffəqiyyətlə başa vuran Mingəçevir Turizm Kollecinin bütün kollektivi 1 günlük Şəki rayon “Narın Qala” isatirahət mərkəzində 20 iyul 2016-cı il tarixdə istirahətdə olmuşlar

Prof. Ə.A.Əyyubovun “Ağdam özü özlüyündə bir dünya idi” adlı müsahibəsi dərc olunub.

Xanım Məmmədova f.e.n. Mingəçevir Turizm Kollecinin “Dillər” fənn komissiyasının sədri

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci