ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində elmi-nəzəri konfrans


Mingəçevir Turizm Kollecində elmi-nəzəri konfrans Mingəçevir Turizm Kollecində hər il olduğu kimi bu il də ermənilərin 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı kütləvi şəkildə soyqırımı yad edilmişdir. 31 mart 2011-ci ildə Kollecin Heydər Əliyev adına ideoloji mərkəzində “31 mart tariximizin ən qanlı səhifəsidir” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir. Konfransı kollecin direktoru i.e.d. prof. Ə.A.Əyyubov açmış və kütləvi soyqırımın qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra prof. Ə.Əyyubov ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci ildəki sərəncamı ilə 31 mart soyqırımını tarixiləşdirdiyini bildirmiş və təcavüzkar ermənilər tərəfindən millətimizə qarşı aparılmış soyqırımından danışaraq onların təcavüzkar əməllərinə qarşı konfrans iştirakçılarında nifrət hissi oyatmış və soyqırımın qurbanlarının xatirəsini daimi yad etməyə çağırmışdır. Daha sonra kollecin Həmkarlar İttifaqı Komitəsinin sədri İbrahim Əyyubov “Təcavüzkar ermənilərin XX əsrin əvvəlindən bu günə kimi Azərbaycan xalqına qarşı soyqırımı siyasəti”, tarix müəllimlərindən Eldar Dərişov “1918-ci ilin əvvəlində Azərbaycanda ictimai-siyasi vəziyyət”, Nail Sadıqov “1918-ci ilin martında daşnakların Bakıda törətdikləri qanlı cinayət”, Mətləb Əhmədov “1918-ci ilin yazında Quba, Şamaxı hadisələri” və “Humanitar, sosial-iqtisadi” fənn komissiyasının sədri Ceyhun Abdullayev “1918-ci ilin mart hadisələrinin nəticələri və tariximizdə yeri” mövzularında məruzələrlə çıxış etmişlər. Məruzələr konfrans iştirakçıları tərəfindən erməni millətinə nifrətlə qarşılanmışdır. Konfransa kollecin direktoru i.e.d. prof. Ə.Əyyubov yekun vurmuşdur.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 231

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində “27 sentyabr Ümumdünya Turizm Günüdür” adlı konfrans keçirilib
Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov turizmin dünyanın iqtisadi, mədəni və sosial həyatında önəmli rol oynadığını qeyd etdi.

Müəllimlər günü
Tədris müəssisələri və pedaqoji kollektivlər üçün ən əziz bayramlardan biri də “ 5 oktyabr Müəllimlər günü” dür.

Sergi
Bakıda Turizm Sərgisi keçirildi

Mingəçevir şəhər İcra Başçısı Niyazi Bayramovun Mingəçevir Turizm Kollecinə gəlişi
15 may 2013-cü il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı Niyazi Bayramov və İcra Hakimiyyətinin humanitar işlər üzrə müavini Ramiz Əliyev Mingəçevir Turizm Kollecində olmuşdur.

Mingəçevir Turizm Kollecində intellektual yarış keçirilmişdir

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci