ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində Novruz bayramı qeyd olundu.


NOVRUZ BAYRAMI Birlik, qardaşlıq bayramı, xalq şənliyidir Novruz əsrlərin dərinliyindən gəlib bizim günlərə çıxmış ən gözəl milli bayramlarımızdan biridir. Novruz bayramı bir çox türk və müsəlman ölkələrində, o cümlədən Orta Asiya respublikalarında və Azərbaycanda qeyd edilir. Bir çox tədqiqatçılar Novruzun yaranma tarixini, onun zərdüştlük və ya müsəlman mədəniyyəti ilə əlaqələrini araşdırmış, əski mənbələrdə bir-birini təkzib və ya təsdiq edən müxtəlif faktlar aşkar etmişlər. Lakin ümumi belədir ki, Novruzu konkret bir dinlə, etiqadla bağlamaq düzgün deyil. Qədim dövrlərdən bəri xalqımız Novruzu yeni ilin başlanğıcı hesab etmiş, onu bolluq, bərəkət və rəmzi kimi qiymətləndirmişdir. . Respublikamızın hər yerində olduğu kimi Şəhərimizdə də o cümlədən Mingəçevir Turizm Kollecində “Novruz”un gəlişi münasibəti ilə bayram şənlikləri keçirilmişdir. 18 mart 2011-ci il tarixində Mingəçevir Turizm Kollecində “Novruz”un gəlişinə həsr olunmuş böyük bayram tədbiri keçirildi. Tədbiri giriş sözü ilə kollecin direktoru, i.e.d. prof. Ə. A. Əyyubov açdı. Prof. Ə. Əyyubov novruz bayramının tarixindən, bu bayramı tariximizin müxtəlif mərhələlərində necə keçirildiyindən, novruz adət ənənələrindən danışdı. Azərbaycan müstəqillik qazandıqdan sonra bu tədbirin daha gözəl keçirildiyini, umum milli lider cənab H. Əliyevin xidməti sahəsində dövlət səviyyəsində keçirildiyini xüsusi olaraq vurğuladı. Prezidentimiz cənab ilham Əliyevin göstərişi ilə novruzun daha şən keçirilməsi ü üçün bir həftədən çox istirahət günləri elan edildiyini bildirərək kollektivi və bütün azərbaycanlıları bayram münasibəti ilə təbrik etdi. Tədbir “yallı” rəqs sədaları altında başlandı. Tədbirdə iştirak edən tələbələr bir-birinin ardınca maraqlı səhnəciklər nümayiş etdirdilər. Azərbaycan xalq folklorundan və adət-ənənələrindən ibarət səhnəciklər, qulaq falı, yumurta döyüşdürülməsi, dirədöymə, ənzəli oyunları, kosa və keçəlin iştirakı, Dədə Qorqud və Bahar qızın gəlişi və s. kimi keçmiş adət ənənələr tədbir iştirakçılarının daha çox marağına səbəb oldu. Bir birindən gözəl folklor nəğmələri, idmançıların və atlı cəngavərlərimizin nümayiş etdirdikləri nömrələr tədbiri daha maraqlı keçməsini təmin etdi.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 788

                                

Paylaş      

SON BAXILANLAR

Anonim zənglərə qarşı mübarizə

Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov Rusyanın Sankt-Peterburq şəhərində beş günlük işgüzar səfərdə olub. Səfər zamanı həm də yeni beynəlxalq əməkdaşlığın təməli atılıb
Noyabr ayının 12-dən 17-dək Mingəçevir Turizm Kollecinin direktoru professor Əyyub Əyyubov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfər edərək faydalı görüşlər keçirib.Səfər Sankt-Peterburq Turizm və Otel Servisi Kollecinin dəvəti əsasında gerçəkləşib.

Kollecdə 8 Mart Beynəlxalq qadınlar bayramı günü qeyd edildi.

Ekskursiya
2015-2016 - cı tədris ilinin başlanğıcından Mingəçevir Turizm Kollecinin “ Səyahətlər və ekskursiya” şöbəsi öz fəaliyyətinə başlamışdır.

Mingəçevir Turizm Kollecinin əməkdaşları Mingəçevir şəhər nümayəndə heyətinin tərkibində Cəbrayıl rayonunun işğaldan sonra yenidən qurulan Cocuq Mərcanlı kəndini ziyarət edib
Məlum aprel döyüşləri zamanı Lələ-təpə yüksəkliyinin düşməndən geri alınması nəticəsində təhlükəsizliyi təmin edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi bu gün yeni dirçəliş dönəmini yaşayır.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci