ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində Xocalı soyqırımı hadisələri yad edildi


Mingəçevir Turizm Kollecində Xocalı soyqırımı hadisələri yad edildi Xocalı soyqırımının 19-cu ildönümüdür. Məhz bu gün Xocalının adı məhv olmuş şəhərlər siyahısına düşüb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərinə hücum edib. Xocalıda soyqırımı törədən erməni qəsbkarları dünyada analoqu olmayan bir vəhşılik nümayiş etdirmişlər. --Xocalı faciəsi zamanı şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 nəfər azyaşlı uşaq, 106 nəfər qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə bütünlüklə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qanunsuz erməni silahlı qüvvələri mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş azərbaycanlıları milli mənsubiyyətlərinə görə yollarda, keçidlərdə, meşələrdə təqib edərək vəhşicəsinə öldürüblər. Habelə azğınlaşmış erməni hərbçiləri əsir və girov götürdükləri azərbaycanlıları xüsusi amansızlıqla, işgəncə verərək qətlə yetirmişlər. Mingəçevir Turizm Kollecində Xocalı soyqırımının 19-cu ildönümünün qeyd olunması ilə əlaqədar tədbirlər planı hazırlanmış, 15 yanvar 2011-ci il tarixdə təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq 16-26 fevral 2011-ci il tarixlərdə silsilə tədbirlər keçirilmişdir. 24 fevral 2011-ci il tarixdə kollecin Heydər Əliyev adına ideoloji mərkəzində “Bir gecədə çırağı sönən Xocalı” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə kollecin direktoru professor Əyyub Əyyubov açmışdır. Prof. Ə. Əyyubov Xocalı faciəsindən söz açaraq 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri Xocalıda baş vermiş soyqırımı olduğunu qeyd etdi. Bu hadisənin XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri olduğunu bildirtdirərək Xocalı faciəsinin tarixdə bizə məlum olan Babiyar, Xatın, Liditse, Sonqimı faciələri ilə eyni səviyyədə durduğunu və daha qəddarlıqla törədildiyini diqqətə çatdırdı Prof. Ə. Əyyubov qeyd etydi ki. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları uzağa gedən məqsəd güdürdülər. Məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən öz niyyətlərinə çata bilmədi. Ulu öndər H. Əliyev və bu gün onun yolunu uğurla davam etdirən prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi çox uğurlu siyasət nəticəsində Ermənistanın xalqımıza qarşı törətdiyi vəhşiliklər haqqında artıq dünya ictimaiyyəti daha çox məlumatlandırılıb, artıq onların çirkin əməlləri və əsl simaları açılmaqda ifşa olunmaqdadırlar. Prof. Ə. Əyyubovun açılış nitqindən sonra Xocalı soyqırımı haqqında film nümayiş etdirildi. Konfransda Mingəçevir Turizm Kollecinin Həmkarlar İttifaqı Komitəsinin sədri i.e.n. dosent İbrahim Əyyubov “Xocalı faciəsi Azərbaycanın ən qanlı tarixidir”, kollecin tarix müəllimi Hikmət Muxtarov “XX əsrin ən dəhşətli faciəsi”, “Humanitar və sosial iqtisadi” fənn komissiyasının sədri Ceyhun Abdullayev “Xocalı yurdunun məşəl kimi yanan oğulları”, tarix müəllimi Eldar Dərişov “Xocalı soyqırımının dünyada tanıdılmasında Milli Qəhrəman Çingiz Mustafayevin fədakarlığı”, tarix müəllimi Mətləb Əhmədov “Xocalının qız-gəlinləri əsirliyin işgəncələrində” mövzularında məruzələrlə çıxış etmişlər. Elmi-nəzəri konfransın sonunda isə tələbələrin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. Konfransın sonunda kollecin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov yekun sözlə çıxış edərək dinlənilən məruzələr və kompozisiyanın yaxşı hazırlandığını qeyd etdi. Konfransın keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirdi.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 505

                

Paylaş      

SON BAXILANLAR

Pedaqoji şura iclasındakı müzakirələr

Yeni il şənliyi
2015-ci ilin gəlişi münasibətilə dekabrın 25-də Mingəçevirin “Mingo Park” əyləncə mərkəzində kollecin kollektivinin iştirakı ilə bayram şənliyi keçirildi.

Təbiəti qoruyaq mövzusunda diskussiya.
Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planına uyğun olaraq Mingəçevir Turizm Kollecində “Heydər Əliyev təbiətə qayğı” mövzusunda diskussiya keçirilmişdir.

Mingəçevir Turizm Kollecində Xocalı faciəsinin ildönümü
Mingəçevir Turizm Kollecində 26 fevral Xocalı soyqırımının 21-ci ildönümü silsilə tədbirlərlə yad edilmişdir.

"Heydər Əliyev İrsini öyrənirik" mövzusunda kitab sərgisi
Mingəçevir Turizm Kollecində kitab sərgisi keçirildi.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci