ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





20 yanvar faciəsi


20 yanvar faciəsi 20 Yanvar – 1990-Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuşdur. 1990-cı il 20 Yanvar hadisələrindən 21 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Mingəçevir Turizm Kollecində 20 Yanvar şəhidlərinin xatirəsinin yad edilməsi üçün əvvəlcədən tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına uyğun olaraq bütün qruplarda “Şəhidliyimiz qəhrəmanlığımızdır”, “20 Yanvar şəhidlərinin xatirəsi qəlbimizdədir”, “Müstəqilliyimizə gedən yol 20 Yanvar faciəsindən başlayır” mövzularında məqalə, inşa yazı və rəsm müsabiqəsi keçirilmişdir. Eləcə də kollecdə 20 Yanvar mövzusunda oxucu konfransı, yığıncaqlar, sərgilər və kompozisiyalar keçirilmişdir. Şəhidlərin xatirəsinə həsr olunmuş divar qəzetləri tərtib edilmişdir. 18 yanvar 2011-ci il tarixdə “Qan yaddaşımıza həkk olunmuş tarixi faciə” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir. Konfransda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Konfransı giriş sözü ilə kollecin direktoru professor Əyyub Əyyubov açmışdır. Prof. Ə. Əyyubov 20 yanvar faciəsindən söz açaraq 1990-cı ilin yanvar hadisələrinin ağır və faciəvi olmasına baxmayaraq Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyini qeyd etdi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları öz şəhidlikləri ilə Azərbaycanın tarixinə parlaq səhifə yazdıqları, xalqın milli azadlıq ruhunun yüksəlməsi, müstəqilliyin qazanılması üçün yol açdıqları haqqında konfrans iştirakçılarına geniş məlumat verdi. Ulu öndər, ümummilli lider Heydər Əliyevin hadisədən dərhal sonra öz həyatını və təhlükəsizliyini riskə alaraq Moskvada Azərbaycan nümayəndəliyinə gələrək bu qanlı terror hadisəsini törədənlərin vəhşiliklərini qınayan sərt bəyanatla çıxış etməsi, o ağır günlərdə xalqımıza necə mənəvi dəstək olmasından bəhs etdi. 20 Yanvar mövzusunda film nümayiş etdirildi. Konfransda dosent İbrahim Əyyubov “Qanla qurulan və qanla sarsılan imperiya”, Kollecin tarix mqəllimi Çingiz Nəbiyev “Xilaskar ordu” nun Azərbaycan xalqına xəyanəti”, tarix müəllimi Eldar Dərişov “Azərbaycan xalqının təməl daşının möhkəmliyi özünü 20 Yanvar hadisələrində təsdiq etdi”, iqtisadiyyat müəllimi Sahib Hüseynov “20 Yanvar faciəsinə qarşı Moskvadan ulu öndər Heydər Əliyevin sərt bəyənatı”, tarix müəllimi Mətləb Əhmədov “Müstəqil Azərbaycan dövlətinin qurulmasında 20 Yanvar hadisələri həlledici amillərdən biri kimi” mövzularında məruzələrlə çıxış etmişlər. Elmi-nəzəri konfransın sonunda isə tələbələrin hazırladıqları bədii kompozisiya nümayiş etdirilmişdir. Konfransın sonunda kollecin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov yekun sözlə çıxış edərək dinlənilən məruzələr və kompozisiyanın yaxşı hazırlandığını qeyd etdi. Konfransın keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirdi.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 484

                                

Paylaş      

SON BAXILANLAR

Diskussiya
Mingəçevir Turizm Kollecində vaxtaşırı olaraq tələbələrin seçdikləri ixtisaslar üzrə təhsillərini davam etdirmələri, ixtisas səviyyələrini yüksəltmələri, işlə təmin olunmaları və başqa aktual mövzular üzrə seminarlar və diskussiyalar təşkil olunur.

Dövlət müstəqilliyi günü qeyd olundu
Kollecdə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 23-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.

Mingəçevir Turizm Kollecində Bilik Yarışı keçirilib.
Mingəçevir Turizm KollecindəAzərbaycanın dövlət müstəqilliyinin 27-ci il dönümünə həsr olunmuş tədbirlər proqramına uyğun olaraq oktyabrın 15-də “Müstəqilliyimiz qürurumuzdur” mövzusunda bilik yarışı keçirilib.

Beynəlxalq Turizm Günü
“27 sentyabr Beynəlxalq Turizm günü” hər il kollecdə xüsusi təntənə ilə qeyd olunur.

Mingəçevir Turizm Kollecinin kollektivi “Soyuq Bulaq” istirahət mərkəzində
Hər tədris ilinin sonunda Mingəçevir Turizm Kollecinin pedaqoji kollektivinin Həmkarlar Təşkilatının təşəbbüsü ilə ölkənin səfalı məkanlarından birində bir günlük istirahəti təşkil olunur.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci