ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il şənliyi


31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il şənliyi Mingəçevir Turizm Kollecinin professor-müəllim heyətinin iştirakı ilə 31 dekabr “Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il “ şənliyinə həsr olunmuş tədbiri keçirildi. Tədbir Mingəçevir şəhərinin gözəl saraylarından biri olan Səadət şadlıq sarayında keçirildi. Şənliyi ilk olaraq aparıcı qismində çıxış edən N.Tanrıverdiyeva və M.Vəliməmmədova açdılar. Kollecin son bir illik fəaliyyəti ilə bağlı hesabat xarakterli film nümayiş etdirildi. Daha sonra söz kollecin direktoru prof.Ə.A.Əyyubova verildi, O, Dünya Azərbaycanlılarının həmrəylik gününün ulu öndər H. Əliyevin bizlərə olan böyük töhvəsi olaraq qiymətləndirdi, kollecin bütün üzvlərini bayram münasibəti ilə ürəkdən təbrik etdi. Kollecin son bir ildəki tədris uğurlarından, uğurlu beynəlxalq əlaqələrindən söz açdı. Kollecin hər bir fənn birləşməsi ayrı-ayrılıqda tədbir üçün hazırladıqları nömrələrlə çıxış edərək şənliyə daha da gözəllik qatdılar. Tədbirdə muəllimlərdən Dilarə Ələsgərovanın, Sahilə Əhmədovanın, Roya Aslanovanın və Aygün İsmayılovanın musiqi ifaları, Ələviyyə Süleymanovanın, Kifayət Əliyevanın ifasındakı şerlər tədbir iştirakçılarında yüksək əhval ruhiyə yaratdı. Yeni il şənliyinə Şaxtababa və Qarqızın gəlişi ayrı bir gözəllik qatdı. Kollecin Həmkarlar İttifaqı Komitəsi bu bayramda da öz ənənəsinə sadiq qalaraq hər bir müəllimə bayram sovqatı olaraq müxtəlif hədiyyələr təqdim etdi. Bayram şənliyi rəngarəng musiqi sədaları və müxtəlif rəqslərlə davam etdi.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 1387

                        

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində / June 15, National Salvation Day “ at Mingachevir Tourism College

Professor Əyyub Əyyubovun “ Allaha doğru: Şeytanın zəlil olduğu gün” kitabının təqdimat mərasimi keçirilib
Mingəçevir Turizm Kollecində təşkil olunan tədbirdə şəhər İcra Hakimiyəti rəsmisi, çox sayda ziyalıla, şəhər qurcular, media nümayəndələri və təhsil müəssisəsinin əməkdaşları iştirak edib.

Professor Əyyub Əyyubov Mətbuat Günü münasibəti ilə Bakı Press Milli İnformasiya Agentliyi tərəfindən keçirilən müsabiqədə iki nominasiya üzrə mükafata layiq görülüb
Mətbuat günü münasibəti ilə Bakının “Yeganə” şadlıq sarayında təşkil olunan bayram tədbiri Bakı PRESS Milli İnformasiya Agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə gerçəkləşib. Eyni zamanda “Zümrüd-M” prodakşın və Respublika Mətbuat Şusrası tədbirin yüksək səviyyədə keçirilməsi üçün təşkilati dəstək nümayiş etdirib.

Mingəçevir Turizm Kollecindədini ekstremizmə qarşı mübarizə mövzusunda elmi-nəzəri keçirildi
Mingəçevir Turizm Kollecinin Mingəçevir şəhər icra hakimiyyəti ilə birgə təşkil etdiyi “Azərbaycanda dini ekstremizmə qarşı mübarizədə tolerantlıq və multikultikulturalizm ənənələrinin rolu “ adlı elmi-nəzəri konfransda

Mingəçevir Turizm Kollecində “Dünya Xocalı Soyqırımını tanımalıdır” adlı konfrans keçirilib
Bəşəriyyətin ən dəhşətli faciələrindən biri kimi tarixləşmiş Xocalı Soyqırımının növbəti ildönümü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə qeyd olunub.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci