ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Ümumilli lider Heydər Əliyevin anım günü


Ümumilli lider Heydər Əliyevin anım günü Mingəçevir Turizm Kollecinin Heydər Əliyev adına ideoloji mərkəzində 7 dekabr 2010-cu il tarixdə ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Xalqın xilasgarı” mövzusunda elmi-nəzəri konfrans keçirildi. İlk öncə ümumilli lider H.Əliyevin xatirəsi 1 dəqiqəlik sukutla yad edildi. Konfransı giriş sözu ilə Mingəçevir Turizm Kollecinin direktoru i.e.d. prof. Ə.A.Əyyubov açaraq yaxın keçmişə nəzər saldı. O, Azərbaycanın XX əsrin 90-ci ilərinin əvvəlindəki ağır sosial və siyasi vəziyyətindən danışaraq, tariximizin bu keçməkeşli dövründə xalqının harayına gəlmiş ümummilli lider Heydər Əlirza oğlu Əliyevin siyasi səhnəyə yenidən qayıdışı və dövlətçiliyimizin yenidən qurulması barədə geniş və təkzibolunmaz faktlarla konfrans iştirakçılarına məlumat verdi. Kollecin Həmkarlar İttifaqının sədri i.e.n. dos. İbrahim Əyyubov “Heydər Əliyev və Azərbaycan”, tarix müəllimi Çingiz Nəbiyev “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır”, direktor müavini Əşrəf Əsgərov “Milli mənəvi dəyərlərimizin qorunmasında Heydər Əliyev dühası”, iqtisadiyyat müəllimi Sahib Hüseynov “Azərbaycan iqtisadiyyatının inkişafında Heydər Əliyevin rolu”, tarix müəllimi Eldar Dərişov “Heydər Əliyev YAP-ın qurucusudur”, iqtisadiyyat müəllimi Rəsul Məmmədov “Heydər Əliyev və Azərbaycanın neft strategiyası”, tarix müəllimi Mətləb Əhmədov “Heydər Əliyevin xarici siyasət kursu”, ədəbiyyat müəllimi K.Əliyeva “Azərbaycan mədəni irsinin inkişafında Heydər Əliyevin rolu”, Gənclər Təşkilatının sədri Emin Səfərov “Heydər Əliyevin yeni dövlət quruculuğunda Azərbaycan gənclərinə tövsiyələr” mövzularında məruzələrlə çıxış etdilər. Konfransın sonunda kollecin direktoru i.e.d. professor Əyyub Əyyubov yekun sözlə çıxış edərək zəngin dövlətçilik tarixi olan dövlətimizin qurucusu olan Heydər Əliyev siyasətinin layiqli davamçısı olan cənab prezident İlham Əliyevin dövlətimizin inkişafı yolunda atdığı addımlar haqqında geniş məlumat verdi. Sonda professor konfrans iştirakçılarına dərin hüzn və başsağlığı verərək konfransı bağlı elan etdi.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 1579

                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində 28 May Respublika Günü qeyd olunub
Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi Mingəçevir Turizm Kollecində silsilə bayram tədbirləri ilə qeyd olunub. Bu münasibətlə kollecdə açıq dərslər təşkil olunub, dəyrimi masa ətrafında müzakirələr, rəsm, inşa, ən yaxşı divar qəzeti müsabiqələri, bilik yarışması və futbol turniri keçirilib.

ULU ÖNDƏRİN ANIM GÜNÜ
Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin vəfatının 11 illiyi ilə əlaqədar silsilə tədbirlər təşkil edilmişdir.

AzVET layihəsinin nümayəndələri ilə görüş.

Mingəçevir Turizm Kollecində 28 May Respublikagününə həsr olunmuş elmi- nəzəri konfrans
Fəaliiyətə başlamasının 10 illik yubileyini bu günlərdə təntənə ilə bayram etmiş Mingəçevir Turizm Kollecinin kollektivi 28 May Respublika günü münasibətilə növbəti önəmli tədbirini gerçəkləşdirdi.

Mingəçevir Turizm Kollecində “ Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur “adlı elmi- nəzəri konfrans keçirilib

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci