ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecinin kollektivi ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə düzənlənən silsilə tədbirlərdə yüksək fəallıq nümayiş etdirdi

May ayının 10-u Mingəçevirlilərin hafizəsində unudulmaz cizgilərlə tarixləşdi. Belə ki, sakinlər və şəhərin qonaqları ümummili lider Heydər Əliyevin doğum günü şərəfinə təşkil olunmuş biri-birindən maraqlı silsilə tədbirlərin iştirakçısına çevrildi.


Təqdirəlayiq hal həm də onunla bağlı idi ki, mədəni-kütləvi tədbirlərin təşkilində ənənəvi olaraq yüksək peşəkarlıq nümayiş etdirən Mingəçevir Turizm Kollecinin  kollektivi bu dəfə də gözlənilən fəallıq nümayiş etdirərək dahi rəhbərin xatirəsinə ehtiram nümayiş etdirdi.

 Öncə təhsil müəssisəsinin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov başda olmaqla kollektivin fəal təmsilçiləri şəhər rəhbərliyinin müşayiəti ilə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib abidə önünə çiçək dəstələri düzdü. Ardınca Energetik yaşayış massivində yeni salınmış istirahət parkının açılış törəninə qatılan kollec nümayəndələri burada rəngarəng çıxışları ilə tədbir  iştirakçılarının alqışlarını qazandı. Həmin tədbirdə Mingəçevir Turizm Kollecnin tələbə özfəaliyyət qrupu fəalları bədii proqramla çıxış edib hər kəsin qəlbində xoş ovqat yaratdı.

   Daha sonra  kollektiv Sahil parkında  təşkil olunmuş kitab və rəsm sərgilərinə qatıldı. Hər iki sərgiyə baxış keçirən professor Əyyub Əyyubov və kollektivdən onu müşayiət edən şəxslər arzu,  istək və tövsiyyələrini paylaşdı.

 Nəhayət, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramovun da  yaxından iştirak etdiyi ağacəkmə kompaniyasında Mingəçevir Turizm Kollecinin kollektivi kompaniyanın ən fəal iştirakçılarından biri kimi yadda qaldı. Kollektiv çox sayda həmişəyaşıl tingləri əkməklə ümumşəhər tədbirinə önəmli töhvə verdi.


 
Əlavə edilmə tarixi: 11.05.2017   |   Baxılma sayı: 232

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində “27 sentyabr Ümumdünya Turizm Günüdür” adlı konfrans keçirilib
Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov turizmin dünyanın iqtisadi, mədəni və sosial həyatında önəmli rol oynadığını qeyd etdi.

Müəllimlər günü
Tədris müəssisələri və pedaqoji kollektivlər üçün ən əziz bayramlardan biri də “ 5 oktyabr Müəllimlər günü” dür.

Sergi
Bakıda Turizm Sərgisi keçirildi

Mingəçevir şəhər İcra Başçısı Niyazi Bayramovun Mingəçevir Turizm Kollecinə gəlişi
15 may 2013-cü il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı Niyazi Bayramov və İcra Hakimiyyətinin humanitar işlər üzrə müavini Ramiz Əliyev Mingəçevir Turizm Kollecində olmuşdur.

Mingəçevir Turizm Kollecində intellektual yarış keçirilmişdir

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci