ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində “Turizm təhsilində işəgötürənlərlə əməkdaşlığın rolu” mövzusunda elmi-nəzəri konfrans keçirildi

Konfransda Mingəçevir şəhər İcra Hakimiyyətinin rəsmiləri, Mədəniyyət və Turizm Nazirliyinin məsul nümayəndəsi, Regional Turizm İnformasiya Mərkəzlərinin rəhbərləri, çoxsayda işəgötürən şəxs və sahibkarlar, otel, mehmanxana menecerləri və digər mütəxəssislər iştirak edirdi.


Öncə konfrans  iştirakçıları  kollec tələbələrinin  əl işlərindən ibarət “ Azərbaycan turizminin perspektivləri”adlı sərgiyə baxış keçirdi. Ardınca Mingəçevir Turizm Kollecinin tədris-təlim bazası, tələbə və məzunları, həmçinin beynəlxalq əlaqələrindən bəhs edən sənədli film nümayiş olundu. Bundan sonra konfrans öz işinə başladı.

      Açılış nitq ilə  çıxış edən  Mingəçevir Turizm Kollecinin direktoru,iqtisad elmləri doktoru professor Əyyub Əyyubov  konfransın məram və məqsədi barədə məlumat verdi. Qeyd etdi ki, ölkə prezidenti cənab ilham Əliyevin Azərbaycan turizminin inkişfını nəzərdə tutan sərəncamlarına və təsdiq olunmuş yol xəritəsinə müvafiq olaraq Mədəniyyət və Turizm Nazirliyi perspektiv istiqamətlər üzrə fəal müzakirələr aparılmasını qərara alıb. Müvafiq qərar Nazirliyin fəaliyyət  planına daxıl edilib.

  Əyyub Əyyubov turizm sahəsi üzrə mütəxəssis hazırlığı prosesində ciddi naliiyyətlər əldə edildiyini xatırladaraq təhsil dönəmində,  mövcud beynəlxalq əlaqələri sayəsində Avropanın ən qabaqcıl  metodlarından yararlandıqlarını  və nəticə etibarilə  rəhbərlik etdiyi təhsil müəssisəsinin timsalında kollektivin  ciddi uğurlar qazandıığını iştirakçıların diqqətinə çatdırdı. O,  işəgötürənlərlə təhsil müəssisələri arasındakı əlaqərə də toxunaraq bu əlaqələrin yeni innovativ münasibətlər müstəvisinə çıxarılmasının vacib olduğunu vurğuladı. Bu mənada konfransın hər kəs üçün əhəmiyyətli ola biləcəyini qeyd etdi.

   Daha sonra Mədəniyyət və Turizm Nazirliyinin  Elm,təhsil və gənclərlə iş  şöbəsinin məsul əməkdaşı Cavid Əliyevin və Mingəevir şəhər İcra Hakimiyyəti rəsmisi Sahib Əliyevin  konfransa təbrik nitqləri səsləndi. Ardınca Mingəçevir Turizm Kollecinin  “Turizm və Otelçilik” şöbəsinin  müdiri Aynurə Abbasova, Mingəçevir Turizm İnformasiya  Mərkəzinin direktoru Tural Kərimov,  Ağsaray Deluxe Oteli MFB-nin  meneceri  Alpərən Tirt, Kür Olimpiya Tədris –İdman Mərkəzinin   Təsərrüfat şöbəsinin  müdiri Azər Hüseynov, Kür Olimpiya  Tədris –İdman Mərkəzinin Qəbul  xidmətləri şöbəsinin rəisi Babək İsakov,  Mingəçevir Turizm Kollecinin  “Turizm və Təsviri sənət” fənn birliyinin sədri  Aydın RəhimovMingəçevir Turizm Kollecinin turizm müəllimləri İqbal Xudiyev, Vüqar Nağıyev, Nazan İdrisova  müvafiq olaraq “Mingəçevir Turizm  Kolleci ilə respublikamızda olan turizm müəssisələri arasında  uğurlu əməkdaşlığın perspektivləri”, “Turizm və təhsil”, “Turizm və gənclik”, “Tərəfdaşlıq işinin qurulması”, “Beynəlxalq təcrübənin yerli kadrlara aşılanması”,  “Turizmdə  təsərrüfat işləri üzrə  kadrların iş prinsipi” və   “Turizmdə kadr hazırlığı”, “Turizm sənayesi işçilərinin əsas vəzifələrinə ixtisas tələbləri”, “İşəgötürənlərlə təhsil müəssisələri arasında qarşılıqlı əlaqə”, “Təhsil müəssisələri ilə qarşılıqlı əlaqədən işəgötürənlər nə qazanacaq?”  mövzularında əhatəli  məruzələrlə çıxış etdi.

   Konfrans kollecin tələbə özfəaliyyət qrupu fəalları tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyanın nümayişi ilə başa çatdı.


 
Əlavə edilmə tarixi: 21.04.2017   |   Baxılma sayı: 918

                                

Paylaş      

SON BAXILANLAR

Kollecin tələbələri bilik yarışında I yer tutdular
Aprelin 30-da Mingəçevir Gənclər Evində “Gənclərin regional bilik akademiyası” adlı bilik yarışı keçirildi.

TDAUİA-nın Akademik üzvü Prof.Əyyub Əyyubov ilin Elm adamı seçildi

Gənclər idarəsi ilə birgə seminar
Mingəçevir şəhərində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrində “Zamanın idarə edilməsi və uğurlu karyera” mövzusunda seminarlar keçirilir.

Görkəmli bəstəkar Qara Qarayevə həsr olunmuş kitab sərgisi.
Tarixi günlərin, dövlət bayramlarının, görkəmli elm və mədəniyyət xadimlərinin yubileylərinin silsilə tədbirlərlə qeyd olunması Mingəçevir Turizm Kollecində xoş ənənəyə çevirilmişdir.

"Yaz İmtahan sessiyasının təşkili və keçirilməsi barədə"
Yaz imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili , tələbələrin biliyinin şəffaflığı və obyektivliyinin təmin edilməsi məqsədilə Mingəçevir Turizm kollecinin drektorunun sərəncamı

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci