ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində möhtəşəm Novruz şənliyi

Arxada qalan üç Novruz çərşənbəsi Mingəçevir Turizm Kollecinin kollektivi üçün biri-birindən maraqlı anlar və məzmunlu tədbirlərlə əlamətdar oldu.


 Bayramın abu-havasına müvafiq olaraq pedaqoq və tələbələr bir canlanma sərgiləyərək kollecin yeləşdiyi Samux küçəsi boyunca və təhsil ocağının həyətyanı sahəsində abdlıq işləri gerçəkləşdirib 200-dən artıq  ağac tinglərinin və  xeyli sayda  gül kollarının əkilməsi ilə yeni yaşıllıq zolaqlarının salınmasına təmin etdi. Eyni zamanda Bahar bayramı münasibətilə qrup divar qəzetlərinin ən yaxşı nümunəsi nominasiyası üzrə müsabiqə   təşkil olunaraq,  tələbə-gənclər arasında mini futbol üzrə Novruz turniri keçirildi. Nəhayət, torpaq çərşənbəsi kimi anılan  Novruzun son çərşənbəsində Mingəçevir Turizm Kollecinin əsas meydanı möhtəşəm bayram şənliyinə səhnə oldu.

  Novruz ənənələrinin xalqımızın tarixində və taleyində tutduğu yerin önəmini anlamaq  və anlatmaq üçün bayram meydanında tərtibat məsələləri ən incə məqamlarına kimi nəzərə alınmışdı. Milli geyimli kollektiv, tarixi  məişət nümunələri, Novruzun obrazlaşdırılmış rəmzləri, Qorqud ata, Bahar qız, Keçəllə-Kosanın dadlı-duzlu zarafatları, saz, söz, milli nəğmələr, rəqslər, inancların təzahürü kimi yadda qalan səhnəciklər və daha neçə-neçə ürəkləri riqqətə gətirən məqamlar iştirakçıların bayram coşqusuna hərtərəfli zəmin yaratdı. Tədbir boyu tələbə özfəaliyyət qrupu fəalları rəngarəng bayram proqramı nümayiş etdirərək ürəklərdə əsl bayram əhval ruhiyyəsi oyandırdı.

  Bayram təbrikilə  iştirakçılara üz tutan Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov- Novruz bizlər üçün sadəcə bir bayram təqvimi deyil,  Novruz  milli kimliyimizin və ruhumuzun canlı təzahürüdür- dedi. Dünya bizi bundan sonra da bu kimi dəyərlərimizlə tanıyıb  qiymətləndirməlidir. Bu mənada tələbələrimizin, daha doğrusu  gələcək məzunlarımızın üzərinə böyük məsuliyyət düşür. Çünki, əsasən turizm və mədəniyyət sahəsi üzrə kadr hazırlığı sayəsində ixtisaslamış kollecimizin yetirmələri dəyərlərimizi dünyaya təbliğ etmək üçün yetərli imkanlara sahib olacaq. Ona görə də adət və ənələrimiz haqqında gənclər daha dərin bilgilərə yiyələnməlidir –söylədi. Vaxtilə bu kimi milli bayramlarımızın yasaq edildiyini xatırladan ünlü elm adamı yalnız müstəqillik dönəmində ulu öndər Heydər Əliyevin sayəsində Novruz bayramının dövlət səviyyəsində bayram edilməsinin Azərbaycan xalqına nəsib olduğunu qeyd etdi. Fərəhli haldır ki, prezidentimiz cənab İlham Əliyev ümummilli lider tərəfindən əsası qoyulmuş  milli siyasəti uğurla davam edtdirir-deyən professor başda prezidentimiz cənab İlham Əliyev olmaqla xalqımızı təbrik edib ən xoş arzularını paylaşdı. Təbrik nitqinin ardınca Əyyub Əyyubov Novruz bayramı münasibətilə kollecdə təşkil olunmuş müsabiqə və idman turnirinin qaliblərinə fəxri diplomlar təqdim etdi.

   Tədbir ərzində digər təbriklər də dinlənildi. Azərbaycan Yazıçılar Birliyi Mingəçevir şəhər şöbəsinin sədri şair-publisist İsmayıl İmanzadə, iqtisad elmləri namizədi, dosent İbrahim Əyyubov və digər qonaqlar çıxış edərək arzu və istəklərini bölüşdü.

   Daha sonra bayram süfrəsi arxasında şənlik edən qrupların özəl guşələri ilə tanış olub onlarla bayramlaşan professor Novruz adətlərinin bir parçası olan yumurta döyüşlərinin də fəal iştirakçısına çevrildi. Nəhayət kollec rəhbəri Qorqud ata və Bahar qızın iştirakı ilə  bayram tonqalını alovlandırdı.Tonqal ətrafında rəqs havalarının  müşayətilə əsl coşqu yaşandı. Rəqslərin zirvə nöqtəsi olan Yallı hafizələrdə dərin iz buraxdı.


 
Əlavə edilmə tarixi: 15.03.2017   |   Baxılma sayı: 515

                                

Paylaş      

SON BAXILANLAR

Anonim zənglərə qarşı mübarizə

Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov Rusyanın Sankt-Peterburq şəhərində beş günlük işgüzar səfərdə olub. Səfər zamanı həm də yeni beynəlxalq əməkdaşlığın təməli atılıb
Noyabr ayının 12-dən 17-dək Mingəçevir Turizm Kollecinin direktoru professor Əyyub Əyyubov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfər edərək faydalı görüşlər keçirib.Səfər Sankt-Peterburq Turizm və Otel Servisi Kollecinin dəvəti əsasında gerçəkləşib.

Kollecdə 8 Mart Beynəlxalq qadınlar bayramı günü qeyd edildi.

Mingəçevir Turizm Kollecində “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı konfrans keçirilib
Azərbaycan xalqının müasir tarixinə hüzn və qəhrəmanlıq səhifəsi kimi həkk olmuş 1990-cı ilin qanlı 20 yanvar hadisələrinin növbəti ildönümü Mingəçevir Turizm Kollecində silsilə vətənpərvər tədbirlərlə anılıb.

Beynəlxalq Turizm Günü
“27 sentyabr Beynəlxalq Turizm günü” hər il kollecdə xüsusi təntənə ilə qeyd olunur.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci