ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində Beynəlxalq Qadınlar Günü bayram edildi

Əməkdaşlarının və tələbələrinin əksəriyyəti xanımlardan ibarət olan Mingəçevir Turizm Kolleci ənənəvi olaraq 8 mart Beynəlxalq Qadınlar Günü təqvimini böyük coşqu ilə qeyd edir.


. Bu ildə ənənəsinə sadiq qalan kollektiv  zərif cinsin nümayəndələrinə layiq  olduqları şəkildə bir toplantı düzənləyib təbrikləşmə fürsətini qaçırmadı.Əslində kollecin davamlı olaraq əldə etdiyi uğurlarda  xanım pedaqoqların və  istedadlı tələbə qızların danılmaz əməyi var və bu səbəbdən də onlar dərin hörmət və etimadı haqq edirlər. Təsadüfi deyil ki,təhsil müəssisəsinin rəhbərliyi  daim onları diqqət mərkəzində saxlayır, yaradıcı fəaliyyətə və   başarılı  təhsilə həvəsləndirmək üçün məqsədyönlü addımlar atır.

  Bayram münasibətilə düzənlənmiş tədbirdə təbrik nitqilə  çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru  iqtisad emləri doktoru,professor Əyyub Əyyubov  pedaqoji kadrlarının böyük qisminin təcrübəli və gənc xanımlardan ibarət olduğunu xatırladaraq direktor müavini vəzifəsinə,əksər şöbə və fənn birliklərinə xanım mütəxəssislərin rəhbərlik etməsi faktını kollektivdə qadın əməyinə verilən qiymətin bariz təzahürü kimi dəyərləndirdi.Qadınlar ailədə ana,bacı,övlad və gəlin olaraq həyatımıza rəng qatdığı kimi bu böyük kollektivin fəaliyyətinə  və uğurlarına  da  bir o qədər dəyərli töfhə verir-deyən professor , əslində bu uğurların təməlində Azərbaycan qadınına göstərilən dövlət qayğısı və etimadı dayanır-söylədi.Bu yaxınlarda  Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsinə təyin olunmuş  Mehriban xanım Əliyevanın təyinatını da bu mənada ölkə rəhbərinin ən uğurlu seçimi kimi xarakterizə edib birinci vitse prezidentə gələcək fəaliyyətində  pedaqoji kollektiv adından böyük uğurlar dilədi.

 Bundan sonra digər təbriklər dinlənildi. Kollecin Həmkarlar Təşkilatının sədri İbrahim Əyyubov, Tədris şöbəsinin müdiriQəhrəman Kərimov, şöbə müdiri Şıxməmməd Məmmədov və Əşrəf Əsgərovun çıxışlarında Azərbaycan cəmiyyətində qadınların tutduğu aparıcı  mövqeyə dair ən xoş fikirlər yer aldı. Qadınlar adından söz alan direktor müavini Çinarə Allahverdiyeva qadınları bayram münasibəti ilə təbrik etdi və kollektivdə qadınlara göstərilən yüksək ehtirama görə kollecf rəhbərliyinə təşəkkürlərini çatdırdı.

 Bayram tədbirini əlamətdar edən digər bir səbəb təhsil ocağına  rəhbərlik edən dəyərli elmadamı-professor Əyyub Əyyubovun doğum gününün  məhz  8 mart təqviminə təsadüf etməsilə bağlı idi.Həmkarları ömrünün 61-ci dönəmini yaşayan Əyyub Əyyubovla çiyin-çiyinə çalışmağın onlar üçün qürurverici hal olduğunu qeyd edərək –Siz təkcə  dəyərli alim,təcrübəli pedaqoq və təşkilatçılıq bacarığı ilə seçilən rəhbər deyilsiniz,həm də bizə atalıq ,qardaşlıq qayğısı göstərən bir doğmamıza çevrilmisiniz -söylədi  və doğum gününü təbrik etdi.

  Tədbirə yekun vuran professor Əyyub Əyyubov  bir daha pedaqoq və tələbələri Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək onlara yeni nailiyyətlər arzuladı.Eyni zamanda ,bayram münasibətilə pedaqoq xanımların mükafatlandırılacağını  iştirakçıların diqqətinə çatdırdı.

Sonda qadınlara bayram münasibəti ilə tər çiçəklər təqdim olundu.


 
Əlavə edilmə tarixi: 07.03.2017   |   Baxılma sayı: 497

                        

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində / June 15, National Salvation Day “ at Mingachevir Tourism College

Professor Əyyub Əyyubovun “ Allaha doğru: Şeytanın zəlil olduğu gün” kitabının təqdimat mərasimi keçirilib
Mingəçevir Turizm Kollecində təşkil olunan tədbirdə şəhər İcra Hakimiyəti rəsmisi, çox sayda ziyalıla, şəhər qurcular, media nümayəndələri və təhsil müəssisəsinin əməkdaşları iştirak edib.

Professor Əyyub Əyyubov Mətbuat Günü münasibəti ilə Bakı Press Milli İnformasiya Agentliyi tərəfindən keçirilən müsabiqədə iki nominasiya üzrə mükafata layiq görülüb
Mətbuat günü münasibəti ilə Bakının “Yeganə” şadlıq sarayında təşkil olunan bayram tədbiri Bakı PRESS Milli İnformasiya Agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə gerçəkləşib. Eyni zamanda “Zümrüd-M” prodakşın və Respublika Mətbuat Şusrası tədbirin yüksək səviyyədə keçirilməsi üçün təşkilati dəstək nümayiş etdirib.

Mingəçevir Turizm Kollecində “Dünya Xocalı Soyqırımını tanımalıdır” adlı konfrans keçirilib
Bəşəriyyətin ən dəhşətli faciələrindən biri kimi tarixləşmiş Xocalı Soyqırımının növbəti ildönümü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə qeyd olunub.

Pedaqoji şura iclasındakı müzakirələr

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci