ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





“Mülki Müdafiənin təbii fəlakətlərə qarşı mübarizədə rolu” mövzusunda tədbir keçirildi.

MTK-da hər il qeyd olunan əlamətdar günlər sırasında 1 mart Ümumdünya Mülki Müdafiə Günü də özünəməxsus yer tutur. 17 fevral 2017-ci il tarixli əmrə uyğun olaraq mövzuya həsr olunmuş tədbirlər planı hazırlanmış və həyata keçirilmişdir.


. Mülki Müdafiə məsələlərinə həsr olunmuş divar qəzetləri tərtib edilmiş , şüarlar və digər əyani vəsaitlər hazırlanaraq kollecin stend və guşələrində nümayiş etdirilmişdir. Tədbirlər planına uyğun olaraq martın 1-də kollecin Mülki Müdafiə qüvvələrinin toplanış məşqi keçirildi. Daha sonra kollecdə “Mülki Müdafiənin təbii fəlakətlərə qarşı mübarizədə rolu” mövzusunda tədbir keçirildi. Tədbirə şəhər Tələbə Poliklinikasından və “Qızıl Aypara” cəmiyyətinin Mingəçevir şəhər şöbəsindən nümayəndələr dəvət olunmuşdu.

       Tədbirdə açılış nitqi ilə kollecin direktoru prof. Əyyub Əyyubov çıxış etdi. Mülki Müdafiə tədbirlərinin cəmiyyətin həyatındakı əhəmiyyətini vurğuladı, fövqəladə hallar zamanı, təbii fəlakətlərə qarşı mübarizədə Mülki Müdafiə hazırlığının önəmli rol oynadığını qeyd etdi. Sonra Mülki Müdafiə gününə həsr olunmuş videoçarx tədbir iştirakçılarına nümayiş etdirildi. Daha sonra kollecin Mülki Müdafiə qərargahının sədri Ağa Alıyev “Mülki Müdafiənin təbii fəlakətlərə qarşı mübarizədə rolu” mövzusunda məruzə ilə çıxış etdi. Məruzə ətrafında Kollecin tibb müəllimi Şəms Məmmədova  “Mülki Müdafiədə tibbi xidmətin təşkili” və Kollecin Gənclər Təşkilatının sədri Aşur Həşimov “Təbii fəlakətlər zamanı mühafizə yolları” mövzularında çıxışlar etdilər.

       Müzakirə olunan məsələ ətrafında təlim-tərbiyə işləri üzrə direktor müavini Şahzadə Şükürova, “Gənclərin çağırşaqədərki hazırlığı“ fənninin müəllimi Fikrət Talıbov və bədii-kütləvi tədbirlər üzrə məsləhətçi Əşrəf Əsgərov çıxış edərək mövzuya münasibətlərini bildirdilər.

       Toplantı maraqlı fikir mübadiləsi şəraitində işini başa vurdu.


 
Əlavə edilmə tarixi: 02.03.2017   |   Baxılma sayı: 964

                                

Paylaş      

SON BAXILANLAR

Qanlı Yanvar faciəsinin 25-ci ildönümü
Mingəçevir Turizm Kollecində 1990-cı ilin Qanlı 20 Yanvar faciəsinin 25-ci ildönümü böyük ehtiramla yad edilmişdir.

Dekorativ tətbiqi sənət festivalı

Kollecdə 8 Mart Beynəlxalq qadınlar bayramı günü qeyd edildi.

Mingəçevir Turizm Kollecinin tələbələri İsmayıllıda ekskursiyada olub
Mingəçevir Turizm Kollecinin “Səyahət və ekskursiyalar” şöbəsi 19 may 2018-ci il tarixində növbəti ekskursiyasını həyata keçirib.

Mingəçevir Turizm Koleci tərəfdaş təhsil müsəssisə ilə birgə Rusiya Federasiyasında keçirilən beynəlxalq konfransa təşkilatçılıq edib
Bu günlərdə Rusiya Federasiyasından Azərbaycana müjdəli xəbər daxil olub. Belə ki, ölkənin ən geniş beynəlxalq əlaqələr şəbəkəsinə malik təhsil ocaqlarından biri olan Mingəçevir Turizm Kolleci Sankt-Peterburq şəhərində beynəlxalq əməkdaşlıq əlaqələri çərçivəsində növbəti uğura imza atıb.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci