ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində Xocalı faciəsinin ildönümü rəsm sərgisi və elmi-nəzəri konfransla anıldı.

Dərin üzüntü ilə növbəti dəfə Xocalı dəhşətlərini və faciə qurbanlarının xatiəsini anan Mingəçevir Turizm Kollecinin kollektivi təşkil etdiyi biri-birindən məzmunlu tədbirlər vasitəsilə acısını,qəzəbini və hiddətini mütəşəkkil şəkildə yansıltmağa nail oldu.Pedaqoqlu-tələbəli hər kəs əsl vətənpərvərlik nümunəsi sərgilədi.


 Dəyrimi masa ətrafı müzakirələr,  Xocalı soyqırımına həsr olunmuş inşa və rəsm müsabiqələri,idman turnirləri   tarixi həqiqətlərin təbliği və təşviqi baxımından önəmli tədbirlər olaraq yadda qaldı.Üstəlik kollektiv mövcud beynəlxalq əlaqələrindən yararlanaraq  malik olduğu tutarlı məlumatları xarici həmkarları ilə paylaşıb onların mənəvi dəstəyini qazanmağa müvəffəq oldu.

  Soyqırım tarixinin 25 –ci ildönümü münasibətilə kollecdə təşkil olumuş rəsm sərgisi də  təqdirə layiq cizgilərilə çoxsaylı izləyicilərin qəlbində zəngin təəssüratlara yol açdı. Çünki, tələbə rəssamların əl işlərindən ibarət sərgidə 1992-cilin 26 fevral tarixli Xocalı faciəsi sanki  rənglərin ağuşundan boylanırdı.

Nəhayət“Xocalı harayı “adlı elmi -nəzəri konfransla tədbirlər silsiləsi zirvə nöqtəsinə yetişdi.Konfransda çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru ,professor Əyyub Əyyubov Xocalı faciəsinin   ötən əsrin ən dəhşətli soyqırımlarından biri olduğunu qeyd edərək  erməni yırtıcıları tərəfindən xalqımıza  yönəlik bu qətliamın əslində bəşəriyyətə qarşı törədilmiş qanlı cinayət olduğunu vurğuladı.Əyyub Əyyubov faciənin siyasi- hüquqi qiymət almasında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olduğunu bildirdi,eyni zamanda  hadisələrin mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmsında və cinayətkarların iç üzünün tanıdılmasında prezident cənab İlham Əliyevin,Heydər Əliyev Fondunun, ölkənin birinci vitse prezidenti Mehriban Əliyevanın və digər aidiyyatı qurumların önəmli rolu olduğunu  qeyd etdi.

   Daha sonra  Xocalı hadisələrindən bəhs edən filmə baxış keçirildi.Ardınca pedaqoqlar Püstə Mürşüdova, Nazan İdrisova,Çingiz Nəbiyev vəİqbal Xudiyev müvafiq olaraq “Xocalı-əsrin son müsəlman soyqırımı”,”Xocalı faciəsi  20-ci əsrin soyqırım faciəsidir”,”Xocalı faciəsi”,”Xocalı faciəsi Ermənistanın Azərbaycan xalqına qarşı apardığı məqsədyönlü soyqırım siyasətidir “mövzularında məruzələr səsləndirildi.Çıxışlarda həmçinin  pedaqoq və tələbələrin üzərinə düşən vacib  vəzifələrdən söhbət açıldı,Xocalı qurbanlarının timsalında  cəmi Azərbaycan şəhidlərinin ruhuna Uca Tanrıdan rəhmət diləndi.

  Elmi nəzəri –konfrans tələbə özfəaliyyət qrupu tərəfindən hazırlanmış və Xocalı facuiəsinə həsr olunmuş ədəbi-bədii kompazisiyanın nümayişi ilə başa çatdı.


 
Əlavə edilmə tarixi: 26.02.2017   |   Baxılma sayı: 439

                                

Paylaş      

SON BAXILANLAR

Pedaqoji şura iclasındakı müzakirələr

Yeni il şənliyi
2015-ci ilin gəlişi münasibətilə dekabrın 25-də Mingəçevirin “Mingo Park” əyləncə mərkəzində kollecin kollektivinin iştirakı ilə bayram şənliyi keçirildi.

Təbiəti qoruyaq mövzusunda diskussiya.
Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planına uyğun olaraq Mingəçevir Turizm Kollecində “Heydər Əliyev təbiətə qayğı” mövzusunda diskussiya keçirilmişdir.

Mingəçevir Turizm Kollecində Xocalı faciəsinin ildönümü
Mingəçevir Turizm Kollecində 26 fevral Xocalı soyqırımının 21-ci ildönümü silsilə tədbirlərlə yad edilmişdir.

"Heydər Əliyev İrsini öyrənirik" mövzusunda kitab sərgisi
Mingəçevir Turizm Kollecində kitab sərgisi keçirildi.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci