ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Avropa Təbiət Elmləri Akademiyasından professor Əyyub Əyyubovun elmi-pedaqoji fəaliyyətinə dəyərli töhfə

Almaniya Fedarativ Respublikasının Hanover şəhərində ensklopedik xarakterli “Bioqrafi-Biblioqrafi” adlı maraqlı bir kitab işıq üzü görüb.


Kitab Azərbaycan elmi ictimaiyyəti üçün xüsusi önəm daşıyır.Belə ki, geniş oxucu auditoriyasına  təqdim olunduğu ilk günlərdən etibarən  Avropa elmi ictimaiyyəti arasında böyük rezanons doğuran yeni nəşr Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü olan soydaşımız iqtisad elmləri doktoru,professor Əyyub Əyyubovun elmi-pedaqoji fəaliyyətinə həsr olunub.

“Bioqrafi-Biblioqrafi” kitabı Avropa Təbiət Elmləri Akademiyasının prezidenti akademikV. Tıminskinin redaktorluğu və Türk Dünyasi Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həmsədri,professor Elçin İskəndərzadənin rəhbərliyi altında  hazırlanıb. İngilis, Rus, Türk və Azərbaycan dillərində işıq üzü görmüş kitabda professor Əyyub Əyyubovun şərəfli ömür yolu, nəticəyönümlü pedaqoji fəaliyyəti,layiq görüldüyü yerli və beynəxalq əhəmiyyətli mükafatları, iqtisadiyyat,biznes,turizm,mədəniyyət,təhsil sahələrini əhatə edən otuzdan artıq elmi,informatik və  dərslik xarakterli kitabları, çoxsaylı elmi məqalələri, həmçinin dəyərli elmi araşdırmaları barədə əhatəli məlumatlar öz əksini tapıb.

Eyni zamanda yorulmaq bilmədən elmi-pedaqoji fəaliyyətini davam etdirən Azərbaycanlı alim haqqında qələmə alınmış birsıra məzmunlu yazılar və  məzmun etibarilə rəngarəngliyilə seçilən fotolar oxucuların diqqətinə çatdırılıb.

Mingəçevir Turizm Kollecinə rəhbərlik edən professor Əyyub Əyyubov hazırda bu ünlü kollektivdə ölkənin turizm və mədəniyyət sahəsini  irəlilərə daşımaq itidarında olan ixtisaslı kadr hazırlığı prosesinə gərgin  pedaqoji əməyilə layiqli töhfə verməkdədir.Bu mənada “Bioqrafi-Biblioqrafi” kitabı həm də Mingəçevir Turizm Kollecinin fəaliyyətinə beynəlxalq etimadın təzahürü  kimi dəyərləndirilməlidir.

Xatırladaq ki, professor Əyyub Əyyubovun elmi-pedaqoji fəaliyyəti  bundan öncə daha iki dəfə  beynəlxalq  elmi çevrələrdə analoji təqdimata layiq görülüb.Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Biblioqrafi” və Rusiya Beynəlxalq Sahibkarlar Akademiyasının  “Velikaya Rossiya” ensklopedik nəşrlərində  dəyərli elm adamının fəaliyyətindən və uğurlarından geniş şəkildə bəhs olunub.

http://www.eanw.org


 
Əlavə edilmə tarixi: 02.02.2017   |   Baxılma sayı: 566

Paylaş      

SON BAXILANLAR

Kollecdə 8 Mart Beynəlxalq qadınlar bayramı günü qeyd edildi.

Mingəçevir Turizm Kollecinin komandası şəhər kubokunun qalibi oldu

Mingəçevir Turizm Kollecinin müdiri liseydə
Bu günlərdə Mingəçevir Turizm Kollecinin müdiri, professor Eyyub Eyyubov Mingəçevir Özəl Türk Liseyində olub.

Məzun günü

Xalq Qəzeti- Əyyub Əyyubov " Ordumuz istənilən hərbi tapşırığı uğurla yerinə yetirməyə qadirdir "
Ordumuz istənilən hərbi tapşırığı uğurla yerinə yetirməyə qadirdir Azərbaycan Ordusu mövcud olduğu ötən 100 il ərzində keşməkeşli və şərəfli bir yol keçib. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə yaradılan Silahlı Qüvvələr o vaxt ölkəmizin müdafiəsinin təmin edilməsində şücaət göstərib.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci