ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində “20Yanvar hüzün və milli qürur günümüzdür “ adlı elmi nəzəri konfrans keçirilib

Ənənəyə müvafiq olaraq qanlı 20 yanvar hadisələrinin növbəti ildönümü münasibətilə bu ildə kollecin inzibati binası daxildən və xaricdən hadisələri əks etdirən ideoloji vasitələrlə tərtib edilib.


Tələbələr arasında rəsm və inşa müsabiqələri keçirilib,ən uğuru rəsm əsərləri divar qəzetlərinin xüsusi buraxılışları ilə yanaşı  sərgi guşəsində nümayiş olunub. Qış imtahan labaratoriyasında olan qiyabiçi  tələbələr üçün 20 yanvar hadisələrinə  həsr olunmuş  xüsusi saatlar keçirilmiş, fənn komissiyaları və dəyrimi masa ətrafı müzakirələr aparılmışdır.Kollektiv üzüntülü və şərəfli tariximizin növəti ildönümü münasibətilə həyata keçirdiyi tədbirlər silsiləsini “20 Yanvar hüzün və milli qürur günümüzdür”adlı elmi nəzəri konfransla yekunlaşdırdı.

Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru,professor Əyyub Əyyubov 1990 –cı ilin qanlı 20 yanvar hadisələrini doğuran səbəblər,xalqın azadlıq mübarizəsi,keçmiş ittifaq hökumətinin qərarı ilə Azərbaycanda törədilən qətliam,hadisələrə etiraz səsini ucaltmış ümummilli lider Heydər Əliyevin örnək vətənpərvər davranışı və prezident İlham Əliyevin faciə qurbanlarının xatirəsinin əbədilədirilməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlərdən ətraflı söhbət açdı.Nitqinin sonunda Əyyub Əyyubov  cəmi Azərbaycan şəhidlərinin xatirəsini  bir dəqiqəlik sükutla anmağı təklif etdi.

Bundan sonra 20 yanvar hadisələrindən bəhs edən sənədli filmə baxış keçirildi.Ardınca konfransın gündəliyinə daxil edilmiş digər mövzular üzrə məruzələr dinlənildi.İqtisad elmləri namizədi, dossent İbrahim Əyyubov, pedaqoqlar Elşad Səmədov,Rövşanə Fərəcbəyli, Bəsti Qurbanova və Muraz Məmmədov müvafiq olaraq “Azadlığını canından əziz tutan xalq”, “20 Yanvar xalqımızın qürur və mübarizə tarixidir”, “20Yanvar faciəsindən 27 il ötür”, “ 20 Yanvar  həm hüzün,həm də milli qürur günümüzdür” və “20 Yanvar faciəsi tariximizin qəhrəmanlıq səhifəsidir”adlı məzumunlu məruzələr səsləndirdi.Hər bir çıxış xalqın azadlıq mübarizəsinə və  qəhrəmanlıq yoluna işıq saldı.

  Konfrans tələbə özfəaliyyət qrupu tərəfindən hazırlanmış ədəbi-bədii kompazisiyanın nümayişilə başa çatdı.


 
Əlavə edilmə tarixi: 19.01.2017   |   Baxılma sayı: 966

                                

Paylaş      

SON BAXILANLAR

Diskussiya
Mingəçevir Turizm Kollecində vaxtaşırı olaraq tələbələrin seçdikləri ixtisaslar üzrə təhsillərini davam etdirmələri, ixtisas səviyyələrini yüksəltmələri, işlə təmin olunmaları və başqa aktual mövzular üzrə seminarlar və diskussiyalar təşkil olunur.

Dövlət müstəqilliyi günü qeyd olundu
Kollecdə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 23-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.

Mingəçevir Turizm Kollecində Bilik Yarışı keçirilib.
Mingəçevir Turizm KollecindəAzərbaycanın dövlət müstəqilliyinin 27-ci il dönümünə həsr olunmuş tədbirlər proqramına uyğun olaraq oktyabrın 15-də “Müstəqilliyimiz qürurumuzdur” mövzusunda bilik yarışı keçirilib.

Beynəlxalq Turizm Günü
“27 sentyabr Beynəlxalq Turizm günü” hər il kollecdə xüsusi təntənə ilə qeyd olunur.

Mingəçevir Turizm Kollecinin kollektivi “Soyuq Bulaq” istirahət mərkəzində
Hər tədris ilinin sonunda Mingəçevir Turizm Kollecinin pedaqoji kollektivinin Həmkarlar Təşkilatının təşəbbüsü ilə ölkənin səfalı məkanlarından birində bir günlük istirahəti təşkil olunur.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci